vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 13 iyul 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AKTUAL  
20:09 | 14 fevral 2020 | Cümə Məqaləyə 306 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ədalət zəfər çalacaq!”

Deputatlığa namizəd Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazdı

Əməkdar jurnalist, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd İsmayılova Ləman (Ləman Ələşrəfqızı) ölkə Prezidenti İlham Əliyevə məktub yazıb.

Vaxt.az məktubu olduğu kimi, təqdim edir:

 

“Salam cənab Prezident!

Sizə bu müraciəti 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd İsmayılova Ləman kimi edirəm. Amma cəmiyyət məni sadəcə Ləman Ələşrəfqızı kimi tanıyır. Əməkdar jurnalist, uzun illər mətbuatda və televiziyada çalışmış bir peşəkar müxbir kimi.

Cənab Prezident! İslahatlar Proqramı çərçivəsində Parlamentin də yeniləməsi zərurəti şəxsən məni bu seçkilərə qatılmağa ruhlandırdı. Üstəgəl doğulduğum bölgənin insanlarının belə bir təşəbbüslə çıxış etməsindən sonra qəti qərara gəldim ki, bəli mən də Parlament seçkilərinə qatılacağam. Çünki, Oğuz və Qəbələnin bu dairəyə düşən kəndlərinin sözün əsl mənasında islahatçı, yenilikçi, işgüzar, sadə camaatın dilindən anlayan bir deputata ehtiyacı vardı. Və qatıldım da. Təşviqatın ilk günü rastlaşdığım mənzərə sadəcə belə idi: yenicə bələdiyyə seçkilərindən çıxan yorğun, ümidsiz, çarəsiz, inamsız, seçkini boykot etməyə hazır adamlar. Onlarla dil tapmaq, onları Sizin müəllifiniz olduğu İslahatlara inandırmaq, Azərbaycanın daha güclü, daha qüdrətli olması üçün öz Prezidenti ətrafında sıx birləşməyə dəvət etmək, necə deyərlər çəkici bir zindana vurmaq mənim çıxışlarımın əsas leytmotivi oldu. Və budur, Oğuz-Qəbələ camaatı artıq bizimlə birlikdə addımlayır. Təşviqatın ilk günündəki yorğun, inamsız insanlardan əsər-əlamət yoxdur! Hamı bizim ətrafımızda birləşib, hamı dövlətin, Prezidentin yanındadır.

 

Cənab Prezident!

Əgər camaatımın inamı, sevgisi olmasaydı, bu görüşləri keçirmək asan olmayacaqdı. Çünki, qarşı tərəf əlindəki inzibati rıçaqlardan istifadə etməklə hər vəchlə seçicilərlə görüşə mane olurdular. Mənim əsas rəqibim Aqiyə Naxçıvanlının qardaşı Yusif Naxçıvanlı Oğuz rayon İcra Hakimiyyəti başçısının müavinidir. Digər qardaşı Mahir Naxçıvanlı Oğuz rayon Təhsil Şöbəsində vəzifə tutur. Bu ailə ilə qohumluq münasibətində olan Səyyaf Abbasov Oğuz İH-nin ərazi idarəetmə şöbəsinin müdiri kimi bütün icra nümayəndələrinə tapşırıq vermişdi. Şəkillərim cırılırdı, camaat arasında bizə yox, qarşı tərəfə səs verməklə bağlı təbliğat aparılırdı, insanlara hədə, qorxu gəlirdilər. Çox təəssüf edirəm ki, bu zaman xüsusilə Aqiyə Naxçıvanlının həyat yoldaşı Hüseyn müəllimin Prezident Aparatında işlədiyini, qaynı oğlu Şahmar Mövsümovun isə Prezidentin köməkçisi olduğunu məqsədli şəkildə yayırdılar. Qanun pozuntuları ilə bağlı hələ təşviqat dövründə Oğuz 117 saylı dairəyə, sonra isə MSK-ya müraciət etdik. Bu pozuntular Aqiyə xanımın təşviqat dövründə bir tələbənin təhsil haqqını ödəməsi, İcra Hakimiyyətində vəzifə tutan Saleh müəllimin onun təbliğatında iştirakı, qardaşı Yusif Naxçıvanlının başçının müavini vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılmaması, bununla da təsir mexanizmi gücünü özündə saxlaması və s bu qəbildən olan məsələlər idi. Təəssüf ki, bu strukturlar qanunun yox, Aqiyə Naxçıvanlının tərəfində durdular.

Nəhayət seçki günü əsl rüsvayçılıq yaşandı. Axşam saatlarına qədər diqqətçəkən qanun pozuntuları olsa da bu kütləvi xarakter almamışdı. Amma saat 18.00 ərəfəsində məntəqələrdə millətin, dövlətin, Prezidentin yürütdüyü islahatların adına yaraşmayan biabırçılıq hökm sürdü. Səslərin sayılması zamanı şəxsən özümün dayandığım məntəqədə səslərimi qoruya bildim. O məntəqədə 203 səslə 116 səs toplayan Aqiyə xanımı üstələdim. Amma hətta bu məntəqədə belə digər prosedurlara əməl olunmadı. Belə ki, nümunə protokolun üzü karbonlaşdırılmış protokola köçürülmədi, ümumiyyətlə karbonlaşdırılmış protokol heç bir məntəqədə ortaya çıxmadı. Bizim heç bir müşahidəçiyə imkan yaradılmadı ki, səslər onların gözü qarşısında sayılsın, nümunəyə, sonra isə karbonlaşdırılmış protokola köçürülsün. Bu səbəbdən də bu gün bizim əlimizdə 61 məntəqə üzrə cəmi 20 nümunə protokol var. Deməli həm də 41 qanunsuzluq, 41 cinayət faktı.

Cənab Prezident! Biz konkret faktlarla Mərkəzi Seçki Komissiyasına müraciət etmişik. Sizin Atanızın, bizim ümummilli liderimiz Heydər Əliyevin bir sözü var: Qoy Ədalət zəfər çalsın!

İnanıram ki, Ədalət zəfər çalacaq! Çünki arxamızda Dövlətimiz, Prezidentimiz, xalqımız, başımızın üstündə Allahımız var!”


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *