vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AKTUAL  
12:59 | 20 aprel 2020 | Bazar ertəsi Məqaləyə 2288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni direktor bütün işçiləri qovdu

Həsənov klanını bitirən faktlar üzə çıxır

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılov qurumun bütün əməkdaşlarını işdən çıxarıb.

Yeni direktorun bu radikal addımı ilkin araşdırmalardan dərhal sonra baş verib. İşdən çıxarılan şəxslərin kim olması, hansı prinsiplə işə götürlüməsinə nəzər yetirdikdə, Fondun indiyə qədər fəaliyyəti barədə tam təsəvvür yaranır.

İşdən çıxarılan şəxsləri və onlar haqqında qısa məlumatları təqdim edirik:

1. Aygün Süleymanova – Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun müavini Tahir Süleymanovun qızı;

2. Gülgün Zahidli – Əli Həsənovun digər müavini Ərəstun Mehdiyevin qardaşı qızı;

3. Aydın Quliyev – “Bakı-Xəbər” qəzetinin baş redaktoru;

4. Ramin Kərimli – Vüqar Səfərlinin bacısı oğlu,

5. Elşad Tağıyev - Vüqar Səfərlinin qohumu, kəndçisi

6. Samir Musatafayev – Mətbuat Xidmətinin rəhbəri

7. Mehrac Babayev – “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı.

M.Babayev həm də müəyyən məsələlərə görə siyasi çevrələrdə yaxından tanınır. Milyonçu bir adamın KİVDF-də görəsən, nə işi var? Əldə etdiyimiz məlumata görə, jurnalistlərin binasını qeyri-rəsmi olaraq M.Babayev tikib. Onun burada rəsmi işçi olmasının hansı zərurətdən doğmasını isə yalnız Vüqar Səfərlinin özü bilir.

Bundan əlavə fondun tərkibində olan “Tikinti Şöbəsi”nin 5 əməkdaşı da işi ilə vidalaşıb.

Fondda köhnə komandadan yalnız Baş mühasib vəzifəsini icra edən Təhminə Yaqubova qalıb. Bu ad bizə jurnalistlərin ev qalmaqalından tanışdı. “Vüqar Səfərli katibəsinə ev alıb” deyənlər Təhminə xanımı qəsd ediblər. Əslində isə o, ev alanda katibə deyildi. KİVDF-nın baş mühasibi və eyni zamanda “Mövqe” qəzetinin mədəniyyət şöbəsinin müdiri idi. Amma onu da deyək ki, T.Yaqubovanın V. Səfərlinin katibəsi kimi təqdim edilməsinin də əsası var. O, Vüqar Səfərlinin "Azərmətbuatyayımı" ASC-nin rəhbəri olan vaxt katibəsi kimi çalışıb. Fondda isə həmişə mühasibatlıq işlərilə məşğul olub.

Qeyd: Fonddakı araşdırmaların nəticələri, maaş maxinasiyaları, üzə çıxan başqa maraqlı faktları növbəti günlərdə təqdim edəcəyik.