vaxtlı-vaxtında oxuyun! Bazar, 8 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
10:52 | 14 noyabr 2019 | Cümə axşamı Məqaləyə 989 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Keçmiş rəqiblər bir-birini “dişləyir”

Qonşuda korrupsiya ilə mübarizə hakim elitaları üz-üzə qoyub

“Əl-Monitor”

Mühafizəkar din xadimi İbrahim Rəisi 2017-ci ildəki prezident seçkilərində Həsən Ruhaniyə uduzduqda, bir çox İran müşahidəçisi onun İranın şərqindəki Astan-e Qüds Rəzəvinin qəyyumu vəzifəsinə qayıdacağına inanırdı. Bu vəzifəyə Rəisi seçkidən bir il əvvəl ölkənin dini lider Ayətullah Əli Xameneyi tərəfindən təyin olunmuşdu. Ancaq sonradan məlum oldu ki, Rəisi əvvəlki qəyyum kimi sakit inzibatçı həyatı sürməkdə maraqlı deyil.

Astan-e Qüds Rəzəvidə icra etdiyi işləri göstərmək üçün Məşhəd şəhərinin kənarındakı kiçik kəndlərə gedən İbrahim Rəisi, sıx iş rejimində onu izləyən media komandası vasitəsi ilə, özünü hələ də təşviqat kampaniyasındakı kimi aparırdı.

2019-cu ilin mart ayında Xameneyi Rəisinin İran məhkəmə sisteminin rəhbəri vəzifəsinə təyin etdiyi zaman, o, korrupsiyanın kökünü kəsmək üçün Ali Liderin açıq dəstəyi ilə, vəzifəsinin icrasına başlayıb. Lap seçki kampaniyasındakı kimi canfəşanlıqla.

Korrupsiya iranlılar və İran rəsmiləri üçün böyük narahatlıq doğursa da, Rəisinin korrupsiyaya qarşı mübarizəsi İslam Respublikasındakı digər qruplar və cərəyanları, xüsusən də prezident seçkilərindəki keçmiş rəqibini qəzəbləndirib.

Noyabrın 11-də Yəzd şəhərində çıxışı zamanı Ruhani məhkəmə orqanlarına müraciət edib: “İndi milyonlarla və milyardlarla tümən pulun mənimsənilməsi ilə əlaqəli korrupsiya işlərini izah edin”.

Ölkənin nüvə proqramına görə beynəlxalq sanksiyalar altında olduğu dövrdə İran neftini satmış Babək Zəncaninin işinə toxunan Ruhani deyib: “Bir neçə il sonra əvvəl bir oğruya ölüm hökmü çıxarılıb. O, xəzinədən 2.8 milyard dollar oğurlayıb, amma bu pulun hara xərcləndiyi və bu işdə başqa kimin rolu olduğu aydın deyil”.

Zəncani – həbsindən əvvəl sərvətlərini sosial mediada açıq göstərən milyarder – pulun harada olduğunu açıqlamaqdan imtina edib, ehtimal ki, o, etirafından sonra edam olunacağından qorxur.

Ruhani çıxışında müəyyən həssas iqtisadi məlumatları da açıqlayıb. O, bəzi qurumların 964 milyon dollar qazandığını, digər qurumların isə 700 milyon dollar borc içində olduğunu bildirib.

İran prezidenti əlavə edib: “Bir neçə nəfəri korrupsiya ilə əlaqədar məhkəməyə aparmaqla xalqı aldatmayın, xəzinədən oğurlanmış böyük miqdarda pulun aqibəti bilinməlidir”.

Məhkəmə sisteminin partizan təbiətinə birbaşa hücumda Ruhani deyib: “Hakimlər və prokurorlar qorxmamalı və müəyyən fraksiyalardan çəkinməməlidirlər. Əks təqdirdə, bu korrupsiya hallarını vilayətdən vilayətə elan edəcəyəm”.

Rəisi ertəsi gün Ruhaninin ittihamlarına cavab verərək bildirib: “Məhkəmə sistemi prosesi davam etdirməyə qərarlıdır və heç nə fikrimizi yayındırmayacaq”.

O əlavə edib: “Biz insanları da tanıdırıq”.

Rəisi dini liderin məhkəmə hakimiyyətinə dəstəyini xatırladıb. “Bu gün şəhidlərin qanı naminə və Ali Liderin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə bayrağı qaldırılıb və bu, hər kəsə və bütün qruplara aid bir mövzudur”.

Xatırladaq ki, oktyabr ayında Ruhaninin qardaşı Hüseyn Firidun beş il həbs cəzası alaraq Evin həbsxanasına göndərilib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *