vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
DÜNYA  
16:43 | 21 noyabr 2019 | Cümə axşamı Məqaləyə 5288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bərzanilərin gizli mülkləri

Kürd liderin oğlu Beverli Hillsdə 2 evə 47 milyon dollar xərcləyib

Ceyms MakKleyn (“Varirety”)

Beverli Hillsdəki “Rodeo Drive” və Disneylənd xaricində Cənubi Kaliforniyanın ən böyük turist mərkəzlərindən biridir. Onun butikləri (“Chanel”, “Hermes”, “Bottega Veneta” və s.), bir növ, Sehirli Krallığı meydana gətirərək, həvəskarları və bəzən ciddi alıcıları özünə cəlb edir. Əsas alış-veriş küçəsindən şimalda yerləşən yaşayış məskənləri bəzəkli malikanələr və mükəmməl işlənmiş həyətlərdən ibarətdir.

Turistləri valeh edən Meyson 613-dən bir mil şimalda daha köhnə bir malikanə yerləşir. “Foothill Manor”, məlum olduğu kimi, 1970-ci illərdə inşa edilib və 12000 kvadrat metrlik ərazidə olsa da, daha çox Korinf sütunları, əllə oyma memarlıq qəlibləri və “qızıl yarpaqları” ilə seçilir. Həm də Meyson 613 daha özəldir, perimetri meşəyəbəzər ağac kolleksiyasına malikdir. Ancaq ev o qədər hündürdür ki, ətrafındakı nəhəng ağaclar da dam xəttini yad gözlərdən qoruya bilmir.

Meyson 613 və “Foothill Manor” məxfi sərvət sahiblərinin adlarını gizli saxlayır. Meyson 613 keçən il “Beverly Hills” Mənzillər Məhəlləsində bağlanmış ən böyük əməliyyatlardan biri olan nağd sövdələşmədə 27 milyon dollara satılıb. Alıcı MMC – əmlakın rəsmi sahibi Feyfaksda, Virciniya ştatında yerləşən kiçik hüquq bürosudur.

Meyson 613-ün böyük satışından 3 ay əvvəl “Foothill Manor” 20 milyon dollarlıq başqa bir nağd sövdələşmə obyekti kimi rəsmiləşdirilib. Yenə alıcı müəmmalı MMC-dir; o eyni Virciniya hüquq bürosu tərəfindən qeydə alınıb.

Nik Şəkson bir dəfə “Vanity Fair”-də aydın şəkildə söyləyib ki, “ yeni sahiblər haqqında əminliklə söyləyə biləcəyimiz yalnız iki şey var: onlar olduqca varlıdır və [onların] … kim olduqlarını və pullarını necə qazandıqlarını bilməyinizi istəmirlər”.

Bununla belə, qeydlərə dərin şəkildə nüfuz etmə bir adın hər iki Beverli Hills sövdəsində hallandığını göstərir: Haval Doski, Virciniya sakini, İraq Kürdüstanının keçmiş prezidenti Məsud Bərzaninin oğlu Mənsur Bərzani ilə uzun müddət əlaqələri olan etnik kürd.

Əsrlər boyu Bərzani ailəsi hazırda İraqın Bağdaddan şimalında yerləşən dağlıq bölgənin, Yaxın Şərqin muxtar Kürdüstan bölgəsinin de-fakto hökmdarları olub. Kürdüstan xəyali bir ölkə kimi mövcud olsa da, Kürdüstan Regional Hökuməti (KRH) öz qanunverici orqanına, ordusuna və xarici siyasətinə sahibdir, mahiyyətcə onu dövlət adlandırmaq mümkündür.

Bərzanilərin kürdlər arasında nüfuzu o qədər böyükdür ki, tərəfdarlar və tənqidçilər eyni dərəcədə neftlə zəngin bölgəyə “Bərzanistan” ləqəbini veriblər.

2005-ci ildən 2017-ci ilə qədər Məsud Bərzani KRH-nin prezidenti vəzifəsini icra edib, bu müddət ərzində özünü ABŞ-ın Yaxın Şərqdəki ən sədaqətli müttəfiqlərindən biri kimi tanıdıb.

Bərzaninin prezident vəzifəsini icra etmə müddəti mübahisələrə səbəb olub. Tənqidçiləri onun və ailəsinin gizli şəkildə müxtəlif ticarət müəssisələrində virtual inhisarçılıq apardıqlarını, telekommunikasiya imperiyalarından və digər səylərindən on milyardlarla gəlir götürdüklərini iddia ediblər. Bərzaninin özü ticarət müəssisələri ilə əlaqəsini rədd etsə də, yerli bir qəzet Bərzanini və Kürdüstan Demokrat Partiyasını İrana qanunsuz neft qaçaqmalçılığından böyük qazanc toplamaqda günahlandırıb.

Oğulları tərəfindən Beverli Hillsdə daşınmaz əmlakının 47 milyon dollara satın alınması isə, bir növ, korrupsiyanın sübutu kimi qiymətləndirilə bilər.

Ancaq Bərzani oğullarının geniş sərvətləri haqqında hekayətlər yeni bir şey deyil. O, açıq şəkildə rədd cavabı versə də, daşınmaz əmlak izləyiciləri Məsrur Bərzaninin Virciniya ştatındakı MakLində nəhəng malikanənin anonim alıcısı olduğuna inanır və o, bütün əyalətdəki ən böyük evlərdən biri olaraq qalır (“Chateau Noble de McLean” evi Meyson 613 və “Foothill Manor”-a bənzəyir.)

Yerli məlumatlara inanılarsa, Mənsur Bərzani bir dəfə Dubay kazinosunda qumar oynayarkən, bir dəfəyə 3.2 milyon dollar uduzub.

Meyson 613-ün dəqiq kimə məxsus olduğunu müəyyənləşdirmək üçün Beverli Hillsə qayıtmaq kifayət etmir. Bərzanilərin bu evdə görünməməsi ilə məsələ daha da mürəkkəbləşir.

Heç kim evə baş çəkmir, qapı ağzında maşın yoxdur, gecə ev qaranlığa bürünür.

Meyson 613 kimi, “Foothill Manor” da boşdur. Darvaza qarşısında yerləşdirilmiş işarələr evin əsaslı təmirinin yaxın vaxtlarda başlandığını, yerin yaşayışsız qaldığını göstərir. Lakin qonşuların dediyinə görə, nəhəng evdə son bir ildə Südabə “Sudi” Xoşdaman adlı bir İngiltərə əsilli qadın yaşayıb.

İddiaya görə, o, Məsud Bərzaninin övladlarından birinin sevgilisi və Bərzani soyadını daşıyan bir oğlanın anasıdır.

Xoşdamanın Bərzani qəbiləsi ilə faktiki əlaqələri necə olursa-olsun, o, fövqəladə maddi qazanc əldə edib. Britaniyanın torpaq reyestri 2016-cı ilin dekabr ayında Londonun zəngin Kensinqton məhəlləsində bir mülk üçün eyni cibindən  10.9 milyon funt sterlinq (14 milyon dollar) çıxdığını göstərir.

Məhəllənin digər sakinlərin arasında “Formula 1” yarışının varisi Tamara Ekklstoun, Abu Dabi şeyxi Mənsur, Roman Abromoviç və Hindistanın ən varlı adamlarından olan Lakşmi Mittal da var. Əlbəttə, Kembric hersoqu və hersoginyası da.

“Foothill Manor” kimi, xanım Xoşdamanın London iqamətgahı da hazırda boşdur, milyonlarla dollarlıq təmir və genişləndirmə işləri gedir. “BTL Property Ltd”-nin yerli təmir mütəxəssisləri evin geniş təmiri, yeni dizaynı və nəzarət üçün işə götürülüblər. Tamamlandıqda, Xoşdamanın malikanəsi, ehtimal ki, Londonun ən yaxşı ərazisindəki blok kimi ən böyük və ən geniş ev olacaq.

Virciniya, Beverli Hills və Londondakı bu evlər gündəlik dolanışıq üçün mübarizə aparan digər kürdlər üçün əlçatmazdır. İraq Kürdüstanı əhalisinin təxminən 5,5% -i ayda 80 dollardan az pul qazanır və bölgə İraqın qalan hissəsi ilə müqayisədə iqtisadi cəhətdən çiçəklənsə də, hətta kifayət qədər müvəffəqiyyətli kürd həkimləri aylıq 2 min ABŞ dollarına bərabər gəlir əldə edirlər.

Bundan başqa, geniş yayılmış siyasi iğtişaşlar var. Keçən ay prezident Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı mübahisəli qərar qəbul edib. Bərzanilər və digər tanınmış kürd siyasətçiləri tərəfindən sərt şəkildə tənqid edilən bu hərəkət “arxadan vurulan zərbə” olaraq səciyyələndirilib. Qoşun çıxarıldıqdan bəri 130.000 kürd evlərini tərk edib və yüzlərlə adamın öldürüldüyü bildirilir.