“Çin ABŞ şirkətləri üçün bazarını daha da açacaq”
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
09:50 | 2 avqust 2019 | Cümə
Məqaləyə 2190 dəfə baxılıb
Şriftin ölçüsü
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
“Hizbullah”la əlaqədə şübhəli bilinən 21 şəxs və qurum sanksiya siyahısına salındı
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
“ABŞ-ın sonu çatıb və bu son SSRİ-yə bənzəyir”. “Moskva-Baku” portalına müsahibəsində rusiyalı ideoloq, filosof Aleksandr Duqin belə deyib.
“ABŞ dövlətlərə sağ və soldan yara vurur. Bu ölkələrin ABŞ-a cavabı qorxulu olacaq. Onların zərbəsindən sonra isə ABŞ sağalmayacaq. Belə zərbə çoxqütblü dünyanın yaradılması və Qərbə qütblərdən birinin tutulmasının təklif edilməsi olacaq. Biz onu hansısa daxili problemlərin həllinə dəvət etməyəcəyik, biz tədricən onu Avrasiyadan çıxaracağıq və daha heç bir ABŞ bazası Avrasiya, Sakit okean və Afrikada olmayacaq”, - Duqin əminliklə söyləyir.
Onun fikrincə, sanksiyalar altında olan və birləşən ölkələr Amerika imperiyasının sonunu yaxınlaşdırır: “Bu, mənə SSRİ-nin son günlərini xatırladır. Kremldə SSRİ-nin parçalanmasının mümkün olmasına inanmaqdan imtina edirdilər, respublikalarda isə görürdülər ki, az sonra SSRİ-nin sonu çatacaq. Bu gün ABŞ-ın xaricində olan hər kəsə aydındır ki, ABŞ hegemoniyası qorunub saxlana bilməz”.
O, Rusiya və İran kimi, bir gün Azərbaycanın da öz üzərində Qərbin öldürücü olmayan zərbələrini hiss edə biləcəyini deyib: “Əgər Amerika Azərbaycana təzyiq etməyə cəhd etsə, Bakı rahatlıqla amerikalılara əvəz tapa bilər. Azərbaycanın bunun üçün hər şeyi var. Azərbaycanın Rusiya, Çin, İran, eləcə də sizin üçün qardaş ölkə olan Türkiyə ilə münasibətləri yaxşıdır. ABŞ-dan narazı olanlar yeni qarşılıqlı fəaliyyət formatları axtarıb tapırlar. Azərbaycan öz milli maraqlarına əsaslanaraq rasional siyasəti dəstəkləyir. Azərbaycan yaxşı bilir ki, birqütblü dünyada heç bir suveren dövlət ola bilməz. Əliyevin Rusiya-Azərbaycan-İran formatına dəstək siyasəti sadə, amma cəsarətli hesabla diktə olunur”.
Faktiki olaraq, Amerika Rusiya, Çin, İran, eləcə də Venesuela, Kuba ilə gərgin münasibətdədir. Türkiyə ilə də Ağ Evin əlaqələri ürəkaçan deyil. Xüsusən də Ankaranın Moskvadan “S-400” raketlərini alması Vaşinqtonun xoşuna gəlməyib. Körfəzdə davam edən gərginlik isə belə təsəvvür yaradır ki, Amerika regionu qarışdırır, münaqişə ocaqları yaradır. Hətta iş o yerə çatıb ki, ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edib. İran prezidenti Həsən Ruhani iki ölkə arasında gərginləşən münasibətlər fonunda xarici işlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edən ABŞ-ı uşaq kimi davranmaqda ittiham edib.
Vaxtilə SSRİ-nin Əfqanıstan, Çexoslovakiya, Macarıstan, Əfqanıstan siyasəti var idi. Duqin görünür ki, həm də bu gedişata eyham vurmaq istəyib və ABŞ-ın sonunu Sovet İttifaqının axırı kimi görüb. Belədirmi? Doğrudanmı Vaşinqtonun xarici siyasəti bir gün öz başında çatlayacaq? Dünyanın superdövlətinin SSRİ-nin aqibətini yaşayacağı utopik görünür, yoxsa cərəyan edən proseslərin həqiqət olduğuna əsas yaradır?
Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə “Yeni Müsavat”ın bu mövzuda suallarını cavablandırdı. Onun sözlərinə görə, Duqin şizofrenikdir: “Çin, İran kimi ölkələr icazəsiz qabağa getməyə başlayıblar. İran Livan, Suriyanı dağıtdı, “Hizbullah” bu ölkələrdə öz dəstələrini yaratdı, indi deyir ki, sanksiyalar altında olan ölkələr Amerikaya qarşı birləşəcək. Mən nüvə söhbətini hələ bir yana qoyuram, müşahidəçilər unudublar ki, Trampın tələbi təkcə nüvə proyekti deyil. Eyni zamanda İranın aqressiv, irtica siyasətinə qarşıdır və bəyan edir ki, regionu qarışdırırsınız. Burada Amerikanın günahını görmürəm. Çinə gəlincə, oğrun-oğrun dünyanı tutmağa başlayıblar. Dünyadan texnologiyanı oğurlayır, özündə təkrarını hazırlayır. Məsələn, Beynəlxalq Ticarət Təşkilatının qaydalarına görə, inkişaf etməmiş ölkələr az rüsum verməlidir. Amma inkişaf etmiş dövlətlər, səhv etmirəmsə, 20 faiz rüsum verməlidirlər. Çin çoxdan inkişaf edib, amma köhnə rüsumlarla işləyir”.
H.Hacızadə sanksiyalar altında olan dövlətlərin ABŞ-a qarşı bir çətir altında birləşməsini mümkün sayır: “Ola bilər ki, birləşsinlər. Amma İranla Çinin birləşməsi nəyə gətirə bilər? Bu gün Çin qəribə vəziyyətdədir. Çünki Amerika iqtisadiyyatı ilə sıx bağlıdır. Amerikanı vurmağa başlasa, öz iqtisadiyyatı çökəcək. Ona görə gah deyirlər ki, dollardan imtina edirik, qiymətli kağızları belə edəcəyik. Bunlar hamısı blefdir. Yaxşısı odur ki, gətirib 20 faiz rüsumu versin və canını qurtarsın. Ümumiyyətlə, Amerikada böyük qərarlar Trampın başında deyil. Orada ciddi institutlar fəaliyyətdədir və 4-5 il qabağa planlar qururlar. Məsələn, Qərbin bir təhlükəsizlik konfransı olmuşdu. 22 tədqiqat mərkəzi dəvət olunmuşdu. Yəni Amerika elə-belə dövlət deyil ki, Tramp yuxudan oyandı, istədiyi qərarı verdi. Ona görə də Duqinin yəqin xüsusi eynəyi var, mən Amerikanın SSRİ kimi sonu olacağını görmürəm. Əksinə, Duqin etiraf eləsin ki, Rusiyanın yarısı yanır, söndürməyə pulu yoxdur, əhalisi azalır, iqtisadi vəziyyəti pisləşir, dörd tərəfi özünə düşmən edib ki, biri də Qarabağ məsələsinə görə Azərbaycandır”.