Neft bahalaşdı
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
11:35 | 14 avqust 2025 | Cümə axşamı
Məqaləyə 522 dəfə baxılıb
Şriftin ölçüsü
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
Üç dəfə dünya və yeddi dəfə Avropa çempionunun oğlu 5 illik vətəndaşlıq alıb
ABŞ kəşfiyyatının hesabatı ilə CENTCOM-un açıqlamaları ziddiyyət təşkil edir
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Tramp Putini sülhə razı sala bilmək üçün Rusiyanın Ukraynada ələ keçirdiyi bölgələrin təbii sərvətlərini sanksiyalara məruz qalmadan istifadə edə biləcəyi iqtisadi təşviqlər təqdim etməyi planlaşdırır. Təkliflər arasında Ukraynanın nadir torpaq minerallarına çıxış hüququ, Alyaska ətrafındakı təbii sərvətlərin istifadəsi və rus şirkətlərinə yönəlmiş bəzi sanksiyaların ləğvi yer alır.
Tramp dünən keçirdiyi mətbuat toplantısında Putinin razılığa gəlməməsi halında “ağır nəticələrlə” qarşılaşacağını bildirdi. ABŞ Prezidenti görüşdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski ilə də ikinci bir toplantı keçirməyi planlaşdırır.
Putin isə indiyədək açıqlamalarında sanksiyaların təsirsiz olduğunu və ABŞ-ın iqtisadi təzyiq siyasətinə baxmayaraq Rusiyanın iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu bildirib.
Zirvə hazırlıqları və təhlükəsizlik təminatları
Tramp, Alyaskada keçiriləcək ilk görüşün uğurlu keçməsi halında qısa müddətdə ikinci bir görüş təşkil etməyi planlaşdırdığını bildirdi. Zirvə öncəsi Zelenski, İngiltərə Baş naziri Keir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Baş naziri Fridrix Merz ilə onlayn görüşlər keçirildi. Görüşlərdə Ukraynanın təhlükəsizlik təminatları müzakirə olundu.
Kiyev hökuməti, Rusiya ilə barış əldə olunarsa, Avropa ölkələri və ABŞ tərəfindən Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsini və Ukraynanın NATO və Avropa Birliyinə qoşulma prosesinin başlanmasını tələb edir. Rusiya isə bu təklifi rədd edərək, müharibə sonrası Ukraynanın “müstəqil” dövlət olmasını və ərazilərin “tampon zona”ya çevrilməsini istəyir.
Zelenski, avqustun 1-də Merz ilə keçirdiyi birgə mətbuat toplantısında Trampın təhlükəsizlik təminatlarını dəstəklədiyini və ABŞ-ın iştirak etməyə hazır olduğunu açıqladı.
Ukrayna mədənlərinə çıxış və Alyaska resursları
“The Telegraph”un xəbərinə görə, ABŞ Putinə Ukraynadakı qiymətli minerallara çıxış imkanı verəcək təkliflər hazırlayır. Lityum rezervlərinin dünya üzrə təxminən 10%-i bu bölgədə yerləşir və iki ən böyük yataq Rusiyanın nəzarətindədir. Trampın təklif etdiyi razılaşma Rusiyanın işğal etdiyi ərazilərdən ciddi gəlir əldə etməsinin yolunu aça bilər.
Eyni zamanda, Tramp Rusiyaya Alyaska ətrafındakı təbii sərvətlərdən yararlanmaq imkanı təqdim etməyi planlaşdırır. Bering Boğazındakı bu bölgənin dünya neft ehtiyatlarının təxminən 13%-ni əhatə etdiyi hesablanır.
Planlaşdırılan təşviqlər arasında Rusiyanın hava nəqliyyatı sektoruna yönəlmiş ixrac qadağalarının ləğvi də var. 2022-ci ildən sonra tətbiq olunan bu məhdudiyyətlər Rusiyanın uçuş avadanlığı və xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırırdı.
Zirvədən gözləntilər
Ağ Ev sabah keçiriləcək görüş öncəsi gözləntilərin yüksək tutulmaması lazım olduğunu bildirdi. Tramp isə toplantının əsas məqsədinin Putinin sülh mövzusundakı mövqeyini anlamaq olduğunu söylədi.
Ağ Ev sözçüsü Livitt avqustun 13-də keçirdiyi mətbuat brifinqində görüşün Alyaska ştatının Ankoric şəhərində baş tutacağını və Tramp ilə Putin arasında üz-üzə keçiriləcəyini bildirdi: “Prezident üçün bu toplantının məqsədi, bu müharibəni necə sona çatdıra biləcəyimizi daha yaxşı anlamaqla oradan ayrılmasıdır”.