vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
13:19 | 10 iyun 2020 | Çərşənbə Məqaləyə 13108 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa İttifaqının sərhədləri iyul ayınadək bağlı qalacaq

Bu yay əksəriyyət öz evində (ölkəsində) istirahətə üstünlük verəcək

Avropa İttifaqı (Aİ) daxilində ölkələr arasında sərhədlər tədricən açılsa da, ittifaqın xarici sərhədləri iyun ayının sonunadək bağlı qalacaq. Bu barədə Avropa Komissiyasının üzv ölkələrə tövsiyəsində bildirilir.

Daxili işlər üzrə Avropa komissarı İlva Yohansson Aİ üzv ölkələri Daxili İşlər nazirlərinin iyunun 5-də keçirilmiş videokonfransında Avropa İttifaqının xarici sərhədlərinin iyul ayından etibarən açılmasına tərəfdar olduğunu bildirib. Yohansson vurğulayıb ki, söhbət məhz Şengen zonasının xarici sərhədlərindən gedir. Daxili sərhədlər isə ittifaqın ayrı-ayrı ölkələri arasında qarşılıqlı razılaşmalarla tənzimlənir.

Videokonfransa qədər üçüncü ölkələrin vətəndaşlarını Aİ ərazisinə girişinə iyunun 15-nə qədər qadağa qoyulmuşdu. İndi isə bu qadağa ən azı 1 iyuladək uzadılacaq.

Avropa komissarı qeyd edib ki, bu, onun Avropa İttifaqındakı bütün həmkarlarının (Daxili İşlər nazirlərinin) ümumi fikridir.

Avropa İttifaqının xarici sərhədlərlə bağlı qərarı pandemiya ilə bağlı karantin və izolyasiyadan tədricən çıxan bir sıra ölkələrin bu yöndə qərarlarına da təsir edib. Məsələn, Türk Hava Yolları bir qədər əvvəl xaricə uçuşları 15 iyundan başlaya biləcəyini elan etmişdi. Amma Avropa ölkələrinin sərhədlərini hələlik bağlı saxlaması, bu tarixi də ertələyə bilər. Xatırladaq ki, Azərbaycan, qonşu Gürcüstan da sərhədlərin iyununun sonunadək bağlı qalacağını elan edib. Gürcüstan iyulun 1-dən xarici turizmi bərpa etməyi planlaşdırır. Lakin həmin tarixdən etibarən Gürcüstan epidemik vəziyyətin sabit olduğu ölkələr üçün hava məkanını açacaq.

Bu arada Rusiya sərhədlərini qismən açmağa hazırlaşdığını bildirib. Baş Nazir Mixail Mişustin bildirib ki, hökumət Rusiya vətəndaşlarının təhsil, iş, müalicə və xəstə qohumlarının yanına getməsi, eləcə də əcnəbi vətəndaşların Rusiyaya müalicəyə və xəstə qohumlarının yanına gəlməsinə icazə verəcək.

***

Yay məzuniyyətini hələ ötən ilin sonunda Avropadan kənarda keçirməyi planlaşdıran Aİ əhalisinin yarıdan çoxu fikirlərini dəyişməli olub. “Neckermann” səyahət portalı keçirdiyi sorğu əsasında bu qənaətə gəlib.

Avropalıların uzaq xaricə (yəni, Şengen zonasından kənara) getməkdən imtina etməsinə əsas səbəb kimi hazırda tüğyan edən koronavirus pandemiyası göstərilir.

İlin əvvəlində tropik ölkələrə getməyi planşaldıranlar pandemiyanın daha az toxunduğu qonşu Xorvatiya və ya Yunanıstana üz tutacaqlar. İtaliyanın və İspaniyanın adları isə məlum səbəblərdən populyar istirahət yerləri sırasında çəkilmir.

Sorğu nəticəsində o da məlum olub ki, planları baş tutmayan turistlərin əksəriyyəti məzuniyyətlərini bağ evlərində, yaxınlarının yanında keçirməli olacaqlar.