vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 22 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AMERİKA  
12:48 | 5 mart 2019 | Çərşənbə axşamı Məqaləyə 695 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maliyyə modelləri ilə işğal

Rotşildlər ailəsi nazirləri necə ələ keçirir və Pentaqonun gizli planı ...

Ərgün DİLƏR, “Takvim”, Türkiyə

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyadakı güclərin müəyyən edilməsi üsulları müxtəlifdir. Ancaq mən ailələrə baxıram. Çox tez-tez yazdığım kimi, Rotşild ailəsi və onunla birgə hərəkət edənlərə baxıram. Təbii, onlara qarşı çıxanlara da baxıram. Ailələrin gücünü nə qədər anlatsam da, bəzən fikirlər qarışır. Bəziləri “Bir ailə və ya ailələr ittifaqı hər şey haqqında necə qərar verir?” sualının cavabını tapmaqda çətinlik çəkir. Bu, təbiidir. Son dərəcə təbii və anlaşılandır. Heç öyrədilməyən bir şeyi anlatdığımız zaman, əlbəttə, sorğu-sual başlayır. Zehinlər məşğul olur. Ancaq mənzərənin aydın görünməsi üçün israrla eyni bir yolda irəliləmək şərtdir.

Dünyanı bir ailə və ya ailələr idarə edə bilərmi? Bu, illərdir müzakirə edilən bir məsələdir. Bu məsələ sadəcə Türkiyəyə yaddır. Haqqında nə yazılar, nə də danışılar. Durum belə olunca, başımıza gələnlərin səbəbini tapmaqda daima çətinlik çəkdik.

Gəlin, yaxın tarixdən nümunə göstərək. Bu nümunə ilə həm güc balansını anlamağa çalışaq, həm də bu gün ABŞ-la Rotşild ailəsi arasında olan gərginliyi daha yaxşı görək.

Yanis Varoufakis ismi indi kiminsə yadında olmaya bilər. Təbiidir. Həmən ağıla gələn biri deyil. Varoufakis 27 yanvar 2015-ci ildə Yunanıstanın maliyyə naziri oldu. Hələ Esseks Universitetinə dəvət edilən zaman gələcəkdə Yunanıstanda önəmli bir nazir olacağını bilirdi. Çünki Rotşild ailəsi verdiyi sözü tutar. 27 yanvar 2015-ci ildən 06 iyul 2015-ci ilədək, yəni təqribən 5 ay vəzifədə oldu. Bu müddətdə nə baş verdi?

O, Pire limanı başda olmaqla, bir çox limanı Rotşild ailəsinin Çindəki şirkəti “Cosco”ya verdi. Ölkədəki 14 hava limanının da Rotşild ailəsinin Almaniyadakı şirkəti “Fraport AG”yə verilməsi üçün qanun layihələri hazırladı. Bu 14 hava limanı da daha sonra “Fraport AG”yə verildi. Təbii, hadisə bununla bitmirdi. Ssenaridə yazılanlar səhnəyə qoyulurdu.

Yunanıstan dövlətinin 400 milyard dollarlıq borcu gündəlik faizlərlə 870 milyard dollara çıxarıldı. Bu borcun BVF-yə olduğu görünsə də, əslində, Rotşild ailəsinə idi. Bu əməliyyatların arxasında olan şəxs də Yanis Varoufakis idi. İşini tamamladı və Avstraliya pasportu alma haqqını qazandı.

Bəziləri onun hələ çox öncədən Avstraliya pasportu aldığını irəli sürürdü. Dedi-qodular belə olsa da, həqiqət başqa idi. Əməliyyatların nəticəsi olaraq mükafatı qapırdı. Bir yunan bir ailə tərəfindən oxudulurdu. Xaricdən dəstək alırdı.  Sonra ölkəsində nazir edilirdi. Və ölkəsinin soyulması üçün qapını sonuna qədər aralayırdı. İllərdir anlatmaq istədiyim modellərdən biri də məhz bu idi. Sistem belə idi.

Əlbəttə, Yanis Varoufakisə milyard dollarlıq hədiyyə çeki də təqdim edildi. Yəni, unudulmurdu.

Sizcə, dünya siyasətində indi getdiyi hər yerdə böyük uğurlar əldə etmiş biri kimi qarşılanan bu şəxsdən başqa digərləri yoxdurmu? Bax, üzərində durulması lazım olan məsələ budur. Ölkələrin topla, tüfənglə işğal ediləcəyini düşünürsünüzsə, yanılırsınız. Sivil maliyyə modelləri vardır. Daha asandır, hədəf ölkənin uşaqlarından istifadə edilir və istənilən nəticə alınır. Bəzən solçular, bəzən də sağçılar istifadə edilir. Acı olan budur ki, əksər hallarda istifadə edilən şəxs bu həqiqəti bilir.

İstəyirsinizsə, razı olmayanlar üçün məsələni bir az da açaq. Maraqlı misallar göstərərək, davam edək. Bu gün BMT üzvü olan bütün ölkələrdəki hökumətlərdə ən azı iki, bəzilərində isə, – ABŞ və İngiltərə kimi, – yeddi nazirə sahib olan Rotşild ailəsi var. Bu dəqiqdir.

Deməli, Rotşild ailəsi çox güclüdür. O qədər güclüdür ki, ABŞ-la savaşacaq qədər. Bu qədər böyük bir gücü ailənin ən önəmli şəxsi Ceykob Rotşildmi (Jacob Rothschild ) idarə edir? Əlbəttə, xeyr. Çünki son qərarı Ceykob Rotşild versə də, ailənin bir qərarverici komitəsi var. Ailənin 100 illik layihəsi uğurla başa çatdı. Ceykob Rotşild olmasa belə, yaxın tarixdə bu strukturun gücünü itirmə ehtimalı görünmür.

Əgər Devid Rokfeller (David Rockefeller) dünyasını dəyişməsəydi, bu gün ABŞ-la Rotşild ailəsi arasında savaş da olmazdı. Çünki Rokfeller ailəsi heç bir zaman Rotşild ailəsi qədər təsirli ola bilmədi. Onlarla birlikdə hərəkət etdiyi üçün Rotşild ailəsinin izin verdiyi qədər böyüdü. Devid Rokfellerin 102 yaşında vəfatı ilə birlikdə, əsla Rotşildlərlə qarşı-qarşıya gəlməyən Rokfeller ailəsinin onlarla əlaqələri qopdu. Çünki Rokfellerlərdə qərarverici komitə yox idi. Patron tək Devid Rokfeller idi.

Bu gün “dərin Amerika”nın ən böyük xəyalı başqa ailələrin də Rotşild ailəsilə toqquşma ehtimalıdır. Bunun miqyasının nə qədər olacağını kimsə bilmir.

Vaşinqtonun Yunanıstanı itirməsi onun böyük planına ən ağır zərbə oldu. Yunanıstandan istifadə etməklə Egey dənizini “NATO dənizi” etmək istəyən Pentaqonun bu plandan vaz keçməsi doğrudur. Yunanıstandan istifadə etməklə Türkiyəni bir neçə əlavə problemlə üzbəüz qoymaq istəyən, ardınca “Suriya planı” ilə Ankaranı oyundan kənarda saxlamaq istəyən Pentaqon artıq diqqətini yeni planına verib. Suriya üzərindən YPG ilə birlikdə daha təsirli bir ünsürü də qataraq, həmlə edəcəklər. Ən azı yoxlayacaqlar. Pentaqonun ağlından keçən də budur.

Yeni ünsür nədir, kimdir, necə bir şeydir? Bilmirəm. Ancaq ağıllarında belə bir plan var. Türkiyənin təsirli sürpriz əməliyyatlarına qarşı olaraq da YPG-yə mütləq dəstək verəcəklər.

Pentaqonun Suriyadan çıxma qərarından vaz keçməsinin, orada müəyyən bir qrupu buraxmasının təməlində yatan səbəb plan dəyişikliyidir. Yeni bir oyun üçün hazırlıq görürlər. O plan dəyişikliyinin bu ilin sonundan etibarən Türkiyə üçün ciddi problemlər gətirəcəyi də verilən proqnozlardan biridir. Belə düşünürlər. Çünki ABŞ-la yaxın münasibətlər içində olduğu görünsə də, Yunanıstan əmrləri Rotşild ailəsindən alır. Ona görə Pentaqon Türkiyəni YPG və bir qeyri-məlum amil vasitəsilə küncə sıxışdırmaq istəyəcək. Təbii, əgər ikitərəfli münasibətlərdən nəticə alınmazsa. Baxıb görəcəyik. YPG-nin yanına kimi, necə qoyacaqlar. Ya da belə bir ssenarini həyata keçirə biləcəklərmi? Mehmetcik buna izin verəcəkmi? Ankara sürətli və təsirli bir həmlə ilə hər şeyi pozub kənara atacaqmı? Gözləyək, görək…

Unutmayaq ki, Trampın Ağ Evdə rahat olmadığı halda belə, öz yolu ilə gedən ölkələrin başında Türkiyə gəlir. Çətin şərtlərə, iqtisadi hücumlara rəğmən, gedirik. Heç şübhəniz olmasın, bundan sonra da gedəcəyik.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *