vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SAĞLAMLIQ  
18:24 | 1 oktyabr 2017 | Bazar Məqaləyə 2591 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Genetik xəstələliklərə daha bir zərbə

Embrionda DNT cərrahiyyəsi beta-talassemiyanı «aradan qaldırır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Çinli alimlər «embrion cərrahiyyəsi» vasitəsilə potensial cəhətdən ölümcül beta-talassemiya qan xəstəliyini aradan qaldırmağa nail olublar. Bunun üçün insan embrionunda ilk dəfə olaraq dəqiq «kimyəvi cərrahiyyə» tətbiq edilib, Çin alimləri BBC-ə bildiriblər.

Sun Yat-sen Universitetinin tədqiqatçıları 3 milyard «hərfdən» ibarət genetik kodda yeganə səhvi düzəltmək üçün təməl redaktə adlandırılan üsuldan istifadə ediblər.

Alimlər beta-talassemiya xəstəliyini yığışdırmaq üçün laboratoriyada hazırlanmış embrionu dəyişdiriblər, BBC müxbiri Ceyms Qallagerin (James Gallagher) hazırladığı materialda deyilir.

Tədqiqatçılara əsasən, bu üsul bir sıra irsi xəstəliklərin müalicəsində tətbiq edilə bilər.

Təməl redaktə DNT-nin 4 əsas tərkib hissəsini dəyişdirir: bunlar adenin, quanin, timin və sitozindir. Bu azotlu əsasların adları adətən baş hərflərlə verilir - A, Q, T və S.

İnsan orqanizminin funksiyası ilə inkişafına dair bütün «təlimatlar» həmin 4 əsasın kombinasiyalarında əks olunub.

Potensial olaraq ölümcül beta-talassemiya xəstəliyi nöqtə mutasiyası kimi tanınan genetik koddakı tək əsasın dəyişməsi nəticəsində əmələ gəlir.

Çin alimləri həmin mutasiyanı redaktə ediblər. Onlar, DNT tərkibində səhvi müəyyən etdikdən sonra G əsasını A-ya dəyişdirməklə qüsuru aradan qaldırıblar.

«İnsan embrionunda təməl redaktə vasitəsilə genetik xəstəliyin müalicəsinin mümkünlüyünü ilk dəfə nümayiş etdirən biz olduq», - tədqiqatçı qrupundan Cunciu Hanq (Junjiu Huang) «BBC News» saytına bildirib.

Təməl redaktə Krispir (Crispr) kimi tanınan gen redaktə üsulunun təkmilləşdirilmiş növü sayılır.

Krispir DNT-ni «sındırır». Orqanizm bunu bərpa edərkən o, gendəki təlimatları dəyişdirir.

Bu, həmçinin yeni genetik informasiyanın yeridilməsinə imkan verən fürsətdir.

Təməl redaktə 4 DNT tərkibinin bilavasitə bir-birinə çevrilməsi üsuluna əsaslanır.

Harvard Universitetində üsulun ilk tədqiqatçılarından olan professor Deyvid Lyu (David Liu) bu elmi yanaşmanı «kimyəvi cərrahiyə» adlandırır.

Onun sözlərinə görə, təməl redaktə Krispirlə müqayisədə daha səmərəli olmaqla yanaşı həm də daha az arzuolunmaz yan fəsadlara malikdir.