
BMT modeli rəsmiləşdi
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Əvvəl partlayış baş verib, sonra atışma olub
Kreml Moskva görüşü təklifini xatırlatdı
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Qlobal bazarlarda göstəriciləri gözləyir
Vaşinqtonda durum ilk baxışda sakit görünsə də, pərdə arxasında Türkiyə ilə bağlı gedən sərt diskussiyalar davam edir.
Prezident Donald Tramp “S-400”lərin alınması ilə bağlı Türkiyəyə sanksiyaların tətbiq edilməsini qəti istəmir. O, çərşənbə axşamı Ağ Evdə senatorlarla keçirilən görüşdə bu mövqeyini aydın şəkildə ortaya qoyub.
Senatorlar isə toplantıda israrla buna qarşı çıxıblar. Onlar sanksiyaların tətbiq edilməsinin qanunun tələbi olduğunu söyləyərək, öz mövqelərində israr ediblər. Həmin toplantı öz mövqelərində qalan tərəflərin heç bir güzəştə getməməsi və heç bir nəticə verməməsilə başa çatıb.
Ancaq indi ortaya çıxır ki, o toplantıda prezidentin müşavirlərinin Prezident Tramp kimi düşünmədiyini və özlərinə yaxın mövqedə durduqlarını görən senatorlar prezidentə təzyiqləri artırmaq üçün həmin müşavirlərlə birlikdə işləməyə başlayıblar. Xüsusilə Xarici işlər naziri Mayk Pompeo və Milli təhlükəsizlik müşaviri Con Boltonun öz mövqelərinə yaxın durduqlarını görən respublikaçı senatorlar Prezident Trampa təzyiqləri artırmaq üçün hazırda bu müşavirlərlə əməkdaşlıq edərək, birgə çalışırlar.
Bu arada, Ağ Evdə Türkiyə ilə bağlı keçirilən zirvə görüşündən kənarda saxlanılan demokrat senatorların da eynilə respublikaçı senatorlar kimi düşündükləri və Prezident Trampa təzyiq olsun deyə, o toplantıdan həmən öncə, 23 iyul 2019-ci il tarixdə prezidentə məktub göndərərək ondan Türkiyə ilə bağlı qanunların tələbini yerinə yetirməsini istədikləri də ortaya çıxıb.
Anlayacağınız odur ki, Prezident Tramp, Türkiyə məsələsilə bağlı olaraq ABŞ-ın bütün dövlət sisteminə qarşı təkbaşına dirənməyə çalışır. Bu təzyiqə nə qədər, hansı ölçüdə dirənə biləcəyini isə baxıb görəcəyik.
Buradakı müstəqil mənbələr bu mərhələdə Türkiyənin apardığı mübarizədə Trampın əlini gücləndirəcək bəzi manevrlər etməsinin doğru ola biləcəyini söyləyirlər. Həmin dairələr “Patriot” raketlərinin satın alınması üçün görüşlərin başlamasının da bu baxımdan yaxşı olduğunu düşünürlər.
Bütün təzyiqlərə baxmayaraq, indi Trampın Türkiyə məsələsilə bağlı vaxt qazanmağa çalışacağı, həm “S-400”lərin aktiv fəaliyyətə keçməsi üçün hələ zaman olduğunu, həm də “Patriot” raketlərinin satın alınması üçün danışıqların davam etdiyini irəli sürərək, vaxt qazanmağa çalışa biləcəyi də bildirilir.
Ayrıca, irəlidə edilən təzyiqlərə qarşı müqavimət göstərməsinin imkansız hal alacağını, sanksiyaların tətbiq edilməsinin qaçılmaz ola biləcəyini nəzərə alan Prezident Tramp, tətbiq edə biləcəyi 12 sanksiyadan ən yüngül olan 5-ni artıq seçmişdir. Ancaq senatorlar daha ağır sanksiyaların tətbiq olunması üçün də çalışırlar.
Bütün bunlar göstərir ki, türk dövləti qarşıdakı illərdə Vaşinqtonda daha uğurlu fəaliyyət göstərə bilməsi üçün yalnız Ağ Evə baxmamalı, ABŞ Konqresi ilə də işləməlidir.
Konqreslə Türkiyə arasındakı münasibətlər son bir neçə il ərzində addım-addım pozuldu və bizlər də bu məsələyə lazımınca diqqət göstərə bilmədik. Ayrıca, səfirin rezidensiyasının qarşısında kürd nümayişçilərin döyülməsi kimi bir sosial fəlakət də yaşandı. Bu hadisə Konqres daxilində Türkiyənin lehinə söz deyə biləcək son üzvləri də susdurdu. Türkiyə gələcək üçün, pozulmuş imicini və Konqreslə pozulan münasibətlərini düzəltmək üçün bir an öncə Vaşinqtonda çalışmağa başlamağa məcburdur.