vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
19:51 | 3 aprel 2020 | Cümə Məqaləyə 1483 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Artıq yanınızdayıq”

Avropa İttifaqı üzr istədi

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen koronavirusla mübarizədə lazımi dəstək verilmədiyinə görə İtaliyadan üzr istəyib.

Leyen "La Repubblica" qəzeti üçün yazdığı məqalədə İtaliyaya dəstək göstərilmədiyini etiraf edib.

Almaniyalı siyasətçi vurğulayıb ki, pandemiyaya yalnız üzv ölkələr birlikdə qalib gələ bilərlər: “İtaliyaya qarşı münasibət doğru deyildi və bu, edilməməliydi. Amma bu gün Avropa İtaliyanın yanındadır”.

Azvision.az xatırladır ki, koronavirus pandemiyası səbəbilə çoxsaylı insan tələfatı ilə üzləşən İtaliya Avropa İttifaqını onlara kömək etməməkdə günahlandırmışdı. Hətta Lig partiyası ölkənin Aİ-dən çıxmasını gündəmə gətirmişdi.