Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
14:13 | 1 may 2018 | Çərşənbə axşamı
Məqaləyə 1903 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Region həyatımızda getdikcə daha çox yer tutur...
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
ABŞ dövlət katibi Mayk Pompeo “İran arxivlərini” şəxsən oxuduğunu bildirib. ABŞ Dövlət Departamentinin məlumatına görə, Pompeo İranı nüvə silahı istehsalında ittiham edib.
İsrailin “İranın nüvə arxivləri” adlandırdığı və İranın daxilindən əldə etdiyini bildirdiyi sənədlər haqda danışan dövlət katibi İranı yalan söyləməkdə ittiham edib.
“Bizim silahların yayılmaması proqramı üzrə və kəşfiyyatdan olan əməkdaşlarımız on minlərlə səhifəni fars dilindən tərcümə və təhlil edir. Analizlər bir neçə ay ərzində davam edəcək. Bizim hesablamalara görə, bu həqiqi sənədlərdir. İsrailin içəridən əldə etdiyi sənədlər, şübhəsiz ki, İran rejiminin həqiqəti söyləmədiyini göstərir”, – Pompeo qeyd edib.
O, İranı nüvə proqramını Nüvə Enerjisi üzrə Beynəlxalq Agentlikdən və onunla nüvə müqaviləsi bağlayan 6 ölkədən də gizlətməkdə ittiham edib. O, bu addımı həmin ölkələrə və bütün dünyaya qarşı bir pis niyyətin və qeyri-konstruktiv mövqeyin göstəricisi kimi qiymətləndirib.
Pompeo bildirib ki, İran nüvə proqramını uzun illər ərzində bütün dünyadan gizlədib. Onun sözlərinə görə, İranın dəfələrlə bu proqramı dünyaya açmaq şansı olub, lakin o, bunu etməyib.
Pompeonun sözlərinə görə, İran hər zaman nüvə silahı və onu daşıya biləcək vasitələr əldə etməyə cəhd edib. O İrana yenidən inam mövzusunun gündəm olduğunu bildirib.
Qeyd edək ki, aprelin 30-da İsrailin baş naziri Benyamin Netanyahu İranın daxilindən “İranın nüvə arxivləri” adlandırdığı minlərlə səhifəlik sənədlər əldə etdiklərini iddia etmişdi. O, bu sənədlərdə İranda nüvə proqramının gedişatı haqda qeydlər aparıldığı və həmin qeydlərin sayəsində İranın nüvə silahı istehsalına davam etdiyini vurğulayıb.