vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
14:59 | 17 may 2022 | Çərşənbə axşamı Məqaləyə 730 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sıralanan qələbələr” ...

Ukraynadakı müharibə Rusiyanın zirehli arabalarının keyfiyyətsizliyini ortaya qoydu

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Ukraynada apardığı mənasız və absurd müharibə barədə.

1. Xarkov istiqaməti. Ukraynanın Silahlı Qüvvələri rusiyalıları (RF-nin Ukraynadakı hərbi kontingentini aberrativ olsa da, belə adlandıraq), habelə Donetsk və Luqanskdakı separatçı rejimlərin pis hazırlıqlı dəstələrini sərhədə doğru sıxışdırmağa davam edirlər. Kazaçya Lopan və Volçansk istiqamətində ukraynalılar artıq sərhədə çıxıblar. Bu istiqamətdə rusiyalılar faktiki olaraq uduzublar.

2. Krasnıy Liman istiqaməti. Rusiyalılar çox cüzi irəliləyişə nail olublar. Qanlı döyüşlər davam edir, ukraynalılar fasiləsiz əks-hücumlara keçirlər.

3. İzyum istiqaməti. Rusiyalılar 19 (!) gün davam edən ağır döyüşlərdən sonra yalnız Dolqenkoe kəndini ələ keçirə biliblər. Ukraynalılar əks-hücumdadır.

4. Severodonetsk-Lisiçansk istiqaməti. Bu şəhərləri ukraynalılar uzunmüddətli müdafiə məkanlarına çeviriblər. Rusiyalılar Popasnayanı ələ keçirsələr də, irəliləyişə nail ola bilməyiblər. Tam əksinə, Popasnayanın şimal hissəsini ukraynalılar bu gecə azad ediblər.

5. Donetsk istiqaməti. Qanlı və aramsız döyüşlər davam edir. Staromixaylovka və Maryinka səmtlərində rusiyalılar bütün cəhdlərinə rəğmən, irəliləyə bilməyiblər.

6. Uqledar istiqaməti. Rusiyalıların bütün hücumları dəf edilir.

7. Zaporojye, Nikolayev və Krivoy Roq istiqamətləri. Rusiyalılar irəliləmək istəyərkən, geriləmək məcburiyyətində qalıblar.

... Beləliklə, hərbi əməliyyatların operativ teatrındakı mənzərə Rusiya Federasiyasının müharibədə əhəmiyyətli irəliləyişlər əldə edə btilməməsini göstərir.

Rəsmi Moskva, Rusiya rəhbərliyi və xüsusilə də Rusiya mediasındakı propaqandonlar “uğurlu irəliləyişlər”, “sıralanan qələbələr” barədə istədikləri qədər danışa bilərlər.

Reallıq isə budur: Rusiya Prezidenti Vladimir Putinin bəyan etdiyi “xüsusi hərbi əməliyyatın ikinci mərhələsi” başlayan təki fiasko ilə bitdi.

Donetskdə və Luqanskda Ukrayna ordusunun 48,5 minlik qruplaşmasını tam mühasirəyə alacağına “çox az vaxt qaldığını” vurğulayan Rusiya müdafiə naziri Sergey Şoyqu indi kiçik taktiki uğurlarla kifayətlənmək məcburiyyətindədir.

Ukraynada müharibə başlayandan bəri Rusiya heç bir (!) iri yaşayış məntəqəsinə tam nəzarətə nail olmayıb. İşğal edilmiş şəhərlərdə partizan hərəkatı genişlənir, sürəkli diversiyalar və “vur-qaç” taktikası ilə döyüşən ukraynalıların ağır, dəqiq zərbələrindən ciddi itkilər verən rusiyalılar ərazilərə nəzarət edə bilmirlər.

Ehtimal edirəm ki, Donbas uğrunda döyüşlər avqustun ortalarınadək davam edəcək.

Əsas səbəb Rusiyanın müharibəyə cəlb etdiyi şəxsi heyət və texnikanın sayıdır. Kəmiyyət baxımından hərbi əməliyyatlar teatrında ukraynalılarla rusiyalıların sayı eynidir. Keyfiyyət baxımından isə rusiyalılar uduzurlar.

“Ucuz, amma çox keyfiyyətli!” təki onillər boyu reklam edilən və təriflənən Rusiya hərbi texnikasının müasir Qərb silahları ilə texnikası qarşısında duruş gətirə bilmədiyi, rusiyalıların tanklarının hətta 1980-ci illərin tank əleyhinə raket sistemləri ilə vurularaq kibrit qutusu kimi yanmaları, rusiyalı əsgərlərin döyüş ruhunun  və hazırlıq səviyyəsinin çox aşağı olması göz qabağındadır.

Ümumiyyətlə, Rusiya Federasiyasının "dünyada misli-bərabəri olmayan" ən son, ən müasir silahları ilə texnikasının tam, total olaraq Qərb və Cənub-Şərqi Asiya ölkələrindən alınmış komponentlər əsaslı olduğu aydınlaşdı.

Hətta mifik silah təki təriflənən “Kalaşnikov” avtomatlarının belə, Fransa və Belçika istehsalı olan avtomatik tüfənglərlə müqayisədə “dayandoldurum”dan savayı bir nəsnə olmadığı aydındır.

Rusiyanın hərbi-sənaye kompleksinin imicinə İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusu ağır zərbə vurmuşdusa, Ukraynadakı müharibə Rusiyanın zirehli arabalarının keyfiyyətsizliyini ortaya qoydu.

Bu isə Rusiyanın dünya silah, sursat və texnika bazarında indiki mövqelərini az sonra itirəcəyini labüd edir.

Bundan başqa, Ukraynada rusiyalılar məhz ukraynalıların diktə etdiyi şərtlər çərçivəsində vuruşmaq məcburiyyətindədir.

Ukrayna ordusu hərbi birliklərin heyətlərini yeniləyir. Qərbin yolladığı silah, sursat və hərbi texnika da öz yerində.

Bunun müqabilində Rusiya Ukraynadakı döyüşlərə 30-35 ilin tanklarını “renovasiya” edib yollayır, Donetsk və Luqansda küçələdə tutduğu kişiləri “könüllü” adı ilə müharibəyə göndərir.

Çeçenistan Prezidenti Ramzan Kadırovun sürəkli təriflərəyərək vəsf etdiyi “kadırovçu”lardansa danışmağa dəyməz: bu tik-tok döyüşçülərinin hərbi hazırlıq səviyyəsi və döyüş bacarıqları yalnız Rusiya ordusunun ələ keçirdiyi yaşayış məntəqələrində “polisay”lıq etməyə yetir.

Ukraynadakı müharibə üzücü, sürəkli mərhələyə qədəm qoyub. Tərəflərdən heç biri əzici üstünlük əldə etmək iqtidarında deyil.

Və sonda...

Ukrayna müharibəsi Rusiyanın hərbi-siyasi rəhbərliyinə sərf edir.

Kremldə kimsə müharibənin tezliklə başa çatmasını istəmir. Çünki müharibə Solovyov və Simonyan kimi mənəviyyatsız propaqandonları; “casus və düşmən” axtarışlarında olan yarıtmaz xüsusi xidmət strukturlarını; enerjidaşıyıcıları, metal, gübrə, taxıl və s. ixracatı sahəsindəki böyük şirkətləri yemləyir.

Ukraynada ölən, torpağa qarışan Mişalar, Saşalar, Lyoşalar Moskvada kimsənin vecinə deyil.

Kütləni isteriya və vətənşüvənlik psixozu həddinə çatdırmışlar hallarından razıdır, çünki müharibə onlar üçün siyasi divident, hakimiyyəti qorumaq və gəlir vasitəsidir.