
Üzücü xəbəri 13 il sonra öyrənib
Nobel mükafatı laureatı fizik Hollandiya vətəndaşlığından məhrum edilib
Nobel mükafatı laureatı fizik Hollandiya vətəndaşlığından məhrum edilib
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
TikTok trendinə qatılan 12 yaşlı uşaq dünyasını dəyişib
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb olub
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
İngiltərə, Fransa və Almaniyadan İrana xəbərdarlıq
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Göz qapağının sallanması, çəpgözlük, udma çətinliyi, nitqin pozulması, keyimə və ən qorxulusu iflic
Hansı ölkənin nüvə arsenalı daha sürətlə böyüyür?
Azadlıq günü, konstitusiyası yoxdur – yazılmayan, amma dəyişdirilməyən qaydaları var
“Sonsuz kimyəvi maddə” adlanan trifloresan turşusu ömür boyu davam edir
Böyük Britaniya kəşfiyyatının tarixində bir ilk
İngiltərədə nəhəng piton xəbərdarlığı
Boris Conson Birləşmiş Krallığın sonuncu Baş Naziri ola bilər. Bu iddia CNN telekanalının analitik reportajında yer alıb. Siyasi analitik Lyuk MakGenin müəllifi olduğu şərhdə bildirilir ki, yaxın vaxtlarda Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya arasında ziddiyyətlər daha da dərinləşəcək.
Qeyd olunur ki, Baş nazir seçildikdən sonra Şotlandiya, Uels və Şimali İrlandiyaya səfər edən Boris Conson güclü etirazlarla qarşılanıb. Brexit prosesində “əməl et və ya məhv ol” yanaşması da onun qarşısında duran ən ciddi problemdir. Avropa İttifaqını sazişsiz tərk etmək Birləşmiş Krallığın dörd subyekti arasında fikir ayrılığını daha da gücləndirəcək.
MakGe vurğulayır ki, Şotlandiyada Avropa yönümlü və bu ölkənin müstəqilliyini müdafiə edən siyasi qüvvələr daha da fəallaşıb. Şotlandiyanın birinci naziri Nikola Sturgeon isə bu siyasətçilərin liderinə çevrilib. Uels fermerləri də sazişsiz Brexiti dəstəkləmirlər və bu məsələdə yerli hakimiyyətə təzyiq göstərirlər. Bu ölkənin birinci naziri Mark Drakefield də Boris Consonun siyasətini sərt tənqid edib.
Birləşmiş Krallığın ikinci ən böyük subyekti Şimali İrlandiyada isə İrlandiya Respublikası ilə sərhədlərin qaldırılması üzrə tələblər artır. Burada etirazçılar Consonu “Brexit sərhədlər deməkdir” şüarı ilə qarşılayıblar. Şimali İrlandiyada sülh prosesini də nəzərə alan siyasi analitik qeyd edib ki, uzun illər davam etmiş və 3 minə yaxın insanın ölümü ilə nəticələnmiş münaqişənin mənəvi izləri hələ də qalır.
CNN-nin reportajında vurğulanır ki, indi Boris Conson dilemma ilə qarşılaşıb: Brexit prosesini sazişsiz bitirmək, yaxud Birləşmiş Krallığın vahidliyini qoruyub saxlamaq. Mançester Universitetinin siyasət üzrə professoru Rob Ford da qeyd edir ki, sazişsiz Brexit bu nəhəng dövlətin bölünməsinə səbəb ola bilər. Onun sözlərinə görə, Brexit lobbisi İngiltərədə daha çox güclüdür, digər subyektlərdə isə onun tərəfdarları azdır. Mühafizəkarlar Partiyasının burada və Şimali İrlandiyada tərəfdarları isə bildirirlər ki, Brexitin Birləşmiş Krallığın birliyinə xələl gətirəcəyi fikri ağlasığmazdır.
Beləliklə, Şimali İrlandiya və Şotlandiyada Brexit əleyhdarları daha güclü (56 faiz və 62 faiz), Uelsdə isə zəifdirlər. Qeyd olunur ki, bütün bu məsələlərə oktyabrın 31-dən sonra tam aydınlıq gətirilməsi gözlənilir. “Sərt Brexit” Birləşmiş Krallığın birliyinə xələl gətirərsə, o zaman Boris Conson da onun sonucu Baş Naziri olacaq (AzərTAC).