vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
13:39 | 25 yanvar 2020 | Şənbə Məqaləyə 1785 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Belaruslular məni yeyərlər”

Lukaşenko: “Putinə qəti olaraq dedim ki, ...”

Belarusun suverenliyinin Rusiya tərəfindən ləğvinə gedə bilmərəm, əks təqdirdə belaruslar bu qərarın qəbulundan sonrakı bir il ərzində məni yeyərlər.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bizim öz ölkəmiz var. Biz suverenik və müstəqilik. Biz öz beynimizlə və əlimizlə ölkəmizi tikmişik. Hansısa ölkənin bir hissəsi ola bilmərik. Mən sizi satmaq və Belarusu ləğv etmək istəmirəm. Mən Rusiya Prezidenti ilə danışıqlarda birmənalı olaraq demişəm ki, bunu Belarusla heç kim edə bilməz”, – deyə Lukaşenko bildirib.

O, Belarusun son prezidenti olmaq istəmədiyini də deyib.

Prezident övladlarının Belarusda gələcəkdə də sülh içində yaşamasını istədiyini bildirib.

Lukaşenko Minskin ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ ilə neft tədarükü ilə bağlı danışıqlar apardığını xatırladıb: “Onlarla mükəmməl münasibətim var. Deyirlər ki, nə qədər istəyirsinizsə, o qədər neft tədarük edə bilərik. Bu ölkələrdə neftin keyfiyyəti çox yaxşıdır”.