İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
22:52 | 17 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 146 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İran dövlət televiziyası dünən günortadan sonra ölkə əhalisini “WhatsApp”ı smartfonlarından silməyə çağıraraq, tətbiqin İsrailə göndərilmək üçün istifadəçilərin məlumatlarını topladığını iddia edib.
“WhatsApp”dan verilən açıqlamada “insanların çox ehtiyac duyduğu bir vaxtda bu yalan xəbərin xidmətlərimizi qadağan etmək üçün bəhanə ola biləcəyindən narahat olduğunu”, – bildirib. “WhatsApp” “başdan-sona” şifrələmədən istifadə edir, yəni vasitəçi xidmət provayderi mesajları oxuya bilmir.
“Biz sizin dəqiq yerinizi izləmirik, sizə mesajları kimin göndərdiyini izləmirik və insanların bir-birinə göndərdiyi şəxsi mesajları izləmirik. Biz heç bir hökumətə toplu məlumat vermirik”, – şirkət deyib dedi.
“Başdan-sona” şifrələmə o deməkdir ki, mesajlar yalnız göndərən və alıcının görə biləcəyi şəkildə şifrələnir. Başqası mesajı ələ keçirərsə, onların görəcəkləri yeganə şey açar olmadan deşifrə edilə bilməyən şifrələmədir.
Qeyd edək ki, “WhatsApp” “Facebook” və “Instagram”ın ana şirkəti olan “Meta Platforms”a məxsusdur.
İran illərdir bir neçə sosial media platformasına girişi bloklayıb, lakin ölkədəki bir çox insan onlara daxil olmaq üçün proksi-serverlərdən və virtual şəxsi şəbəkələrdən (VPN) istifadə edir. “WhatsApp” və “Google Play” 2022-ci ildə ölkədə əxlaq polisinin nəzarətində olan qadının ölümü ilə bağlı hökumət əleyhinə kütləvi etirazlar zamanı bloklanıb. Qadağa keçən ilin sonunda aradan qaldırıldı.
“WhatsApp” İranda “Instagram” və “Telegram” ilə birlikdə ən məşhur mesajlaşma proqramlarından biridir.
İranın Kibertəhlükəsizlik Komandanlığı dünən bəyan edib ki, dövlət qulluqçuları üçün “smartfonlar, smart saatlar və noutbuklar da daxil olmaqla rabitə şəbəkələrinə qoşulmuş bütün cihazlardan” istifadə qadağan edilib.
Komandanlıq həmçinin mülki şəxslərə bu cihazlardan məhdud şəkildə istifadə etməyi tövsiyə edib.