vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QASTROL-TURNE  
18:35 | 19 oktyabr 2012 | Cümə Məqaləyə 4079 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı Sirki Moskvada

Bizim də artistlərimiz qastrola gedirlərmiş

sia.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada Svetnoy Bulvarda Moskva Dövlət Nikulin Sirkini təşkilatçılığı ilə keçmiş SSRİ-nin yaradılmasının 90 illiyi münasibətilə «Yenidən birlikdə Nikulin sirkində» adlı sirk proqramının premyerası keçirilib. Tədbirdə Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə də iştirak edib.

Sirkdən SİA-ya verilən məlumata görə, premyeradan öncə Nikulin sirkinin direktoru Maksim Nikulinin, Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadənin, Ukrayna Dövlət Sirk Kompaniyasının baş direktorunun, Belarus və Latviya sirklərinin direktorlarının iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında V. Bağırzadə Rusiya və MDB dövlətləri KİV-nin suallarını cavablandırıb, Bakı Dövlət Sirkinin fəaliyyəti, beynəlxalq əlaqələri, məşhur azərbaycanlı sirk artistləri barədə məlumat verib.
Məlumat üçün bildirək ki, Rusiyanın Mədəniyyət Nazirliyi, Moskva şəhər rəhbərliyi və Rusiya Dövlət Sirk Kompaniyasının dəstək verdiyi layihə xalqlar arasında dostluq münasibətlərinin inkişafı, mədəni əlaqələrin genişləndirilməsi məqsədi daşıyıb.
Qeyd edək ki, «Yenidən birlikdə Nikulin sirkində» adlı sirk proqramında Bakı Dövlət Sirkini gənc sirk artistimiz, hava gimnastı Orxan Əhmədov təmsil edib. Azərbaycan bayrağı ilə manejə çıxan O.Əhmədovun debüt çıxışı yüksək səviyyəsilə seçilib.