vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
14:57 | 26 noyabr 2019 | Çərşənbə axşamı Məqaləyə 2410 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

5-də 5 zirvə

550 milyon əhalisi olan 5 islam ölkəsinin sayca 5-ci sammiti ərəbləri pərişan edir

“Yeni Şafak” (Türkiyə)

Mahathir Məhəmməd (1981-2003-cü illərdə Malayziyanın Baş naziri olub, dövlət və siyasi xadimdir, 2018-ci ildən yenidən baş nazir seçilib – tərc.) tərəfindən başladılan təşəbbüs çərçivəsində Malayziyada kiçik bir islam sammitinin toplanacağı haqqında xəbər qəzetlərdə çıxdığı andan etibarən, ərəb troll mediasını təlaş sarıb. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bir alternativ axtarışımı var?

Adı “Kuala Lumpur Sammiti” qoyulan və 18-21 dekabr 2019-cu il tarixində keçirilməsi gözlənilən bu zirvə görüşü Malayziya ilə bərabər, Türkiyə, Pakistan, İndoneziya və Qətərin də iştirak etməsilə reallaşacaq.

Sammitdə görüşəcək və birlikdə ümumi əhalisi 550 milyona çatan bu 5 ölkə ilk baxışda ərəb dünyasından kənarda olan, müsəlman əhalisinin ən sıx və ən güclü olduğu ölkələrdir.

Qətər istisna olmaqla, digərlərinin hamısının ən önəmli xüsusiyyəti də iqtisadiyyatlarının, təbii ehtiyatlara dayanan Körfəz ölkələrinin əksinə, özlərinin yetişmiş insan ehtiyatlarına, istehsallarına dayanmasıdır. Əslində, Qətər də neft-qaz gəlirlərini çeşidləndirmə məsələsində digər Körfəz ölkələrinə nisbətən, ciddi axtarışlar içində olan bir ölkədir.

Yaxşı, bəs Kuala Lumpur Sammitində bu qədər təlaşlandırıcı, xəbərin yayıldığı andan etibarən bu sammitə qarşı ələlxüsus Səudiyyə Ərəbistanı mediasında inanılmaz bir kampaniya aparılmasına yol açan nə vardır?

Bu zirvə görüşü İƏT-ə qarşı və ya Məkkə və Mədinənin, dolayısilə Səudiyyə Ərəbistanının islam dünyasında sahib olduğu düşünülən təbii iqtidarına qarşı alternativ axtarışıdırmı?

Hərəkətə keçmiş sosial media troll ordularına görə, bu zirvə görüşünün belə bir axtarışı və xüsusilə son zamanlarda Türkiyə və  Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin gedişi ilə müəyyən edilən bir gündəliyi vardır.

Doğrusu, Kuala Lumpur Sammiti ilk dəfə toplanmır. Bu il keçiriləcək sammit sayca 5-cisi olacaq. İlki 2014-cü ildə keçirilən, yenə Mahathir Məhəmmədin təşəbbüsü ilə o hələ Baş nazir deyilkən başladılan bu (dini-siyasi – tərc.) fəaliyyət dünya miqyasında müsəlman intellektuallarla yeni bir islami siyasi düşüncənin ortaya qoyulması, dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə hər il keçirilməsi planlaşdırılan fəaliyyət olaraq ortaya çıxıb. İlk ikisi dalbadal, yubadılmadan Kuala Lumpurda, 3-cüsü Hartumda, 4-cüsü də ötən il, Mahathir Məhəmməd yenidən baş nazir seçilməmişdən həmən öncə İstanbulda keçirilib.

Öz təşəbbüsü olduğu halda, seçki kampaniyasına görə İstanbulda keçirilən son sammitə gələ bilməyən Mahathir toplantıya videokonfrans yolu ilə Malayziyadan qatılıb.

