Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
18:17 | 12 oktyabr 2017 | Cümə axşamı
Məqaləyə 2697 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Amerika Birləşmiş Ştatları Hizbullaha qarşı təzyiqi gücləndirmək üçün səylərini artırır. Bu günlərdə Vaşinqton İranın himayə etdiyi terror qruplaşmasının yüksək rütbəli rəsmilərindən ikisinin həbsinə gətirib çıxaracaq məlumat üçün milyonlarla dollar təklif edib.
Çərşənbə axşamı Dövlət Departamenti Hizbullahın Xarici Təhlükəsizlik Təşkilatına başçılıq etdiyi Təlal Həmiya ilə bağlı hər hansı məlumat üçün 7 milyon dollar, 1983-cü ildə ABŞ Donanmasının Beyrutdakı sığınacaqlarının bombalanmasına yardım etmiş yüksək rütbəli əməliyyatçı Fuad Şükürlə bağlı məlumat üçünsə 5 milyon dollar dəyərində mükafat irəli sürüb.
«Qrup bu cür terror aktları törədə bilmək üçün qlobal miqyasda qüdrət əldə etməyə çalışır», Terrora Qarşı Milli Mübarizə Mərkəzinin direktoru Nikolas Rasmussen bildirib. O, heç bir təhlükənin qaçılmaz olmadığını və Hizbullahın aktiv şəkildə ABŞ-ı hədəf almağa çalışdığını deyib.
ABŞ kəşfiyyatı uzun zamandır Livanda fəaliyyət göstərən Hizbullahı İranın terror fəaliyyətlərindəki əsas tərəfdaşı olaraq görürdü. Rəsmilər deyir ki, Hizbullah əməliyyatçıları bütün dünyada aktivdir və 2012-ci ildə Bolqarıstanda ölümcül hücum törədib, bundan əlavə, Azərbaycan, Misir, Kipr, Tailand və Peruda da sui-qəsdlər planlaşdırıb.
Terror əleyhinə mübarizə idarəsinin rəsmiləri Hizbullahın inkişaf etmiş raket arsenalını genişləndirməsindən, eyni zamanda özünün silah istehsal edən zavodlar tikməsindən narahatdır.
ABŞ-ın terror qarşı mübarizə aparan əməliyyatçıları Küveyt və Nigeriyada Hizbullaha məxsus silah önlükləri aşkar edib.
Hizbullaha qarşı ən son addım olaraq ABŞ prezidenti Donald Tramp terror qrupun əsas sponsor İranın 2015-ci ildə əldə olunan nüvə razılığına əməl edib-etmədiyini açıqlayacaq.
Ötən həftə Tramp İranın razılığa əməl etmədiyini düşündüyünü və nüvə razılığını ləğv edə biləcəyini deyib.
Lakin bunun İranın Hizbullahdan istifadəsinə necə təsir göstərəcəyi aydın deyil. Terror əleyhinə mübarizə aparan yüksək səviyyəli rəsmilər razılıqla Hizbullahın fəaliyyəti arasında birbaşa əlaqə görmədiklərini deyir.
Lakin ABŞ ordusunun rəsmiləri nüvə razılığı nəticəsində açılan 50-150 milyard dollar dondurulmuş aktivlərin İranın dəstəklədiyi qüvvələrə, xüsusilə də Hizbullaha axdığından narahatdır.
ABŞ-ın Hizbullah əleyhinə səylərini çətinləşdirən bir başqa məsələ də bəzi ölkələrin təşkilatı həm terror qrupu həm də siyasi partiya olaraq görmələridir. Livanda isə Hibullahın bəzi üzvləri parlament üzvü və nazir olaraq fəaliyyət göstərir.
Lakin çərşənbə axşamı Dövlət Departamentinin terrora qarşı koordinatoru Neyten Seyls deyib ki, Hizbullaha qarşı mübarizə aparmaq Tramp admnistrasiyasının əsas prioritetidir.
«Hizbullahın heç bir siyası qolu yoxdur. O, vahid təşkilatdır, terror təşkilatıdır», Seyls deyib.
Seyls həmçinin bildirib ki, Livan Hizbullahı terror təşkilatı olaraq tanımalı olsa da, ABŞ Livan hökuməti və ordusu ilə işləməyə davam edəcək.
Seyls Livanın silahlı qüvvələrini «Livan sərhədini terror təhlükələrindən qorumaq üçün effektiv tərəfdaş» adlandırıb.
Lakin çərşənbə axşamı yüksək vəzifəli İsrail rəsmisi Livanın silahlı qüvvələrinin Hizbullah liderlərinin təsirinə məruz qaldıqları ilə bağlı narahatlığını ifadə edib.
«Livan ordusu müstəqilliyini itirib və Hizbullah aparatının ayrılmaz bir hissəsinə çevrilib», deyə İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.