Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:40 | 20 iyun 2025 | Cümə
Məqaləyə 213 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Finlandiya parlamenti dünən səs çoxluğu ilə Rusiyadan gələn təhlükəni əsas gətirərək, beynəlxalq minaların qadağası (Ottava) müqaviləsindən çıxmağa səs verib.
Qanunvericilər minaların istifadəsini, istehsalını və ötürülməsini qadağan edən 1997-ci il Ottava Müqaviləsindən çıxmaq barədə hökumətin təklifini 18 əleyhinə 157 səslə təsdiqləyiblər. Müqavilə indiyədək 160-dan çox ölkə tərəfindən ratifikasiya edilib və ya imzalanıb.
NATO üzvü olan Finlandiyanın Rusiya ilə 1340 kilometr quru sərhədi var. Rəsmilər deyirlər ki, minalardan hücum edən düşmənə qarşı ölkənin geniş və sərt ərazisini müdafiə etmək üçün istifadə edilə bilər.
Rusiya Ottava müqaviləsini imzalamayıb. Mütəxəssislərin fikrincə, bu ölkə Ukraynaya geniş şəkildə müdaxilə etdiyinə görə hazırda dünyada minaların ən çox yayıldığı regiondur.
Rusiya ilə həmsərhəd olan bir sıra digər Avropa və NATO ölkələri – Estoniya, Latviya, Litva və Polşa bu yaxınlarda sazişdən çıxdıqlarını və ya bunu etməyi planlaşdırdıqlarını açıqladılar.
Finlandiya prezidenti Aleksander Stabb qərarı haqqında, “Son təhlildə həqiqət budur: qonşumuz aqressiv və imperialist dövlətdir. Bu, Rusiyadır. O, Ottava müqaviləsinin tərəfi deyil və minalardan amansızcasına istifadə edir”, – deyib.
Bu həftənin əvvəlində BMT-nin Baş Katibi Antonio Quterreş bəzi ölkələrin Ottava Müqaviləsindən çıxmaqla bağlı açıqlamalarından “dərin narahat olduğunu” bildirərək, tərksilah və minalara qarşı mübarizə tədbirlərinə qlobal dəstəyə çağırıb.
Finlandiyanın müdafiə naziri Antti Hakkanen isə “Hökumət və parlament Finlandiyaya hücum riskini azaltmaq üçün tədbirlər görməyə borcludur”, – deyə cavab verib.
“Bizim əsas prioritetimiz Rusiya təhlükəsinə qarşı ehtiyatlı olmaqdır”, – deyə Hakkanen bu günlərdə “X”də (keçmiş Twitter) yazıb.
Sazişin şərtlərinə görə, geri çəkilmə qərarı Finlandiya BMT-yə bildiriş göndərdikdən altı ay sonra qüvvəyə minəcək. Bundan sonra ölkənin mina ehtiyatı saxlamaq hüququ olacaq.
ABŞ, Çin, Hindistan, Pakistan və Cənubi Koreya kimi böyük ölkələr hələ də sazişin tərəfi deyil.
NATO-nun məlumatına görə, dünyada 70-ə yaxın ölkə və ərazi torpağa basdırılmış 110 milyon mina səbəbindən risk altındadır. Bu minalar illərlə aktiv qala bilər və uzun müddət sonra partlaya bilər.
“Landmine Monitor” qeyri-hökumət təşkilatının məlumatına görə, 2023-cü ildə minalar və partlamamış hərbi sursatlar nəticəsində ən azı 5757 nəfər – əksəriyyəti mülki şəxslər – həlak olub və ya yaralanıb.
Qeyd edək ki, Azərbaycan hər gün mina təhlükəsini hiss edən və yaşayan ölkələrdəndir. 2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. İşğaldan azad olunmuş ərazilərimizdə hələ də minlərlə mina və partlamamış sursat var.