vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
22:04 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 2973 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ savaş tarixini elan etdi

Azərbaycan sərhədlərində müharibə başlayır

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatlar İranla uzunmüddətli münaqişəyə hazırdır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmasterin sözlərinə görə, 2018-ci ilin birinci yarısı islam respublikasına hücum etmək üçün əsl vaxtdır. Amma Vaşinqton üçün bir problem var.

«RİA-Novosti» agentliyinin yazdığına görə, Vaşinqtona Avropa İttifaqının köməyi lazımdır.

Amma avropalılar İranla ticarət etməyə və düşmənçilik etməməyə üstünlük verirlər. Avropa İttifaqının mövqeyi Vaşinqtonda qıcıqlanmaya səbəb olur. Təsadüfi deyil ki, Makmaster Tehranın raket proqramı və İran iqtisadiyyatına dəstək verən investorları ittiham edib.

Suriyada bir sıra rayonları nəzarətdə saxlayan İran İŞİD-dən sonra Donald Tramp administrasiyasının ən prinsipial düşmənidir. 2017-ci ildə Ağ Evdə İranı «dünyada terrorizmin bir nömrəli sponsor» adlandırdılar və bildirdilər ki, yeni sanksiyaların tətbiqi üzərində düşünürlər. ABŞ prezidenti Tehranı bağlanmış nüvə sazişinə yenidən baxmaqla hədələyir. Əgər razılaşma ləğv edilərsə, ticarət məhdudiyyətləri yalnız İrana deyil, həm də onunla ticarət edən hamıya, o cümlədən Avropa İttifaqına toxunacaq.

Hadisələrin belə inkişafı Avropa İttifaqını qətiyyən qane etmir. Quruma üzv ölkələrin şirkətləri artıq İran iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyub.

«Avropalılar və amerikalıların arasında bu məsələdə ciddi fikir ayrılığı var. Tehran bütün aviasiya parkının yenilənməsi haqqında fransızlarla böyük müqavilə bağlayıb. Paris və Berlin İranın karbohidrogen ehtiyatlarının çıxarılmasında fəal şəkildə iştirak etməyə çalışır. Yeni sanksiyalar Avropanın İranla əməkdaşlığı sahəsində böyük perspektivləri şübhə altına qoyur. ABŞ və Avropa İttifaqının maraqları burada diametral əksdir», - Yaxın Şərq və Mərkəzi Asiyanın öyrənilməsi Mərkəzinin direktoru Semyon Baqdasarov «RİA-Novosti» agentliyinə danışıb.

Avropa İttifaqı və ABŞ arasındakı fikir ayrılıqları iqtisadi məzmun daşıyır. Avropa şirkətlərindən fərqli olaraq Amerika şirkətlərindən islam respublikasına praktik olaraq sərmayə qoymayıblar. Əgər Tramp sanksiyalar haqqında qərar qəbul edərsə, Avropa İttifaqından olan şirkətlər milyardlarla dollardan məhrum olacaqlar.

Vaşinqton Tehranla qarşıdurmada iki Yaxın Şərq dövlətinin – Səudiyyə Ərəbistanı və İsrailin sözsüz dəstəyinə bel bağlayır. İsrail yaxın vaxtlarda İranın pilotsuz uçuş aparatını vurmaqla ABŞ-a dəstəyini açıq nümayiş etdirdi. İsrail həmçinin Suriyada İranin obyektlərini bombaladı.

İsrailin baş naziri Binyamin Netanyahu qarşıdumanın davam etdirilməsinə köklənib.

«Lazım olduğu halda, biz yalnız İranın müttəfiqlərinə qarşı deyil, həm də İranın özünə qarşı hərəkət edəcəyik», - İsrail baş naziri bildirib.

İranın cavabı gecikmədi. Hökumət dairələrinə yaxın «Times of Tehran» nəşri Makmasterin qeydləri iranofobiya nümunəsi kimi» məqaləsini dərc etdi. Nazir Zərif isə anti-Amerika müttəfiqi Rusiyaya yollandı.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq ölkələrinin öyrənilməsi Mərkəzinin elmi işçisi İrina Fyodorova bildirib ki, İranla nüvə sazişinin ləğvi və bu ölkəyə təzyiqin yenilənməsi Rusiyanın maraqlarına uyğun deyil.

«Nüvə razılaşmasının ləğvi bütün dünya üçün təhlükəlidir. Bu, özünün nüvə proqramı olan və İranla oxşar problemləri olan Şimali Koreya ilə razılaşmanı qeyri-mümkün edəcək. Bu həmçinin, İranla problemlərin diplomatik nizama salınmasının altına mina qoyacaq. Bütün bunlar Rusiya və Avropa İttifaqının maraqlarına qəti surətdə uyğun deyil. Bundan başqa, avropalılar üçün perspektivli və inkişaf edən İran bazarına qayıtmaq əhəmiyyətlidir. Fransa təyyarələrin çatdırılması üzrə İranla müqavilə bağlayıb. Bu təyyarələrin detalları ABŞ-da istehsal edilir və Tramp sanksiyaları tətbiq edərsə, irihəcmli saziş təhdid altına düşəcək», - şərqşünas deyib.

Fyodorova hesab edir ki, İranla razılaşmaya yenidən baxılması ABŞ-ın özü üçün də əlverişsizdir və buna görə də demokratlar Trampın kursuna qarşı çıxış edirlər.