
Allahsız adamların ölçüsüzlüyü
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Xaç çəkib, silah götürənlər rus sayılacaq?
Sevincdən Putinin gözlərini parıldadan çıxış
... Yaxud gözü çıxmış qardaşın öyrətdiyi
Əliyev sanki arı yuvasına çöp soxdu... Tarix rusların ən ağrılı yeridir...
İndi qlobal siyasətdə yeni tendensiya, paradiqma yaranır...
Makron Putinin səmimiyyətinə inanmır
Putinin təyyarəsinə yanacaq doldurmaq üçün nağd ödəniş edilib
Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir
“Biz sənin keçmiş itkilərini unutmamışıq”
... zəhərli siyasət
“Milyonlarla insanın həyatını alan və mənimkindən məhrum edən adam”
Kremlin Mariya Zaxarovanı Bakı və İrəvanın üzərinə qısqırtması acı gülüş doğurur...
O, Leninin yolunu təkrarlaya və imperiyanı bərpa edə bilərmi?
Putin doğma şəhərində gəzintiyə çıxdı
Navalnayanın təzyiqi nəticə verdi
Rusiya prezidenti Vladimir Putin mayın 26-da Ali Avrasiya İqtisadi Şurasının iclasında deyib ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan beş ölkə Rusiyanın təşəbbüsü ilə sanksiyaların təsirini minimallaşdırmağa yönəlmiş 30 antiböhran tədbirindən ibarət təxirəsalınmaz tədbirlər paketini qəbul edib.
Putin bildirib ki, bu tədbirlər sözü gedən ölkələrin iqtisadiyyatlarının sabitliyinə və vətəndaşlarına dəstək məqsədi güdür.
Putinin sözlərinə görə Avrasiya İqtisadi Şurasına üzv beş ölkə - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya indiyədək daxili ehtiyaclarını öz istehsalat gücü ilə tamamilə təmin ediblər.
Söhbət ilk növbədə ərzaq və kənd təsərrüfatı məhsullarından gedir.
Bu da qeyd olunmalıdır ki, Qərb sanksiyaları indiyədək yalnız Rusiya və Belarusa qarşı qəbul edilib.
Ötən ay Qazaxıstan rəsmiləri bildirmişdilər ki, Rusiyanın Qazaxıstan vasitəsilə sanksiyalardan yayınmasına yol verilməyəcək.
***
Görünür buna görə də şuranın videoformatda keçirilən iclasında Qərb sanksiyaları məsələsini həm də Belarus prezidenti Aleksandr Lukaşenko qaldırıb.
O, Avrasiya İqtisadi İttifaqının üzvlərinə xəbərdarlıq edib ki, sanksiyaların təsirini hamı hiss edəcək, çünki “Belarus və Rusiya həmin ölkələrin ən böyük ticarət partnyorlarıdır”.
Lukaşenko deyib: “Biz sadəcə olaraq birləşməyə və vahid cəbhədən çıxış etməyə borcluyuq. Bu aşkardır, bu hamıya lazımdır, çünki biz öz xalqlarımızın xeyri barədə düşünürüksə, bu, dövlətçiliyimizi, ittifaqımızı qoruyub saxlamağın yeganə yoludur”.
Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında “sanksiya” sözünü işlətməkdən yayınıb və bunu “dünya iqtisadiyyatının çətinlikləri” adlandırıb.
Paşinyan bu çətinliklərin son aylarda görünməmiş miqyas aldığını və dərinləşdiyini vurğulayıb.
Ermənistan baş naziri habelə İran və Avrasiya İqtisadi İttifaqı Şurası arasında tamformatlı azad ticarət sazişinin tezliklə imzalanmasına çağırıb.