Hər sammitin bir əsas başlığı olur və müsəlman intellektuallar ən nüfuzlu şəxslərilə bu başlıq altında bir araya gələrək, problemləri müzakirə edir və gələcəyin inşa edilməsinə düşüncə səviyyəsində töhfə verirlər. İlki “Sivil dövlət”, 2-cisi “Azadlıq və demokratiyanın sabitlik və inkişafa təsiri”, 3-cüsü “Yaxşı idarəçilik”, 4-cüsü “Demokratiyaya keçid” başlığı altında keçirilən zirvə görüşlərinin indi Kuala Lumpurda toplanacaq 5-cisində əsas başlıq “Milli suverenliyin əldə olunmasında inkişafın rolu” olacaq.

 

Mahathir sammitin təqdimat toplantısında islam dünyasından olan 450 lider, fikir adamı və intellektualın iştirak edəcəyi gözlənilən bu zirvə görüşünün İƏT kimi beynəlxalq təşkilatlara alternativ olmadığını vurğulamış və “Söhbəti gedən sammit kiçik bir təşəbbüsdür. İƏT çox böyük bir təşkilatdır. Gələcəkdə təşkilat üzvü olan digər ölkələri də sammitə dəvət edə bilərik” demişdir.

Həqiqətən də, bu, belə bir alternativ olma iddiası olmayan fəaliyyəydir, lakin aydındir ki, müəyyən bir ehtiyacdan, məsələn, İƏT-in qarşılaya bilmədiyi ehtiyacdan doğmuşdur.

Təəssüf ki, İƏT bu gün müsəlmanların canalıcı heç bir probleminə çarə ola bilmir. Səudiyyə Ərəbistanı isə müsəlmanların ümumi problemlərinə müqəddəs yerlərin hamisi iddiasından çox uzaq bir nöqtədə durur. Maddi gücü ilə bağlı olaraq sahib olduğu beynəlxalq əlaqələri və imkanlarından istifadə edərək, dünya müsəlmanlarının daha təhlükəsiz, daha şərəfli, daha rahat yaşaya biləcəkləri bir dünya üçün mümkün və asan olan töhfəsini əsirgəyir.

Bu, ağrılı bir durumdur, lakin həqiqətdir. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və onlar kimi güclü olan ölkələri Myanmar, Fələstin, Kəşmir, Türküstan və Suriya məsələlərində həll yolu axtaran, ağırlıqlarını müsəlmanların lehinə ortaya qoyan oyunçular olaraq görə bilmirik. Yəmən, Liviya və Misirdə isə problemlərin ən önəmli qaynaqlarıdırlar.

Onları dünyada müsəlmanlara və islama yönəlik olaraq yayılan və təhlükəli hal almağa üz tutan islam düşmənçiliyini bir problem kimi görərək, ona qarşı tədbir axtararkən görə bilmirik. Bu bir yana, əksinə, onların islam düşmənçiliyini daha da qızışdıran, qidalandıran addımlarını görürük. Hörmətli, mötədil islam alimlərinin birbaşa öz ölkələrində günahsız yerə həbs edilərək, həbsxanalarda müddətsiz saxlanmalarına məhz bu ölkələrdə şahid oluruq. Yaradılan daxili gərginliklərdə hədəf alınan islamçı görüşlərlə ən ifrat islamofobik ifadələr birbaşa bu ölkələrin idarəçiləri tərəfindən ortaya atılır və yayılır.

Nə zənn edirlər? Müsəlmanların problemlərinə bu qədər uzaq qalaraq, hətta durmadan müsəlmanlara ən ağır problemlər yaradaraq, yenə də müsəlman dünyasına liderlik edilə biləcəyinimi zənn edirlər? Bu qədər havayı liderlik harada görünüb?

Doğrusu, Kuala Lumpur Sammitinin belə bir iddiası yoxdur, lakin sahib çıxmalı olanlar sahib çıxmayınca, problemlərin həlli üçün məsuliyyət hissi daşıyan daha xeyirli insanlar çıxar və boşluğu doldurar.

Bu, həqiqətən, qayğılandırırsa, ediləcək şey qarşı çıxmaq deyil, bu xeyirli fəaliyyətin çağırışına qulaq asmaq və ona qatılmaqdır. Dərk edilmiş bu məsuliyyət çərçivəsində, qoy növbəti Kuala Lumpur Sammiti, məsələn, Məkkədə olsun. Niyə də olmasın?!