

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen koronavirusla mübarizədə lazımi dəstək verilmədiyinə görə İtaliyadan üzr istəyib.
Leyen "La Repubblica" qəzeti üçün yazdığı məqalədə İtaliyaya dəstək göstərilmədiyini etiraf edib.
Almaniyalı siyasətçi vurğulayıb ki, pandemiyaya yalnız üzv ölkələr birlikdə qalib gələ bilərlər: “İtaliyaya qarşı münasibət doğru deyildi və bu, edilməməliydi. Amma bu gün Avropa İtaliyanın yanındadır”.
Azvision.az xatırladır ki, koronavirus pandemiyası səbəbilə çoxsaylı insan tələfatı ilə üzləşən İtaliya Avropa İttifaqını onlara kömək etməməkdə günahlandırmışdı. Hətta Lig partiyası ölkənin Aİ-dən çıxmasını gündəmə gətirmişdi.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Commentics
Sorry, there is a database problem.
Please check back shortly. Thanks.