vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AKTUAL  
15:50 | 17 mart 2019 | Bazar Məqaləyə 2059 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Hələ bilnmir kim-kimə qoşulacaq”

Əli İnsanov siyasətlə məşğul olacağını anons etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkə başçısının əfv sərəncamı ilə 11 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan keçmiş səhiyyə naziri Əli İnsanov medianın bəzi suallarını cavablandırıb.

Əli İnsanov Azərbaycandan çıxıb gedəcəyi barədə deyilənləri təkzib edib:

 “Qərb mənim ayağımdakı qandalları açdı. İstərdim ki, Azərbaycan hökuməti də əlimdəki qandalları açsın. Mənim Azərbaycandan heç yerə getmək fikrim yoxdur. Mübarizəmi davam etdirəcəyəm”.

Əli İnsanov siyasətlə məşğul olacağını istisna etməyib. O, müxalifət qüvvələrinə qoşulacağı barədə deyilənlərə belə münasibət bildirib:

“Mən siyasətdən aralanmamışam. Amma hər şey Allahın əlindədir. Hələ məlum deyil müxalifət mənə qoşulacaq, yoxsa mən müxalifətə”.

Əli İnsanov tezliklə daha geniş mətbuat konfransı keçirəcəyini vəd edib.