
Müharibə Nazirliyinin xərci
Trampın sərəncamı ABŞ-a milyardlarla dollara başa gələcək
Trampın sərəncamı ABŞ-a milyardlarla dollara başa gələcək
“Deportasiya qoxusunu sevirəm”
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Milyarder Ağ Evdə təşkil edilən axşam yeməyində dəvətlilər arasında deyildi
ABŞ prezidenti gömrük rüsumları qərarının sürətləndirilməsini istəyir
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
ABŞ məhkəməsindən kritik qərar
“Ekranlarda görünmür”
Trampın Çin modeli Amerikanı sarsıtmağa davam edir
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
Ağ Ev Konqres tərəfindən təsdiqlənmiş xarici yardımı dayandırdı
Tramp Co Baydenin verdiyi direktivi qüvvədən salıb
CDC direktorunun vəzifədən alınması müzakirələrə səbəb oldu
“FED dörd iclasda ümumilikdə 100 baza bəndi faiz endirəcək”
“Vaşinqton cinayətsiz bölgə olacaq”
ABŞ administrasiyası Cerom Pauellın səlahiyyət müddəti başa çatana qədər vəzifədə qalacağı barədə açıqlamalar versə də, maliyyə bazarları bu ehtimalın nəticələrini dəyərləndirməyə başlayıb.
“Deutsche Bank AG” strategiya qrupu hesab edir ki, Donald Tramp Pauelli vəzifədən uzaqlaşdırsa, ABŞ-ın 30 illik istiqraz gəlirləri yarım faizdən çox arta bilər. Bankın strateqləri – Metyu Raskin və Stiven Zeng daxil olmaqla – müştərilərə göndərdikləri qeyddə yazırlar ki, Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi və artan dövlət xərclərinin pul siyasətinə təzyiqi risk olaraq qalır. Bu risklərə qarşı ən güclü müdafiənin gəlir əyrisinin dikləşməsinə oynamaq olduğunu bildirirlər.
Bu strategiya, qısa və uzunmüddətli faiz gəlirləri arasındakı fərqin artmasından fayda götürmək anlamına gəlir. Hazırda 5 və 30 illik istiqrazların gəlirləri arasındakı fərq 100 baza bəndi səviyyəsindədir – bu isə 2021-dən bəri ən dik göstəricidir.
Strategiya müəllifləri yazır: “Pauellin postdan uzaqlaşdırılması daha yumşaq pul siyasəti anlamına gələcək, bu da inflyasiya gözləntilərini və risk primlərini artıracaq. Bazarın ehtimal etdiyi hərəkətlər böyükdür, lakin qeyri-real deyil”.
“Bloomberg Markets Live” strateqi Saymon Uayt isə bildirir ki, “əgər gömrük tariflərinin inflyasiyaedici təsiri olmasaydı, Pauell yəqin ki, artıq faizləri endirmişdi. Lakin yaxın aylarda iqtisadi yavaşlama qaçılmaz görünür və bu halda FED rəhbəri kim olur-olsun, prezidenti məmnun etmədən faiz endirimi edə biləcək vəziyyətdə olacaq”.
“Goldman Sachs Group Inc.” baş iqtisadçısı Yan Hatzius qeyd edir ki, “bazar iştirakçıları FED-in müstəqilliyinə riskin artdığı barədə ümumi razılığa gəlib. İrəliyə dönük inflyasiya göstəriciləri isə artıq iki illik risksiz faizlərdən ayrılmağa başlayıb.”
Hatzius əlavə edir ki, bu göstəricilərdə əlavə artım FED rəsmilərini faiz endirimlərində daha ehtiyatlı davranmağa vadar edə bilər. Buna baxmayaraq, “Goldman Sachs” hələ də sentyabr iclasında ilk 25 baza bəndi həcmində faiz endiriminin ediləcəyini proqnozlaşdırır. “Faiz swap” bazarları da sentyabr ayı üçün faiz endirimi ehtimalını 56 faiz olaraq qiymətləndirir.