vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
22:17 | 16 aprel 2019 | Çərşənbə axşamı Məqaləyə 2199 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rampage” raketlərinin dəhşəti

İsrail İran bazasını Azərbaycana satdığı raketin yeni modifikasiyası ilə dağıtdı

F.MƏMMƏDOV

İsrail aprelin 13-də Suriyanın Hama əyalətində İranın nəzarətindəki raket araşdırmaları və istehsalı mərkəzinə hava hücumu zamanı səsdən iti uçan ən yeni raketi tətbiq edib.

İsrail xəbər qaynaqları xəbər verir ki, həmin raketə qarşı mövcud raket əleyhinə sistemlər, o cümlədən vurulan obyektin bilavasitə yaxınlığında yerləşdirilmiş S-300 PMU “Favorit” zenit-raket kompleksi faydasızdır.

Hərbi analitik Babak Taghvai bildirir ki, Masayyaf raket araşdırmaları mərkəzinə hücum zamanı tətbiq olunan raket İsrailin “Israel Aerospace Industries” (IAI) və “Israel Military Industry Systems” (IMI) şirkətləri tərəfindən birgə istehsal olunan “Rampage” raketidir.

Söhbət böyük təsir radiusuna malik olan və səsdən iti sürətlə uçan, ən yeni naviqasiya avadanlığı quraşdırılmış raketdən gedir. “Rampage” yaşı mühafizə olunmuş hədəfləri nisbətən aşağı xərclə məhv etməyə imkan verir.

Bu raket təyyarədən buraxılandan sonra bir neçə yüz kilometr məsafədə hədəfləri vura bilir. Raketdə quraşdırılmış sistem şrapnellərin miqdarına da nəzarət etməyə imkan verir ki, bunun sayəsində həmin silahla sözün əsl mənasında “cərrahi” zərbə endirmək olur.

Raketlər “F-16” və “F-35” qırıcılarında quraşdırıla bilir və düşmənin raketdən müdafiə sistemlərinə, silah anbarlarına və logistika bazalarına qarşı nəzərdə tutulub.

Məsələ burasındadır ki, hava-yer tipli “Rampage” raketləri İsrailin IMI şirkəti tərəfindən işlənib hazırlanan “EXTRA” yerüstü raket sisteminin modifikasiyasıdır. Bu raketlər İsraillə yanaşı 2013-cü ildən etibarən Azərbaycan və Vyetnam ordularının silahlanmasında yer alır. Azərbaycan Silahlı Qüvvələrinin “EXTRA” raketləri dəfələrlə hərbi paradlarda və təlimlərdə nümayiş olunub. Bu raketlər 150 kilometr mənzillidir və 120 kiloqram ağırlığında döyüş  başlığı ilə təchiz olunub. Dəqiqliyi 10 metrə qədərdir.

“EXTRA” raketləri IMI tərəfindən işlənib hazırlanan “LYNX” buraxılış qurğusundan buraxılıa bilər, lakin digər münasib buraxılış qurğularında da tətbiq edilməsi mümkündür.

IMI həmin raketlərin hava-yer versiyasını işləyib hazırlayıb və bu ildən etibarən seriya istehsalını həyata keçirir. “Rampage” raketləri “EXTRA” raketlərindən ancaq xarici dizaynında edilmiş cüzi dəyişikliklərlə fərqlənir. Bu raketlərin ilkin variantı "MARS" adlandırılmışdı, daha sonra şirkəti raketə “Rampage” adı verib. (Virtualaz.org)