
“Narkobaron”
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
Tramp yenə özünü qabağa verəcəkmi?
ABŞ müdafiə naziri Cim Mattis qanunvericilərə deyib ki, Birləşmiş Ştatlar Əfqanıstanda sabitləşdirilmə səylərində inkişafa nail olmur. O, iyul ayının ortalarına qədər yeni strategiyanı Konqresə təqdim etməyə söz verib.
«Biz Əfqanıstanda artıq qəlbə qazanmırıq və biz bunu ən tez zamanda düzəldəcəyik», Mattis Senatın Silahlı Qüvvələr komitəsində qanunvericilərə bildirib.
Mattis Tramp administrasiyasının hazırda Əfqanıstanla bağlı xüsusi bir strategiyasının olmadığını etiraf edib. ABŞ hərbi qüvvələri artıq 16 ildir Əfqanıstanda Taliban qüvvələrinə qarşı mübarizə aparır.
Müdafiə naziri Konqresi Müdafiə nazirliyinə davamlı qətnamələr deyil, müvəqqəti büdcə təqdim etməyə çağırıb.
Komitənin sədri, respublikaçı senator Con Makkeyn Konqresin büdcə qəbul etməli olduğu məsələsi ilə razılaşıb. Lakin o, qanunvericilərə bildirib ki, Əfqanıstanla bağlı Pentaqonun da planını görmək istəyir.
«Strategiya olmayan yerdə bizim dəstək verməyimiz çətindir», Makkeyn bildirib.
Arizona senatoru Əfqanıstanla bağlı əvvəlki administrasiyanın planının işə yaramadığını deyib.
Müdafiə naziri Mattis Əfqanıstanda qələbəni Kabil hökumətinin zorakılıqlar səviyyəsinə nəzarət edə bilmək qabiliyyəti ilə bərabərləşdirib. O bunun üçün ABŞ-ın və müttəfiq qüvvələrin Əfqanıstan ordusuna təlim verməsinin tələb olunduğu deyib və bu yanaşmanın dəyişəcəyini əlavə edib.
Lakin Mattis bildirib ki, Birləşmiş Ştatlar Əfqanıstanı tərk edə bilməz, çünki ABŞ və onun iqtisadiyyatı üçün təhlükələr «idarəetmədə boşluqlar» nəticəsində meydana çıxır.