

Üçtərəfli sənədə sözardı və bir neçə suala cavab
Bayden Ərdoğanı təriflədi
İsveçrə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib
“Rusiya buna cavab vermək məcburiyyətində qalacaq”
NATO Rusiya sərhədlərinə yaxınlaşdı
Əsas mövzu NATO və Ukraynadır
Rusiya II Dünya Müharibəsindən sonra oturuşmuş təhlükəsizlik nizamını pozub
Ankara ehtiyatı əldən verməyəcək
Türkiyə Finlandiya və İsveçə NATO-ya qoşulmağına “yaşıl işıq” yandırmaqla ...
Rusiyanın əleyhinə üç hadisə baş verdi
Üç ölkənin xarici işlər nazirləri memorandum imzalayıb
Ankara bildirir ki, tələbləri icra olunmasa Finlandiya və İsveçin alyansa üzv olmasına mane olacaq
Rəcəb Tayyib Ərdoğan NATO səfəri ərəfəsində Finlandiya, İsveç və Yunanıstanla bağlı açıqlamalar verib
ABŞ əsgər çatışmazlığı ilə üzləşib
Madriddə minlərlə insan NATO sammitinə etiraz edib
Putin bu savaşdan öncə nə umurdu - nə buldu?
Moskva bəyan edib ki, NATO-nun Rusiya sərhədi yaxınlığında mümkün nüvə qüvvələri və infrastruktur yerləşdirməsinə adekvat cavab tədbirləri görəcək. Bunu mayın 14-də jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
“Reuters”in məlumatına görə, Qruşko qeyd edib ki, Moskvanın Finlandiya və İsveçə qarşı heç bir düşmənçilik niyyəti yoxdur və bu iki ölkənin NATO İttifaqına qoşulması üçün “real” səbəblər görmür.
Qeyd edək ki, Rusiya qəti şəkildə NATO-nun onun sərhədlərinə doğru genişlənməsinə qarşı çıxır.
NATO-nun baş katibi Yens Stoltenberq bu günlərdə deyib ki, Finlandiya və İsveç üzvlüklə bağlı rəsmi qaydada müraciət etsələr, təşkilat onların bu istəyini qəbul edəcək.
Rəsmilərin sözlərinə görə artıq bu ölkələr bir neçə həftəyə NATO-ya üzvlüklə bağlı rəsmi müraciət göndərə bilərlər.
İsveç hökuməti hazırda ölkənin NATO-ya qoşulmasının Moskva tərəfindən mümkün pis nəticələrini götür-qoy edir.
Finlandiya rəsmiləri isə mayın 12-də , ölkənin tezliklə NATO-ya üzvlük ərizəsi verməsinin tərəfdarı olduğunu bildiriblər.
Finlandiya Türkiyənin mövqeyinə səbirli yanaşmağa çağırdı.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto mayın 13-də bəyanat verərək Ankaranın Finlandiya və İsveçin NATO-ya qoşulmalarına qarşı mənfi mövqeyinə münasibət bildirib. O, bu məsələdə səbirli olmağa və Ankaranın bu mövqeyinə qarşı yanaşmada addım-adım hərəkət etməyə çağırıb: “Bu cür proseslərdə bir qədər səbir lazımdır, bu bir gündə baş vermir. Gəlin problemləri addım-addım həll edək”, deyə Haavisto jurnalistlərə bildirib.
ABŞ Müdafiə Nazirliyi isə bundan əvvəl bildirib ki, Birləşmiş Ştatlar, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçin NATO-ya qoşulmaq istəmələri barədə dediklərinə aydınlıq gətirməyə çalışır, amma Ankaranın bu alyansdakı mövqeyi buna görə dəyişməyib.
“Reuters”in məlumatına görə, bunu mayın 13-də nazirliyin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib.
Agentlik yazır ki, Ərdoğanın açıqlaması Finlandiya üçün sürpriz olub. Çünki Haavisto son aylarda iki dəfə Türkiyəyə səfər edib. Bundan başqa aprelin əvvəllərində Finlandiya prezidenti Sauli Niinisto ilə Erdoğan arasında telefon söhbəti olub və Niinisto həmin danışıqlardan sonra özünün “Twitter” səhifəsində, Ankaranın Finlandiyanın bu istəyini dəstəklədiyini yazıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 13-də deyib ki, onun ölkəsi Finlandiya və İsveçin NATO-ya qoşulmasına “müsbət baxmır”.
Ərdoğan jurnalistlərə aşıqlamasında bunun səbəbinin, İsveç və digər Skandinaviya ölkələrində kürd separatçıları və Türkiyənin terrorçu hesab etdiyi başqa qruplara dəstək verməsinə dair Ankaranın iddiaları ilə bağlı olduğunu deyib.
Ərdoğan qeyd edib ki, Türkiyə vaxtilə Yunanıstanla bağlı buraxdığı “səhvi” təkrarlamaq istəmir.
O deyib ki, Türkiyə 1980-ci ildə Yunanıstanın NATO-ya təkrar qoşulmasına razılıq versə də, Afina sonradan Ankaraya düşmən mövqe tutub.
Qərb agentlikləri yazır ki, Türkiyə NATO-dakı veto hüququndan istifadə edərək bu prosesi əngəlləyə bilər, çünki bu məsələdə bütün üzvlərin səsi lazımdır.