vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 yanvar 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
11:49 | 14 yanvar 2020 | Çərşənbə axşamı Məqaləyə 1591 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Dövlət məmurlarının işi qəlizləşdi

Türkmənistanda prezidentin saçları qəfil ağardı ...

Türkmənistanın Marı vilayətində bütün dövlət strukturlarından və müəssisələrdən prezidentin portretlərini dəyişdirmək, yeni portretlərini alıb asmaq tələb olunur.

Buna səbəb prezident Qurbanqulu Berdıməhəmmədovun saçlarının rənginin dəyişməsidir.

Belə ki, Berdıməhəmmədov son vaxtlara qədər televiziya ekranlarında tünd qara saçları ilə görünürdü. Lakin 2018-ci ilin avqustunda o, qəfildən imicini dəyişib, tünd qara saçları göz önündə ağarmağa başlayıb. Hazırda Berdıməhəmmədovun saçları xeyli çallaşıb və onun indiki görkəmi ilə iki il əvvəlki görkəmi arasında ciddi fərq var.

Nəticədə dövlət strukturlarının və müəssisələrin rəhbərlərindən tələb edirlər ki, tezliklə prezidentin porteretlərini dəyişsinlər. “Əgər portretləri dəyişməsələr onları böyük cərimələrin gözləyəcəyini, hətta işdən çıxarılacaqlarını deyiblər”,-büdcə təşkilatlarından birinin işçisi “Azadlıq” radiosunun türkmən xidmətinə bildirib.

“Prezident hər ay saçının rəngini dəyişir və bizdən onun portretlərini yeniləmək tələ olunur”,-o şikayələnib.

Mağazalarda Berdıməhəmmədovun porteretinin qiyməti 10 manatdan 100 manata qədər dəyişir. Portreti çərçivəyə salmaq üçün isə əlavə 50-200 manat xərcləmək lazımdır. Başqa sözlə, prezidentin portretini yeniləmək məmurlara hər portretə görə 300 manata başa gələ bilər. Bu, qara bazar məzənnəsi ilə 15 dollar, rəsmi məzənnə ilə 85 dollar deməkdir.

Bundan başqa bütün müəssisələrdən tələb edirlər ki, prezidentin  “Türkmənistan-neytralitet Vətənidir” şüarı ilə plakatlarını assınlar. Həmin plakatlar isə 200 manata yaxındır.

Ötən il Türkmənistanda “Çiçəklənən vətən” şüarı altında keçmişdi. Bu il isə prezident “Türkmənistan-neytralitet Vətənidir” şüarını irəli sürüb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *