vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
21:02 | 1 may 2020 | Cümə Məqaləyə 13471 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“99 faiz ölüb”

“Kim Çen In haqda həqiqət bir həftədir gizlədilir”

G.ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Öldüyü, yaxud beyin ölümü keçirdiyi haqda xəbərlər yayılan və haqqında saysız-hesabsız fərziyyələr ortaya çıxan Şimali Koreya lideri Kim Çen In yenə də dünya mətbuatının gündəmindədir.

Türkiyənin “Milliyet” nəşrinə istinadən xəbər verir ki, Cənubi Koreya və ABŞ rəsmiləri həftələrdir üzə çıxmayan Şimali Koreya lideri ilə bağlı koronavirus iddiaları səsləndiriblər.

Mənbə yazır ki, Şimali Koreya lideri ilə bağlı müəmma rəsmi olaraq həll edilməyincə Vaşinqton və Seul ölkədə baş verənləri ciddi şəkildə izləməyə davam edir. Cənubi Koreya və ABŞ rəsmiləri Kimin yoxluğunu izah etməyə və vəziyyəti aydınlaşdırmağa  çalışırlar. Səlahiyyətlilər nəhayət, həftələrlə ictimaiyyətə açıq olmayan Şimali Koreya lideri Kim Çen Inın xəstə olmadığı və koronavirusdan qorunmaq üçün özünü təcrid etdiyini bildiriblər.

Virusun meydana çıxdığı ölkə olan Çin ilə həmsərhəd olmasına baxmayaraq, Şimali Koreyada hələ də rəsmi olaraq koronavirusa yoluxma faktı qeydə alınmayıb. Ancaq İngiltərədə nəşr olunan ”The Guardian” qəzeti epidemiyanın burada da yayılmağa başladığına inandığını yazıb.

Şimali Koreya lideri ölkənin qurucusu olan babası  Kim Il-sunqun 15 apreldə keçirilən anım tədbirində iştirak etməməsi və 11 aprel tarixindən bəri ictimaiyyət qarşısında görünməməsi Kimin ürək əməliyyatı keçdiyi, hətta öldüyü barədə şayiələrin yayılmasına səbəb olmuşdu.

Cənubi Koreyalı nazir Kim Yeon-chul Şimali Koreya liderinin anım mərasimində ehtiyat tədbiri olaraq iştirak edə bilməməsini söyləyib. O, parlamentdəki çıxışında “Kəşfiyyat məlumatlarımıza əsasən rahatlıqla deyə bilərik ki, Şimali Koreyada heç bir qeyri-adi vəziyyət yoxdur. Bəli, o, hakimiyyətə gəldiyi vaxtdan bəri ölkədə heç bir tədbir onsuz keçirilməyib, amma hazırda koronavirusun yayılması səbəbiylə ölkədə bir çox tədbir və mərasimlər ləğv edilib”, - Kim Yeon-chul deyib.

Nazir həmçinin qeyd edib ki, Şimali Koreya liderinin ürək əməliyyatı keçməsi iddiaları yalandır. O, Kim Çen Inın yanvar ayından bəri üç həftə ərzində ən azı iki dəfə ictimaiyyət qarşısına çıxdığını xatırladıb.

ABŞ rəsmiləri isə “Reuters” agentliyinə Şimali Koreya liderinin koronavirusundan qorunmaq üçün öz şəxsi qatarı ilə ölkənin şərqindəki liman şəhəri olan Vonsana getdiyini ehtimal etdiklərini söyləyiblər. Şimali Koreya liderinin bu “zövq qatarı”nın onunla bağlı müəmmanı çözəcəyi və Şimali Koreya lideri haqqında inandırıcı bir ipucu təmin edəcəyi güman edilir. Beləliklə, Şimali Koreyanın nüvə silahlı lideri Kim Çen Inla bərabər, onun yaşıl rəngli qatarı da gündəmdədir.  Bildirilir ki, Kimin qatarı o qədər zirehlidir ki, vaqonları çəkmək üçün iki mühərrikə ehtiyac var. Bu möhtəşəm nəqliyyat vasitəsinin Vonsan yaxınlığında ortaya çıxması liderin sağ olub-olmamadığını araşdıran ABŞ-ın casus peykləri üçün vacib bir məqama çevrilib.

"Qatarın olması Şimali Koreya liderinin harada olduğunu sübut etmir və onun sağlamlıq durumu barədə heç nə demir, lakin  Kimin ölkənin şərq sahilindəki elit bölgədə qaldığı barədə məlumatları təsdiqləyir” deyə qatarın peyk görüntülərini paylaşan “38 North” bildirir.

Şimali Koreya lideri sonuncu dəfə 18 gün əvvəl  rəhbəri olduğu partiyanın toplantısında görünüb.  O vaxtdan bəri dövlət mediası Kimin fotoşəkillərini yayımlamayıb. Bununla yanaşı, dövlət mediası dünya liderlərinə diplomatik mesajlar və Şimali Koreya liderinin gündəlik fəaliyyəti barədə xəbərlərə yer ayırmaqda davam edir.

Baş qərargahı ABŞ-da yerləşən “NK News” saytı Şimali Koreya liderinin istifadə etdiyi qayıqların bütün ay boyu hərəkətdə olduğunu açıqlayıb.

Şimali Koreya epidemiyanın ilk həftələrində Çinlə sərhədini bağlamışdı. Minlərlə insan karantinə alınıb, kütləvi tədbirlərin sayı azaldılıb.  Lakin müşahidəçilər, Şimali Koreya rejiminin ölkədə koronavirusa yoluxma faktlarının olmadığı barədə açıqlamalarına şübhə ilə yanaşırlar. Şimali Koreyanın Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Edvin Salvador keçən həftə verdiyi açıqlamada 17 aprel tarixinə qədər cəmi 740 nəfərin Covid-19 testindən keçdiyini və bütün nəticələrin mənfi olduğunu söyləyib.  E. Salvadora görə, dekabr ayından bəri 25 mindən çox insan karantin müddətini keçib.

Şimali Koreyaya dair xəbərlər verən və mərkəzi ofisi Osakada yerləşən “Asiya-Press“ saytının direktoru Jiro İşimaru Kimin təcrid olunmasının ölkədə epidemiyanın başlandığının göstəricisi olduğunu qeyd edib.

Bu yaxınlarda Çinlə sərhəddəki Şimali Koreyalılarla söhbətləşən İşimaru “Guardian”a açıqlaçasında “Düşünmürəm ki, Koreya lideri ölüb, belə olsaydı, daha aşkar əlamətlər olardı. Belə bir ehtimal var ki,  ya özü, ya da ətrafındakı insanlar koronavirusa yoluxub və o da özünütəcrid edib”.

İşimarunun fikrincə digər bir ehtimala görə, “Şimali Koreya lideri qatarının peyklərdən müşahidə edildiyini bilir. Vonsana qatar göndərərək tətildə olduğu təəssüratı yaratmaq istəyir. Ehtimal ki, özü başqa yerdə təcrid olunub. İndi hamının gözü Vonsandadır”.

20-dən çox vaqonu olan qatar çəhrayı dəri divanlar ilə örtülmüş bir salondan, bəuaz və müasir konfrans otağından, peyk televiziyası ilə təchiz edilmiş ofisdən, ləzzətli yeməklər hazırlanan mətbəxdən və Kimin istəklərini qarşılayan hündür,  gənc və gözəl qızların daxil olduğu personaldan ibarətdir.

Kimin cangüdənləri ilə dolu olan iki mühafizə qatarı isə biri ön və biri arxa tərəfdən Şimali Koreya liderinin təhlükəsizliyini təmin edir.

Bu arada Şimali Koreyadan qaçıb Cənubi Koreyaya sığınan mühacir Çi Son Xo “Yonhap” agentliyinə açıqlamasında bildirib ki, onun əldə etdiyi son məlumata görə Kim Çen In ölüb.

Hazırda Cənubi Koreyanın qanunvericilik orqanında işləyən Çi Son Ho deyib ki, o aldığı məlumata 100 faiz əmin deyil, amma 99 faiz məlumat doğrudur.

“Kim Çen Inın ölümü ona görə açıqlanmır ki, Şimali Koreya onun varisinin müəyyən edilməsində ciddi çətinliklə qarşılaşıb”,-o deyib.

Çi Son Ho bildirib ki, Kim Çen Inın ürəyində əməliyyat aparılandan sonra onun nə qədər yaşayacağı haqda təxminlər yürüdürdü, amma tezliklə ona diktatorun ölümü haqda xəbəri verdilər. “Kim ötən həftə sonu ölüb”, - o bildirir.