vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
17:20 | 28 avqust 2017 | Bazar ertəsi Məqaləyə 490 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tanımadığımız Qurban

«Sıxılma, elə bil öz evindəsən»

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Çoxlarına yanlış olaraq elə gəlir ki, o, danışıb-gülməyən, qaraqabaq və darıxdırıcı insandı. Səbəbsiz də deyil.

Məlum, hər dəfə «Qarabağ»ın oyunlarında efirdən gördüyümüz Qurban Qurbanov məhz belə bir adam təsiri bağışlayır. Emosiyalarını gizlədir, komandası qol vuranda bir çox məşqçidən fərqli olaraq, sevincini büruzə vermir. Amma ürəkdən sevinəndə illərdi içində saxladığı o enerji vulkan kimi püskürür. Başlayır hönkür-hönkür ağlamağa. «Qarabağ»da yaşadığı ilk çempionluq zamanı bunu bütün Azərbaycan görmüşdü.

Və bəlkə də Qurban Qurbanovu bir məşqçi kimi güclü edən də bu soyuqqanlılığıdı. Rəşad Sadıqov necə demişdi?

«Yaxşı məşqçi olmaq üçün Qurban kimi səbirli olmaq lazımdır».


***


Əmrah bəyin dəvəti ilə «Qarabağ»ın Antalyadakı təlim-məşq toplanışındayam. 2010-cu ilin yanvarıdı. Səfərin ilk günü. Bir anlıq təsəvvür edin, düşmüsüz hardasa 50 nəfərlik kollektivin içinə və o 50 nəfərdən də düz 47 nəfəri ilə şəxsi tanışlığınız, münasibətiniz yoxdu. Belə durumda özünüzü necə hiss edərsiz o mühitdə?

Ay sağ ol, yad bir adam kimi.

Və onda qəfil Qurban Qurbanovla rastlaşıram. Elə bil sıxıldığımı duyub soruşur: «Darıxmırsan ki?»

Yalandan  «yox» - deyirəm.

Dönüş biletim hələ 1 həftə sonrayadı. Beynimdən bir fikir keçir ki, 2-3 gün qalıb uydurma bir bəhanə ilə Bakıya qayıdım. Sanki bunu da hiss edir: «Sıxılma, elə bil öz evindəsən».


***


Komandanın məşqindəyəm. Futbolçuları yığıb meydançanın ortasında söhbət edir, onlara tapşırıqlarını verir. Bir az nəzarət edir hazırlığa, sonra mənə yaxınlaşır. Meydançanın kənarındayam. Başlayır söhbətə. Doğmalıq göstərməyə. Özünün məşq prosesindən danışır.

Getdikcə bu komandaya, bu kollektivə bağlandığımı hiss edirəm.

Artıq səfərin 7-cü günüdü. Beynimdə formalaşmış o yad adam düşüncəsi isə artıq darmadağın olub. Bir həftəliyə gəlmişdim «Qarabağ»ın düşərgəsinə, gəldiyim ilk gündəcə geri qayıtmaq istəyirdim, amma indi öz istəyimlə daha 1 həftə qalıram...


***


Qaldığımız otelin meydançasında oyunumuz var. «Qarabağ»ın məşqçi heyəti ilə texniki heyəti arasında. Mən də heyətdəyəm. Qurban Qurbanovun komandasında. Topu mənə ötürür, başımı qaldıranda qarşımda kimi görsəm, yaxşıdı: Zaur Tağızadəni!

Özümü lap peşəkar futbolçu yerinə qoyuram.

Rəqibin Zaur Tağızadə, komanda yoldaşın da Qurban Qurbanov.

Kaş bir qol da vuraydım deyə düşünürəm. Vururam da! Qurban Qurbanovun ötürməsindən sonra düz doqquzluğa.

«Əla Aydın, yaxşı oynayırsan...»

«Qarabağ»da elə futbolçular var, yəqin hələ heç vaxt Qurban Qurbanovdan belə gözəl tərif eşitməyiblər. Mən «debüt oyunum»da bunu bacarıram. 40 dəqiqədi oynayıram, görürəm artıq nəinki qaçmağa, nəfəs almağa belə hal qalmayıb. «Oynaya bilmirəm» deyirəm. Amma Qurban müəllim «Əla oynayırsan e, davam elə" deyir...

Həvəslənirəm.

20 dəqiqə sonra oyun qurtarır. Sağ olsun Qurban müəllim, 2 il futbol oynamayan birini düz 1 saat dayanmadan, əvəzetmədən oynatdı...

Bilirsiniz niyə?

Çünki ehtiyatda məni əvəz edəcək bir nəfər də yox idi.


***


Mənə görə onlar Azərbaycanın heç bir klubunda olmayan, bir az qeyri-adi sayılacaq mühit yaradıblar. İstər yeni futbolçu ol, istər klubun qonağı, istərsə də kim olursan ol, əgər «Qarabağ»ın düşərgəsinə düşmüsənsə, özünü orda ögey hiss etməyəcəksən.

Sənə Qurban Qurbanov da doğma gələcək.

Əmrah Çəlikəl də...

Asif də...

Nurlan da...

Hətta alban Aqolli də...

...Və bu gün o doğma mühitin memarlarından birinin 45 yaşıdı.

Arzular, təbriklər. Sözləri, tostları uzatmaq olar. Amma. Uzatmayaq. Yazıya elə burda, bu arzuyla yekun vuraq:

Yaşasın, Qurban Qurbanov!


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)