vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 may 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
17:11 | 13 avqust 2017 | Bazar Məqaləyə 2064 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Koreya böhranı yeni dünya düzəninə gətirib çıxara bilər

Çin ABŞ-la bərabər dünya hegemonluğunu bölüşə biləcəyini deyirlər

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya nüvə müharibəsinin astanasındadır. Uçuruma doğru yuvarlanan bu münaqişənin qarşısını kəsmək mümkün olacaqmı?... Qərb mətbuatı ən pis ssenarilər haqqında düşünməkdədir. Bİr çox analitik yaranan problemin həllində Çinin müsbət vasitəçilik roluna ümid edir.

«Yeni dünya düzəni» - İsveçrənin Tagesspiegel qəzetinin başlığı elə belə adlanır.

Qəzet ABŞ-la Şimali Koreya arasında eskalasiyanın dərinləşdiyinə diqqət çəkərək problemin uçuruma doğru getdiyini yazır.

«Bunun qarşısını kəsə biləcək tək qüvvə Çindir», - məqalə müəllifi Kristof fon Marşal vurğulayır.

«Məhz Pekin sanksiyaların və diplomatiyanın köməyi ilə müharibə təhdidini azalda bilər. Belə olan halda Çin qlobal miqyasda məsuliyyəti bölüşmək məcburiyyətindədir», -müəllif qeyd edir.

Kristof fon Marşal həm Vaşinqtonun, həm də Pxenyanın rəsmi Pekinin qorxuları üzərində oynayaraq onu öz tərəfinə çəkmək istədiyini qeyd edib.

«1962-ci ildə Kuba böhranı zamanı ABŞ və SSRİ birtəhər razılığa gələ bildilər. 2017-ci il böhranı isə ABŞ-la bərabər Çinin də qlobal məsuliyyəti üzərinə götürə biləcəyi yeni dünya düzəninin başlanğıcına çevrilməlidir. Əks təqdirdə meydan qan gölünə dönəcək», - müəllif fikrini yekunlaşdırıb.

«The New York Times» isə ABŞ-ın Quam adasının yaxınlığında Şimali Koreya təhlükəsinin yaranmasını Tramp administrasiyasını pis vəziyyətə qoyduğunu bildirib.

«İndi Ağ Ev tammiqyaslı müharibə olmadan Pxenyanı necə tərksilah edəcəyi üzərində düşünür», - müəlliflər Maykl Qordon və Erik Şmittin məqaləsində belə deyilir.

Qəzet Pentaqonun diplomatik nizamlamaya ümid etməklə bərabər hər cür plana hazır olduğunu yazır.

«Lakin ABŞ rəsmiləri hərbçilərin Şimali Koreyaya məxsus bütün nüvə arsenalını yox edə biləcəklərinə əmin deyilllər. ABŞ-ın raket əleyhinə müdafiə sistemləri də Pxenyanın Cənubi Koreya və Yaponiya kimi müttəffəqlərə endirəcəyi nüvə zərbələrinin də qarşısını almaq məcburiyyətindədir», - məqalədə qeyd olunub.

«Hərbi variant çıxış yolu deyil. Bu heç bir yaxşı nəticəyə gətirib çıxara bilməz. ABŞ, əlbəttə, qalib gələcək, lakin bu çox iyrənc bir zəfər sayılacaq», - Obama dövründə Pentaqonda çalışan yüksək rütbəli məmur məqalə müəlliflərinə bildirib.

«Prezident Tramp və Şimali Koreya hərbçiləri arasında təhdid dueli preventiv nüvə hücumunun necə aparılacağı barədə sualı ortaya çıxarır», -«The Washington Post»-dan Den Almot yazır.

Müəllfini rəyinə görə, cavab odluqca sadə və qətidir: Əgər prezident zərbə endirmək istəyirsə, tabeçiliyində olan hərbçilər ya onun əmrini dərhal və sözsüz yerinə yetirməli, ya da istefaya getməlidirlər.

«Konqresin elmi araşdırma xidmətinin gəldiyi qənaətə görə, prezident nüvə silahından istifadə olunmasını əmr edən zaman nə Konqresin, nə də hərbi müşavirlərin razılığı tələb olunur. Onların heç birisi baş komandanın əmrini ləğv edə bilməz. Bunun da səbəbi olduqca sadədir: sistem elə qurulub ki, Birləmiş Ştatlar bir neçə dəqiqə içində nüvə zərbəsi endirməyi bacarsın. Bu, həm də ABŞ-n nüvə hücumuna məruz qaldığı təqdirdə ani olaraq cavab vermə qabliyyətini gücləndirir»,- nüvə silahı üzrə aparıcı mütəxəssislərdən sayılan Bryus Bler məqalə müəllfinə söyləyib.

İsveçrinin «Le Temps» qəzetinin jurnalisti Lui Lema Şimali Koreya ətrafında cərəyan edən münaqişənin eskalasiyası zamanı yarana biləcək pis ssenariləri qələmə alıb.

Müəllif «Midlberi» beynəlxalq araşdırmalar institunun eksperti Ceffri Lyuisin fikrinə istinadən «oyunun bitdiyini» və Şamali Koreyanın «nüvə dövləti» olduğu faktının qəbul edilməsinin gərəkdiyini yazıb.

Lui Lema Pxenyan rejiminə qarşı aparılacaq məhdud müharibənin belə daha irimiqyaslı səviyyəyə gətirib çıxaracağını düşünür.

«Nüvə təhdidi fonunda total müharibə perspektivi artıq heç kimdə təəccüb doğurmaz. Trampın nitqlərində səslənən qiyamət ssenarisi 25 milyon şimali koreyalının, 50 milyon da cənubi koreyalının həyatını təhlükə altına qoyur».

Məqalədə hər şeyin hələ bitmədiyi fikrinə də yer verilib.

Bu rəy ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Syuzan Rays tərəfindən dilə gətirlib. Raysın problemin həlli ilə bağlı resepti klassik qorxutma siyasəti, raket əleyhinə müdafiə sistemlərinin təkmilləşdirilməsi, həmçinn Çinlə dialoqun sıxlaşdırılmasından ibarətdir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Commentics

Sorry, there is a database problem.

Please check back shortly. Thanks.