vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 14 iyul 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
12:09 | 22 aprel 2020 | Çərşənbə Məqaləyə 862 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sadəcə imkan vermirlər”

Araz Ağalarov: “Biznesim gəmi kimi batır, heç nə edə bilmirəm...”

Azərbaycan əsilli rusiyalı milyarder, “Crocus Group” şirkətinin prezidenti Araz Ağalarov RBC agentliyinə müsahibəsində koronavirusa görə tətbiq edilmiş karantin rejiminə görə biznesinin batdığını deyib. Virtualaz.org xəbər verir ki, biznesmen aprel ayı üçün işçilərə maaş verə bilməyəcəyini deyərək dövlətdən ƏDV-nin aşağı salınması şəklində kömək istəyib.

“Bizdə belə əhvalat alınıb. Mən bu ofisdə oturmuşam, kiçik gəminin kapitanı kimi. Və baxıram ki, o necə batır. Heç nə edə bilmirəm, buna heç cür təsir etmək mümkün deyil”, - Ağalarov bildirib.

Biznesmen deyib ki, “Crocus Group”da 15 min adam işləyir. Onların maaşlarını ödəmək üçün 1 milyard rubl lazımdır. Hazırda isə şirkətin bütün obyektləri bağlıdır, təkcə “Tvoy dom” supermarketlər şəbəkəsi işləyir.

“İçərisində 15 min adam olan gəmi sadəcə olaarq tədricən kapitanın gözləri qarşısında dibə enir, hansı ki, kapitanın heç içəri dolan suyu çölə vurmaq imkanı da yoxdur, sadəcə olaraq imkan vermirlər”,-o vurğulayıb.

Ağalarovun sözlərinə görə,yeni kreditləin hesabına biznesi daha bir ay ayaqda tutmaq olar. Lakin böhrandan sonra digər müəssisələr kimi “Crocus Group”un da işləməsi üçün azı iki aylıq vergini almağı yaddan çıxarmaq lazımdır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *