vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 yanvar 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
14:36 | 5 dekabr 2019 | Cümə axşamı Məqaləyə 456 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Husilərə raket hissələri daşıyan qayıq saxlanılıb

Budəfəki sursat əvvəlkilərə nisbətən daha çox olub

Amerika Birləşmiş Ştatları Ərəbistan dənizində husilərə İrana məxsus raket hissələri daşıyan qayığı saxlayıblar. “Associated Press” agentliyinin adlarının açıqlanmasını istəməyən amerikalı rəsmilərə istinadən yaydığı məlumata əsasən, qayıq ötən gecə ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədə fəaliyyət göstərən gəmisi tərəfindən saxlanılıb.

Qayıqdan İrana məxsus mütərəqqi raketlərə aid çoxlu sayda hissələr aşkar edilərək götürülüb. Amerikalı rəsmilər bildiriblər ki, bu, İranın husilərə göndərdiyi bu qədər böyük miqdarda hərbi ləvazimatın qarşısının alınması ilə bağlı ilk faktdır. Daha öncələr saxlanılan gəmilərdə tapılan silah-sursatın miqdarı bu dəfəkinə nisbətən çox az olub.

Amerikalı rəsmilər sonda qeyd ediblər ki, bu fakt İranın beynəlxalq prinsip və qanunların əksinə olaraq, hələ də husilərə hərbi yardım etdiyini göstərir.

Qeyd etmək lazımdır ki, İran Yəməndə vətəndaş müharibəsinin başlanmasından sonra husilərə hərbi, maddi və siyasi yardım göstərir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *