vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
11:10 | 19 avqust 2020 | Çərşənbə Məqaləyə 12426 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Makronvari “demokratiya”

Yaxud əsl Paris haradan başlanır?

Elçin ALIOĞLU

Belarusda baş verənlərlə işim yox. Belaruslar talelərini özləri bəlirləməlidir və kimsənin də oradakı proseslərə müdaxilə etmək hüququ yoxdur.

Anlayıram, son vaxtlar “belarusşünas”lar artıblar. Olsun, uğur diləyirəm.

Belarusla bağlı çoxları danışır.

Fransa prezidenti Emmanuel Makron da.

Hətta.

Yəni öz gözündə tiri görməyən başqasının gözündə nə isə axtarır.
Fransada yaşayanlar bilir burada Makrona olan münasibəti.

Lukaşenkonu sərt tənqid edən Makron niyə “unudur” ki, Fransadakı “Gilets jaunes”, yəni “sarı jiletlilər”in etirazları zamanı 11 nəfər həlak oldu, 3 mindən artıq insan yaralandı.

Yaralananlar arasında çox yaxşı tanıdığım, dəyər verdiyim insanlar da vardı.

Onlarla idi belələri.

Üstəlik, rəsmi statistika yalnız əlilliklə sonuclanan travma və xəsarətləri nəzərə alıb.

Makron etirazçılarla heç bir danışıq aparmadı, onların heç bir tələbini yerinə yetirmədi. Tam əksinə, "Nifrətin təşviqinin yolverilməzliyi haqqında" qanunu parlamentə sürüyüb apardı və qəbulunna da nail oldu.

İyun ayından bəri Fransada insanı sosial şəbəkələrdəki statusuna və ya postuna, “twit”inə və ya paylaşımına görə həbs edə bilərlər.

Bu azmış kimi, parlament polislərə sanksiyalaşdırılmamış etiraz aksiyasına yollanmağa hazırlaşan istənilən adamı həbs etməyə imkan verən qanun qəbul edib.

Ordersiz, aksiya başlamamış.

Bütün bunlarla bahəm, Fransada polislərin yürüş və nümayişlər zamanı çox sərt, qəddarcasına davranmağa başladığını da nəzərə alın.

Bu, artıq ikili standartlar deyil. Fantastik filmlərdə olduğu kimi, iki dünyada yaşayırıq. Biri virtualdır, o biri real. İlk dünyada bizimlə geosiyasi qumar oynayırlar, ikinci dünyada isə hesab ödəməyə vadar edirlər.

Hə, əla bilirəm ki, Fransaya yeni köçmüş və ya orada bir neçə il yaşayan mühacirlər ölkəni tərifləyirlər, tərifləyəcəklər də.

Amma vallahi və simallahi, Parisin mərkəzini zibilxanaya çevirməyə başlamış banölye camaatı ilə hər gün üzləşsəniz, fasiləsiz bahalaşmanın müqabilində artmayan maaşların əzabını çəkən parisliləri dinləsəniz, fikriniz dəyişər bəlkə.

Paris sadəcə, turistlər üçün cazibədardır indi. Şəhər mərkəzindən çox yox, bir prefektura aralanan kimi əsl Paris başlanır.