İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
23:40 | 17 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 194 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ-ın Aralıq dənizindəki hərbi fəaliyyəti Vaşinqtonun İrana hücumlarında İsrailə qoşula biləcəyini göstərir. Tramp Tehran sakinlərini təxliyə etmələri barədə xəbərdarlıq edərək, danışıqlardan potensial hərbi əməliyyatlara keçidin siqnalını verib.
Bu gün günortadan sonra ABŞ-ın çoxsaylı yanacaq dolduran və döyüş təyyarələrinin Aralıq dənizi üzərindən şərqə doğru hərəkət etdiyi bildirilir. Hərəkat Vaşinqtonun İranın raket və nüvə fəaliyyətlərinə qarşı hərbi hücumlarda İsrailə qoşula biləcəyi ilə bağlı narahatlıqlarını artırıb.
Dünən axşam Kanadada keçirilən G7 sammitini yarımçıq tərk edən Tram Vaşinqtona qayıtmazdan əvvəl “X”də (keçmiş Twitter) bu mesajı yayınlayıb: “İranın nüvə silahı ola bilməz”.
O əlavə edib: “Hamı Tehranı dərhal boşaltmalıdır”.
Trampın İran paytaxtında mülki şəxslərə “xəbərdarlığı” ABŞ-ın birbaşa hərbi müdaxilədən qaçmaq və “sülh” danışıqlarına can atdığını vurğulamaq kimi əvvəlki mövqeyindən qəfil dəyişikliyi nümayiş etdiririb.
Real vaxt rejimində uçuşların izlənməsini təmin edən “Flightradar” portalında apardığımız müşahidələr, hərbi mənbələrdən və sosial mediadakı açıq mənbələrdən alınan xəbərlərlə birlikdə ABŞ-ın Aralıq dənizində hava gücünü gücləndirdiyinə və mümkün hərbi müdaxiləyə hazırlaşdığına dair güclü işarələr ortaya qoydu.
ABŞ qırıcıları hərəkətdədir və hara gedirlər?
ABŞ Hərbi Hava Qüvvələrinin (USF) bəzi yanacaq dolduran təyyarələri bazar günü ABŞ-ın Avropadakı bazalarına – İngiltərədəki “RAF Mildenhall” və İspaniyadakı “Moron de la Frontera” bazalarına yerləşdirilib. Yerləşdirmələri müdafiə naziri Heqset açıqlayıb. Təyyarənin bu gün günortadan sonra Aralıq dənizi üzərində şərqə uçması müşahidə edilib.
Hərbi müşahidəçilər İngiltərədəki “RAF Lakenheath”dən havaya qalxan ABŞ qırıcılarının “RAF Mildenhall”dan havaya qalxan tanker təyyarəsinə qoşularkən fotolarını çəkiblər.
Bu gün günortadan sonra “RAF Mildenhall” və “Moron de la Frontera”dan havaya qalxaraq İtaliya yaxınlığında şərqə uçan “USAF KC-135 Stratotanker”lərini görüb. Onların son yerləri məlum deyil.
“KC-135 Stratotanker”, “Boeing” tərəfindən istehsal olunan havadan yanacaq dolduran təyyarədir. Tankerlər həmçinin ABŞ-ın Almaniyadakı Ramstein, İtaliyadakı Aviano və Yunanıstanın Krit adasındakı Chania-Souda körfəzində yerləşir. Yerləşdirmələr ABŞ qırıcılarının Yaxın Şərqdəki mövcudluğunu gücləndirmək məqsədi daşıyır.
Məlumata görə, tankerlər ABŞ-ın Moron de la Frontera aviabazasına bazar günü gecə gəlib və bu gün günortadan sonra yola düşüblər. Qırıcılar həmçinin “RAF Lakenheath”, “Spangdahlem” və “Aviano”dan hərəkət edir.
Eyni mənbələr “Lakenheath”dən havaya qalxan təyyarələrin arasında “F-15E” və “F-35”lərin olduğunu, “Spangdahlem” və “Aviano”dan isə çoxlu sayda “F-16CJ/DJ” və “F-16C/D”nin Yaxın Şərqə uçduğunu digər məlumatlarla təsdiqləyiblər.
“Biz danışıqlara hazır deyilik”
ABŞ-ın müdafiə naziri Pit Heqset dünən “X” sosial media platformasında ABŞ-ın regionda müdafiə mövqeyimizi gücləndirmək üçün “əlavə imkanlar” tətbiq etdiyini açıqlayıb.
Lakin bir neçə saat sonra Tramp qəfildən Kanadada keçiriləcək G7 sammitini tez tərk etdiyini elan edərək, getməsinin səbəbinin “çox daha böyük” olduğunu və atəşkəs cəhdləri ilə heç bir əlaqəsi olmadığını bildirib.
O, jurnalistlərə deyib ki, “hazırda danışıqlara hazır deyil” və “biz atəşkəsdən daha yaxşı bir şey axtarırıq”. Prezident nə demək istədiyini aydınlaşdırmaq üçün əlavə etdi: “Final, əsl final. Tamamilə geri çəkilmə... Bu da yaxşıdır”.
Trampın qəfil mövqeyi dəyişikliyi İsrailin müdafiə naziri Katzın dəfələrlə Tehran sakinlərinin dərhal təxliyə edilməsinə çağırdığı və İsrailin nüvə və rejimlə əlaqəli infrastruktur kimi təsvir etdiyi obyektləri hədəf alan geniş hücumlar barədə xəbərdarlıq etdiyi, xüsusilə yeraltı Fordo nüvə obyektini “mütləq həll olunacaq bir məsələ” olaraq xatırlatdığı bir vaxta təsadüf edir.
Bu arada İsrailin baş naziri Benyamin Netanyahu dünən “ABC News”a deyib ki, o, İranın ali dini lideri Əli Xamneyiyə sui-qəsdi istisna etmir.
Netanyahu bunun münaqişəni gücləndirməyəcəyini, əksinə, münaqişəni bitirəcəyini iddia etdi.
Bu arada, bu gün AB-nin xarici siyasət rəhbəri Kaja Kallas, ABŞ-ın istənilən potensial hərbi müdaxiləsinin bütün Yaxın Şərqi daha geniş və daha təhlükəli münaqişəyə mütləq sürükləyəcəyini deyib.
AB-nin 27 xarici işlər naziri ilə koordinasiya etmək üçün videokonfrans keçirən Kallas, “ABŞ-ın müdaxiləsinə gəlincə, bu, mütləq regionu daha geniş münaqişəyə sürükləyəcək. Bu, heç kimin marağında deyil”, – deyib.