vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
KRİMİNAL, CİNAYƏT  
18:26 | 6 avqust 2019 | Çərşənbə axşamı Məqaləyə 440 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda Əlibaba və üç quldur əhvalatı

Ərəblər mənzildə fahişələrlə əylənərkən qapı açılıb və ...

Bakıda iki Səudiyyə Ərəbistanı vətəndaşı kirayə yaşadıqları mənzildə quldur basqınına məruz qalıb. Səbail Rayon Polis İdarəsindən oxu.az-ın əldə etdiyi məlumata əsasən üç naməlum şəxs avqustun 5-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsində yerləşən 94 nömrəli evdəki mənzilə basqın edib.

Mənzili Səudiyyə Ərəbistanı vətəndaşları - 1998-ci il təvəllüdlü Əlibaba Əli Həsən və onun həmyaşıdı Əlsaəəd Məhəmməd Əbdülrahim kirayəyə götürüblərmiş. Basqın zamanı əcnəbi turistlər yerli fahişələrlə eyş-işrətlə məşğul olduqlarına görə cinayətkarların gəlişi onlar üçün gözlənilməz olub.

Cinayətkarlar ərəblərdən 1500 manat və 5 ədəd bahalı mobil telefon götürüblər. Sonra basqın edənlərdən ikisi Əlibaba Əli Həsən ilə mənzildən çıxaraq Puşkin küçəsindəki Bank of Baku” bankomatına gediblər. Ərəbin kartından 200 manat çıxaran kişilər hadisə yerinə qayıdıblar. Onlar burada turistləri yapışqanlı lentlə bağlayaraq hadisə yerindən qaçıblar.

Məlumata görə, turistlərin əyləndikləri qız soyğunçularla əlbir olub. Çünki o, cinayətkarların mənzilə səssiz-səmirsiz daxil ola bilmələri üçün qapını açıq saxlayıb.

Bildirilir ki, əməliyyatçılar artıq şübhəlilərin izinə düşüblər. Hazırda onların aşkar edilərək saxlanılması üzrə iş aparılır.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev virtualaz.org-a soyğunçuluq faktını təsdiqləyib. E.Hacıyev bildirib ki, həqiqətən avqustun 5-də gecə saatlarında 3 naməlum şəxs  Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən 94 nömrəli evdəki mənzilə girib, soyğunçuluq hadisəsi törədiblər. Hazırda onların aşkar edilərək saxlanılması üzrə iş aparılır. Hələlik saxlanılan yoxdur.

Dəqiqləşdirilib ki, soyğunçular mənzilə həqiqətən açıq qapıdan keçiblər. Onlar mənzili kirayələmiş Səudiyyə Ərəbistanı vətəndaşlarına məxsus 1500 manatı, bahalı mobil telefonları, bank kartlarının oğurlayıblar. Amma hadisə vaxtı ərəblərin başlarının mənzildə fahişələrlə əylənməyə qarışdığını dəqiqləşdirmək mümkün olmayıb, istisna olunmur ki, fahişələr epizodu jurnalist təxəyyülünün məhsulu ola bilər. Çünki Bakıda ərəblər adı gələndə hökmən fahişələr də yada düşür və ərəb ölkələrindən Bakıya məhz fahişələrlə əylənmək üçün gələnlərin üstünlük təşkil etdiyi haqda çoxdandır danışılır... (virtualaz.org)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *