vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
14:45 | 5 dekabr 2019 | Cümə axşamı Məqaləyə 2013 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Demokratların işığı “sönə” bilər

“Blumberqin prezidentliyə namizədliyi zəngin siyasətçilər üçün qızıl dövrdür”

Devid UEBB, “The Hill”

Milyarderlərin ABŞ prezidentliyinə namizəd olması ilk dəfə deyil, bu normal haldır və bəzi səbəblər indiki kimi qara pərdə ilə örtülməyib. İki uğurlu iş adamı və milyarder – Ross Pero və Stiv Forbs bu yarışda uğursuzluğa düçar olub.

Pero qalib gəlməsə də, nüfuzlu müstəqil namizəd idi. Bu, müstəqil düşüncəli namizədlər və Peronun yolunu gedə biləcək Libertarian Partiyası üçün regional və milli miqyasda daha güclü hərəkat qurmaqdan ötrü itirilmiş bir fürsətdir.

İki böyük partiya və məkrli siyasətçilər yeni, müstəqil partiyanın inkişafına mane olub.

Forbs müasir istehlaka əsaslanan vergi hərəkatını başladıb. Ədalətli vergi və ya vahid vergi lehinə olub-olmamanız önəmli deyil, əsas məsələ – indi bu, bütün siyasi müzakirələrin bir hissəsidir.

“HuffPost”-un son başlığı – “Blumberqin prezidentliyə namizədliyi zəngin siyasətçilər üçün qızıl dövrdür” – milyarderləri səhnəyə çıxarır.

Donald Tramp ABŞ-ın ilk milyarder-prezidentidir və 2016-cı il seçkilərində cəmi 66 milyon dollar pul xərcləyib.

Milyarderlər özünü maliyyələşdirmə kampaniyaları apara bilər, amma bir çoxları bunu dövlət səviyyəsində edib. Məsələn, Qərbi Virciniya qubernatoru Cim Castis.

Tramp sübut edib ki, qərarverici – yarışa qoyulan pul deyil, seçicilərdir.

Milyarder Tom Steyer prezidentliyə namizəd olmaq qərarına gəlməmişdən əvvəl impiçment üçün çalışıb. Bu günə qədər onun ən yadda qalan anı demokratlar haqqında debatda boynuna bağladığı qalstukdur. İkinci dəfə peyda olduqda o, yarışda qalmaq üçün pulu və lazımi qədər xərcləmək iradəsini isbatlayıb. Amma o, biznesmen olduğu qədər yaxşı siyasətçi deyil, çünki siyasətə qoyduğu investisiya gəlir gtirməyib.

Nəhayət, Maykl Blumberq. Prezidentlik yarışını udmaq üçün kifayət qədər pulu var, amma bu işin öhdəsindən gələ biləcəkmi?

Blumberq kapital ayırmağı və onu siyasi aləmdə tətbiq etməyi bilir. Siyasi məqsədlərinə çatmaq üçün lazım olan qədər xərcləməyi bacarır. Üç dəfə Nyu-York bələdiyyə başçısı yarışına ümumən 250 milyon dollar xərcləyib.

Daha sonra, 2018-ci ildə Blumberq demokratların Nümayəndələr Palatasında çoxluğu qazanması üçün aralıq seçkilərinə 100 milyon dollar sərf edib. Ona görə də, hətta prezident seçilə bilər.

Blumberq platformasının iki əsas məqamı amerikalıları narahat etməlidir: silahlar və vergilər.

Milyonlarla amerikalı qanuni olaraq silah alır, amma Blumberq on milyonlarla dollar xərcləyir və amerikalıların silah almasına mane olmaq üçün siyasi gücü satın alır. Bunu keçən il cəmi 69,5 milyon dollar gəlir gətirən “Everytown for Gun Safety Action Fund” (“Silah Təhlükəsizliyi Fəaliyyəti Fondu”) tərəfindən maliyyələşdirilən təşkilatı vasitəsilə edir.

Son Virciniya seçkilərində əyalət qanunverici orqanlarına o, 2.5 milyon dollar xərcləyib. Virciniya əyalətinin senatoru Riçard Saslou artıq qanunverici orqana silah satışına yasaq qoyan layihə təqdim edib.

Beynəlxalq Valyuta Fondunun 2018-ci il yaz toplantısında Blumberq vergi verməmək üçün kasıblığın yaxşı şey olduğunu iddia edib. Halbuki onun dəstəklədiyi demokratlar varlıların daha çox vergi ödəməsini istəyirlər ki, yoxsullar öz ədalətli paylarını əldə etsinlər.

Hə, Berni Sanders, buna nə deyirsiniz?! Milyarderləri silkələməyi düşünürsünüz, yoxsa milyarderlə birlikdə ortabab amerikalılar və hətta kasıblar üçün vergilərin artması ilə razılaşırsınız.

Təəccüblü budur ki, bu milyarderlərin çoxu indi ağır həyat tərzi sürənlər üzərində sosialist üslublu hökumət nəzarəti qurmaq istəyirlər. Şəxsi həyatımızı necə idarə edəcəyimizi daha yaxşı bildiklərini hiss edən bu elitarlara daha nə lazımdır?

Odur ki, Blumberqin yarışa qoşulması demokratlar üçün həm yaxşı / həm də pis xəbərdir. Yəni sol təmayüllü partiyalar üçün partiya rəhbərliyində sol olmayan namizədlərin mövcudluğu problemi var və səsvermə günü seçicilərin evdə qalması riski.