vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AKTUAL  
19:08 | 14 mart 2020 | Şənbə Məqaləyə 1198 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vilayəti koronavirusa yoluxub

Xamneyinin yaxın adamı özünü qoruya bilməyib

İranın “dini lider”inin beynəlxalq məsələlər üzrə müşaviri, Tehranın “Məsih Daneşvəri” xəstəxanasının rəisi Əli Əkbər Vilayəti koronavirusa yoluxub. Bu barədə, “Sepah”a bağlı “Tasnim” agentliyi martın 12-də məlumat yayıb.

“Tasnim”in yaydığı məlumata əsasən, son günlər koronavirusa qarşı mübarizə işi ilə əlaqədar başçılıq etdiyi xəstəxanaya gedib həkimlərə və tibb bacılarına baş çəkən və onların fəaliyyəti ilə yaxından tanış olan Əli Əkbər Vilayəti özü də virusa yoluxub.

Bildirilir ki, martın 11-i günorta saatlarında xəstəxanada olan Əli Əkbər Vilayətidə koronavirusun ilk simptomları aşkar edildikdən sonra ondan analiz götürülüb və testlərin cavabı müsbət çıxıb. Nəticədə, o həkimlərin tövsiyəsi ilə ev şəraitində karantinə alınıb.

Hazırda, "dini lider" Əli Xamneyinin müşavirinin səhhətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin martın 12-də yaydığı son statistikaya əsasən, ölkədə koronavirusa yoluxanların sayı 10075 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 429 nəfərə yüksəlib.

İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə, virusa yoluxanların və xəstəlikdən ölənlərin sayının bir neçə dəfə çox olduğunu bildirirlər.