Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
22:32 | 5 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 1002 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Rusiya Prezidenti Vladimir Putinin ən kiçik qızı olduğu iddia edilən Yelizaveta Krivonogik sosial mediada yayımladığı sirli paylaşımlarla gündəmə gəlib. Almaniyanın “Bild” qəzetinin yazdığına görə, 22 yaşlı gənc qadın “Art of Luiza” adlı Telegram kanalında bir neçə mesaj paylaşaraq, dolaylı şəkildə “atasını” tənqid edib.
Paylaşımların birində belə yazılıb: “Milyonlarla insanın həyatını alan və mənimkini məhv edən adam.”
Başqa bir paylaşımda, avtomobilin içində çəkdiyi selfi ilə birlikdə bu sözlər yer alır: “Yenidən üzümü dünyaya göstərə bilmək mənim üçün azadlıq oldu. Kim olduğumu və həyatımı kimin məhv etdiyini xatırladır.”
Vaxt.az xəbər verir ki, Krivonogik, sosial mediada əvvəllər açıq profillərlə çıxış etsə də, 2022-ci ildə Ukrayna müharibəsinin başlamasından sonra bütün hesablarını bağlamışdı. Lakin son aylarda yenidən aktivləşdirdiyi platformalarda müharibə əleyhinə mesajları ilə diqqət çəkir.
Atalıq məsələsi illərdir müzakirə olunur
Yelizaveta Krivonogik, uzun illərdir Putinin keçmiş təmizləyici Svetlana Krivonogiklə münasibətindən doğduğu iddia edilən uşaq kimi təqdim olunur. Svetlana Krivonogikin indi Rusiyanın ən varlı qadınlarından biri olduğu iddiaları da bu şayiələri gücləndirir.
Yelizavetanın doğum şəhadətnaməsində atasının adı qeyd olunmasa da, “Vladimirovna” ata adının qeyd edilməsi onun Vladimir adlı şəxsin qızı olduğunu göstərir.
Krivonogik eyni zamanda “Yelizaveta Oleqovna Rudnova” adı ilə də tanınır. Bu isə onu Putinə yaxın iş adamı Oleg Rudnovla əlaqələndirir. Belə ki, “Oleqovna” – Oleqin qızı deməkdir. Rudnovun 2015-ci ildə vəfat etməsinə baxmayaraq, onun adının Yelizavetaya bağlı olaraq istifadə edilməsi iddia olunur. Həmçinin, Rudnovun Elizavetanın anasına Sankt-Peterburqda əmlak alınması zamanı kömək etdiyi də iddialar arasındadır.
Rusiya lideri Vladimir Putinin rəsmi nikahdan, keçmiş həyat yoldaşı Lyudmila Putina ilə iki qız övladı var. Ancaq onun digər qadınlardan da uşaqları olduğu haqda illərdir dolaşan xəbərlər hələ də rəsmi şəkildə təsdiqlənməyib.