vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
12:00 | 16 noyabr 2019 | Şənbə Məqaləyə 231 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qılınc Əli Paşada “kəsilən” baş

II Yelizavetanın mühafizəsində olan casus hansı oyunların qurbanı oldu?

Ərgün DİLƏR, (“Takvim”, Türkiyə)

Agentlərlə bağlı filmlər, oyunlar daim izlənir, romanlar həmişə oxunur. Çünki maraq doğurur. Casus oyunları zəkası orta səviyyədən yüksək olan insanların rol aldığı oyunlardır.

Qərb mediası da dünəndən etibarən Karaköydə baş verən cinayət işinə girişib. Ceyms Qustav Edvard Le Mezuryenin öldürülməsi də bəzi qaranlıq dəhlizlərdə zəlzələ effekti meydana gətirib. Bu mövzuları çox yaxşı bilən şəxsləri və nəşrləri izləyincə, sarsıntının böyüklüyünü görmək çətin olmur.

Öncəliklə qeyd etmək istəyirəm ki, burada Ceyms Bond filmlərində tapa biləcəklərimizdən çox artığı ilə qarşı-qarşıyayıq. Elə şeylər yazılmaqdadır ki, oxusanız, çaşarsınız. Mən öyrəndiklərimin təsiri altında ilk öncə “İstanbulda yaşayırıq və heç bir şey bilmirik. Bu, çox pis haldır…” hissinə qapıldım.

Təbii, insan öyrənmək və paylaşmaq istəyir. İstanbulda baş verən və çox önəmli bir əməliyyatla ortadan qaldırılan “Le Mezurye dosyesi”ni genişlədək. Bu səbəblə, bir az geri gedək.

2018-ci ildə İngiltərənin Salsberi şəhərində ikili işləyən sabiq rus agenti Sergey Skripala və qızı Yuliya Skripala qarşı həyata keçirilildiyi iddia edilən sinir qazı hücumu, əslində, “saxta bayraq əməliyyatı” idi.

Bu planın arxasında ABŞ dururdu. Vaşinqton Mİ6-dakı “dərin struktur”la ortaq hərəkət edirdi. Bunu anlatmaq üçün çox şey yazdım. Məqsəd İngiltərənin Rusiya ilə olan güclü əlaqəsini zəiflətmək idi. “Skripal əməliyyatı” da bunun üçün ssenariləşdirildi.

Ardınca İngiltərə ilə Rusiya qarşı-qarşıya gəldi. Bir-birilərini düşmən elan etdilər. İngiltərədə yaşayan oliqarxlar (rus oliqarxları – tərc.) milyardlarla sterlinq itirdilər. Bu pul rus dövlətinin pulu idi.

Əməliyyat nəticə etibarilə öz təsirini göstərmişdi, yəni nəticə alınmışdı. Roman Abramoviç kimi bir şəxs Londona girə bilməmişdi. Yaranmış böhran böyük idi. Unutmayın, ən sərt reaksiya da Abramoviç vasitəsilə Putinə qarşı verildi.

Putin də, Kraliça II Yelizaveta da, İngiltərənin İcmalar Palatası ilə hökuməti də bütün həqiqətləri bilirdi, lakin ABŞ-ın yaratdığı ictimai rəy elə bir güclü silahdır ki, uğurlu olurdu. Bu həmlə diqqətli şəkildə hazırlanmış rəylə bəzənincə, nəticələri dəyərli oldu. MKİ bacardı. Əlbəttə, Mİ6-nın dəstəyi ilə…

İndi gələk İstanbula. Qılınc Əli Paşa küçəsinə lövbər salaq. Ceyms Qustav Edvard Le Mezuryeyə qarşı keçirilən, “saxta bayraq əməliyyatı” olmayan əməliyyata gələk.

Açıq şəkildə görünür ki, İngilis İmperiyası (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı – tərc.) Le Mezuryeni qoruya bilmədi.

2016-cı ildə Le Mezuryeyə “Suriya Mülki Müdafiə xidmətində göstərdiyi səylərə və neftin ingilis şirkətləri tərəfindən qazanılmasında əldə etdiyi böyük uğurlara görə” Kraliçanın ən nüfuzlu mükafatı olan Britaniya İmperiyasının Ali Ordeni (İng. The Most Excellent Order of the British Empire. Bu, 04 iyun 1917-ci ildə Britaniya Kralı V Georq tərəfindən təsis edilən cəngavər ordenidir – tərc.) təqdim edilmişdi. Bu, nə Oskar, nə də Nobel mükafatına bənzəyər. Rəqibi yoxdur, böyük bir şərəfdir. Bu mükafata layiq görülən hər bir şəxs ailəsilə birlikdə Kraliça II Yelizavetanın təminatı altına girər. Bunu bilənlər bilir.

İndi ABŞ İngiltərənin gizli qapılar arxasındakı görüşünü əngəlləmək üçün Le Mezuryeni ortadan qaldırdı. Məncə, bilinməli olan da budur. Bunu da amerikalılar söyləyir. Müvafiq şəxslərin eşidəcəyi formada…

Əsas sual budur: “Nə üçün Le Mezurye hədəf oldu?”

Bəli, burada Rusiya günahkardır. Cümə günü Mariya Zaxarova Le Mezurye haqqında dedi: “O, Mİ6 agentidir, çox təhlükəli bir şəxsdir. Kosova və Bosniyada qarşımıza çıxan şəxs Le Mezurye idi”. Hətta daha da irəli gedərək, ““Ağ beretlilər” ən təhlükəli terror təşkilatlarına yardım etməkdədirlər. Bir sıra kimyəvi silahlardan belə, istifadə etdilər…” dedi.

Mariya Zaxarova və ya hər hansı önəmli bir rus başqa bir ingilisi belə ittiham etsəydi, o, ortadan qaldırılacaqdı. Yəni, şəxslərin kimliyi önəm kəsb etmirdi. Dəyərli olan əməliyyatın özü idi. Əslində, MKİ Le Mezuryeni gələn ay Suriyada ortadan qaldıracaqdı. Suriya lideri Bəşər Əsədə qarşı sui-qəsd təşkil etmək istəyən Mİ6 agenti öldürüləcəkdi. Rəy belə formalaşdırılacaqdı. O şəxs də ABŞ mediasının üstünə düşməsilə Le Mezurye olacaqdı.

Ancaq Le Mezurye MKİ-dəki qaynaqlarından bu barədə kəşfiyyat məlumatı alan kimi, Suriya səfərini ləğv etdi. MKİ də əməliyyatı durdurdu. Ancaq Zaxarovanın açıqlaması Le Mezuryenin ortadan qaldırılması əməliyyatını başlatdı.

İndi Rusiya ittiham ediləcək. Əslində, belə də olmaqdadır. Pentaqon Rusiyanın hədəf olacağını göstərdi. ABŞ mediası həmən hərəkətə keçdi. Rusiya və Bəşər Əsədin Le Mezurye haqqındakı “agent” və “təhlükəli” sözlərini önə çıxardı.

Çünki Rusiya pərdə arxasında İngiltərə ilə həm Suriya, həm də Aralıq dəniziylə bağlı bazarlıq edirdi. İngiltərə bölgəyə Rusiya ilə girəcəkdi.

Cənubi Kipr, əslində, ingilis və rus torpağıdır. Moskva və London Cənubi Kiprdə ortaqdır. Dolayısilə, Aralıq dənizində də bu ortaqlıq görünməkdədir. Rus oliqarxların Kiprin yunan kəsimindəki pullarını düşündüyümüz halda, qaneedici bir cavab ortaya çıxmaqdadır.

İndi Suriya üçün bir ortaqlıq planı qurulurkən, İstanbulda MKİ-nin əməliyyatını gördük.

Rusiya ilə İngiltərə nə qədər yaxın olmaq istəsə də, bu, artıq çox asan olmayacaq. Çünki İngiltərədə müxalifətçilər Kraliçanın qoruması altında olan Le Mezuryenin ölümünə görə Rusiya xüsusi xidmət orqanı olan FSB-ni ittiham edirlər.

Hətta MKİ tərəfindən dünən Kraliçaya göndərilən fotoşəkillərdə Le Mezurye İstanbulda, Karaköydə bir kafedə qəhvə içərkən, həm də öldürülməmişdən bir neçə gün öncə, arxasında iki rus agenti görünür… Həmin şəxslər Mİ6 ilə MKİ-nin ortaq istifadə etdiyi üztanıma proqramında rus agentləri olaraq görünürlər.

Rus agentləri o kafeyə bir dəvətə görə gəlmişdilər. Bu, dəqiqdir. Bəlkə də, Le Mezuryeni o kafeyə çağıran MKİ, eyni zamanda rus qonaqları da “qəbul edirdi”. Yəni, bir fotoşəkil dizayn edilirdi. Kraliçaya qədər göndəriləcək bir fotoşəkil… Ssenari belə idi.

Bu cinayət, əlbəttə, “intihar” deyilərək qapadılacaq. Kimsə çıxıb “öldürüldü” deməyəcək. Bu, qaydadır.

Bundan sonrası İngiltərə ilə Rusiyanın atacağı addımlara bağlıdır. İstanbul mərkəz olmağa davam edəcək. Başqa hadisələr də görəcəyik. Həm də çox önəmli…


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *