vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
18:27 | 14 noyabr 2019 | Cümə axşamı Məqaləyə 2878 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belarusdan növbəti “Yox!”

Kremli bu sözə alışdırırlar

Belarus Təhlükəsizlik Şurasının katibi, general Stanislav Zas bəyan edib ki, Rusiyadan Su-30SM qırıcılarının əldə edilməsində kömək istəyiblər. Amma Rusiya bunun əvəzində Belarus ərazisində aviabaza yerləşdirmək istəyib.

Generalın bildirdiyinə görə, Minsk bu məsələdə “öz imkanlarına arxalanmağı” qərara alıb və Rusiyanın aviabaza yerləşdirməsinə yox cavabı verib.

“Onlardan Su-30SM qırıcılarının təchizatında kömək xahiş elədik. Əvəzində bizim ərazimizdə Rusiyanın hərbi-hava bazasının yerləşdirilməsi təklifini aldıq. Lakin razılaşın ki, bunlar ikisi eyni şey deyil: ərazimizdə hərbi-hava bazasının yerləşdirilməsi bizim özümüzün döyüş aviasiyasının inkişaf etdirilməsi problemini həll etmir”, - Stanislav Zas deyib.

O, əlavə edib ki, məsələnin həllində bilavasitə prezident Aleksandr Lukaşenko iştirak edib. “Onun iştirakı olmadan biz indi bu vəzifəni həll edə bilməzdik”,-o bildirib.

Zas məlumat verib ki, Belarus öz imkanları hesabına Rusiyadan 12 Su-30SM qırıcısı alıb. Bunlar hava, yerüstü və dəniz hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulan ağır qırıcılardır. (Virtualaz.org)