vaxtlı-vaxtında oxuyun! Bazar, 8 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
10:44 | 30 noyabr 2019 | Şənbə Məqaləyə 905 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Babacanın partiyası AKP-dən nə ilə fərqlənəcək?

“Onun Millət İttifaqına daha yaxın olacağını söyləmək olar”

Fikrət BİLA, “T24”

Bir müddətdir partiya qurma prosesində olan və mediada görünməyən Əli Babacan “Habertürk”-ün canlı yayımında Fatih Altaylının suallarını cavablandırıb. Jurnalistika baxımından uğurlu bir proqram idi. Altaylı, Babacana veriləcək sualların hamısını soruşub.

Proqram Babacan üçün də uğurlu olub. Prezident Tayyib Ərdoğanın adını əsla çəkmədən  polemika yaratmaq üçün xüsusi ifadələrdən istifadə etmədən, sakit tərzdə vacib bəyanatlar verib, sərt tənqid dilə gətirib. Üstəlik 11-ci prezident Abdullah Gülün onları dəstəklədiyini söyləyib.

Babacanın iqtidara və keçmiş partiyasına yönəlik ifadələrin CHP və İyi Partiyanın tənqidi ilə üst-üstə düşdüyü görünür.

 

Bunu Babacanın deməsi vacibdir

 

Babacanı tənqid edənlər tez-tez “yeni bir şey söyləmədiyini” vurğulayırlar. Bəli, Babacan, CHP lideri Kamal Kılıçdaroğlunun və İyi Partiya lideri Meral Akşenerin də tez-tez dilə gətirdiyini söyləyib.

O, yeni bir şey söyləməmiş ola bilər, amma Babacanın müxalifət partiyalarının dediklərini söyləməsi və bu baxışla partiyasını qurması vacibdir.

Bu ona görə əhəmiyyətlidir ki, Abdullah Gül və Əli Babacan AK Partiyanın qurucularıdır; Gülün baş nazir və prezident, Babacanın isə 12 il fasiləsiz nazir vəzifəsini icra etdiyini nəzərə aldıqda, bu, daha yaxşı başa düşülür.

Hər ikisi də prezident Ərdoğanın əsas nüvəsində yer almış adlardır və birlikdə siyasət yürüdüblər.

Babacanın tənqidləri və Gülün dəstəyi göstərir ki, Ərdoğan və AK Partiya arasında ciddi qopma var.

Gül və Babacan, Ərdoğanın ölkəni və partiyanı idarəetmə üslubundan, prezident üsul-idarəçiliyindən, həyata keçirilən iqtisadi və xarici siyasətdən, səlahiyyətlərin bir şəxsdə cəmləşməsindən, qanunverici və məhkəmə hakimiyyətinə müdaxiləsindən, söz və mətbuat azadlığı sahəsindəki təzyiqlərdən ciddi narahatlıq keçirirlər. Odur ki, alternativ bir partiya qurmağa yönəliblər.

Bu mərhələdə “Gecikdilər, AK Partiyanın performansına onlar cavabdeh idi, ədalət pozulub, məhkəmə hakimiyyəti FETÖ-nun əlinə keçdi, “Ergenekon” və bənzər işlər Türk Silahlı Qüvvələrini zəiflətdi, söz və media azadlığı məhdudlaşarkən, səsləri çıxmadı” tənqidində, əlbəttə, həqiqət payı var. Ancaq Babacan dedi ki, “vəzifədə olarkən, məsuliyyətdən qaçmağımız müzakirə mövzusu deyil, o dövrün günahı da, savabı da bizə aiddir”, yəni müəyyən mənada, bu tənqidləri qəbul etdi. Məsuliyyətini danmadı.

Babacan bunu qəbul etməklə yola çıxdı …

İndi Babacanın partiyasının AK Partiyadan fərqi nədir?

Bu sualın cavabını Babacanın Altaylının suallarına cavablarında tapa bilərsiniz.

 

Yeni partiyanın fərqi

 

Babacanın dediklərinə görə, quracağı partiya Avropa İttifaqına (Aİ) üzv olmaq hədəfinə söykənəcək. Onun Aİ və Aİ dəyərlərinə istinad etməsi demokratiya, azadlıq, ədalət, qanunun aliliyinə verdiyi önəmi vurğulayır.

Bu hədəflər və dəyərlər 2003-2005 illərində AK Partiyanın siyasətinin əsasını təşkil edib. Babacanın verdiyi mesaj AK Partiyanın bu dəyərlərdən və hədəfdən uzaqlaşması, partiyasının bu dəyərlər üzərində qurulacağıdır.

Babacanın vacib eyhamlarından biri də Ərdoğanın adını xatırlatmadan siyasətçilərin gələcək üçün yeni bir perspektiv yaratmadığını, bunun əvəzinə qorxu siyasəti yürütməsidir.

Bu növ lider və ölkələrə ABŞ-dan və Avropadan nümunələr verib Türkiyədən söz etməsə belə, gənclərlə etdiyi söhbətdə, gənclərə ən əhəmiyyətli problemlərinin nə olduğunu soruşduqda, “Boğulma hissi yaşayırıq, ictimai mediada şərh verməkdən, “like” atmaqdan qorxuruq” – cavabını verdiklərinə diqqət çəkməsi Ərdoğana və Türkiyəyə açıq bir eyhamdır.

Uzun illər iqtisadiyyat naziri vəzifəsini icra edən Babacan hökumətin iqtisadi proqramının effektiv və etibarlı olmadığını söyləyib.

Digər bir fərq xarici siyasət sahəsindədir. Babacan Türkiyənin sağında və solunda dəstəkçi olan bircə ölkənin belə olmadığına, Türkiyənin yalnız qaldığına diqqət çəkib.

“Bu ölkənin uzunmüddətli sabitliyinin və sağlam mövqeyinin ən vacib mənbələrindən biri Mustafa Kamal Atatürkün zamanında qurulan dövlətdir. Hətta bu, müzakirə edilməməlidir. Bir tərəfdən, bu həqiqəti qəbul edəcəyik, digər tərəfdən, gələcəyə üz tutacağıq. Ölkə artıq bu sualları aşmalıdır. Ortaq, firavan bir Türkiyə ətrafında birləşməlidir” -cavabı çox əhəmiyyətlidir. Bu cavab, Babacanın quracağı partiyanın Atatürklə barışacağını və Atatürkə qarşı siyasət yürütməyəcəyinə dair bir öhdəlikdir.

 

FETÖ məsələsinə gəldikdə…

 

Gələcəkdə Babacana yönələcək ən vacib tənqidlərdən biri də Fətullah Gülənə yaxın olması və məhkəmə hakimiyyətini FETÖ-yə çatdırmış 12 sentyabr 2010 referendumuna yönəldən nüfuzlu nazirlərdən ibarət komandada olmasıdır.

Altaylının bu yöndə sualını cavablandırarkən, Babacan çəkinmədən FETÖ-nün siyasi sütunu da daxil olmaqla, ən ağır şəkildə cəzalandırılacağını söyləyib.

Bütün müsahibə qiymətləndirildikdə, Babacanın partiyasının Cümhuriyyət İttifaqı ilə müqayisədə Millət İttifaqına daha yaxın olacağını söyləmək olar.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *