vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 may 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
11:55 | 11 aprel 2020 | Şənbə Məqaləyə 302 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fermerlər gübrəpullarını alıb

KTN-də ödəmələri nağdsız həyata keçirir

Bölgələrdə təsərrüfatların gübrə ilə təmin olunması üçün işlər davam edir. 2020-ci ildən fermerlər gübrəni yeni subsidiya mexanizminə əsasən, 30 faizini nağd ödəmə, 70 faizini isə subsidiya kartındakı nağdsız vəsaitlə ödəmə yolu ilə alırlar. Ötən ilə qədər fermerlər gübrənin qiymətinin 30 faizini nağd şəkildə ödəyir, dövlət isə qalan 70 faiz məbləği gübrə satan şirkətə subsidiya şəklində ödəyirdi. 2020-ci ildən qəbul tətbiq olunan yeni mexanizmə əsasən, dövlət gübrə satan şirkətlərə subisidya ödəmir, şirkətlərə verilən məbləği fermerin kartına yükləyir ki, aldığı gübrənin tam məbləğini fermer özü ödəsin. Bu səbəbdən ötən il fermer əkdiyi taxılın hər hektarına görə 90 manat subisidiya alırdısa, indi 200 manat alır. Arada olan 110 manat fərq dövlətin ötən ilə qədər gübrə satan şirkətə ödədiyi vəsait idi, indi məbləğ fermerə verilib.

Gübrənin satış qiyməti dəyişməyib. Ötən il 50 kiloqramlıq kisə satılan azotun qiyməti 26 manat 67 qəpik olub, bu il də eyni qiymətdir. Fermer ötən il bir kisə azot almaq üçün 8 manat nağd pul ödəyirdi. Qalan 18,67 manat isə gübrə satan şirkətə verilirdi. Bu il də 8 manat nağd pul ödəyir, 18,67 qəpiyi isə kartdan nağdısz qaydada ödəyir. Yəni ötən il dövlətin şirkətə ödədiyi 18,67 qəpiyi bu il fermer dövlətin ona verdiyi subsidiya hesabına kartdan ödəyir.

Qeyd edək ki, hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 90-dək gübrə satan hüquqi və fiziki şəxs qeydiyyatdan keçib, fermer gübrəni istədiyi şirkətdən almaqda sərbəstdir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *