

Kommunist Partiyası orduya nəzarəti artıracaq
Putinin dostu 4 ölkəyə Ukraynanı bölməyi təklif edir
Hamilə deputatın Rusiyadan qaçışı
Söhbət Xersondan və ətraf ərazidən gedirsə, sentyabrın sonunacan mümkündür
Dnepr üzərindəki keçidlərə nəzarət Xerson döyüşlərində əsas faktora çevriləcək
“Nə qədər ki gec deyil Xersonu tərk edin”
Çin ABŞ rəsmisini Tayvana aparan təyyarəni vurmaqla hədələyir
İşğalçılar qanunsuz klastr bombalarından istifadədə suçlanır
Rusiyanın ümumqoşun ordusu ilə bağlı ilginc statistika
Qırğızıstan vətəndaşları da müharibəyə aparılır
Vaşinqton Ankaranın Moskva ilə Kiyev arasındakı vasitəçiliyindən narahatdır
Ukrayna müharibəsini proqnozlaşdırmaq üçün kart dəsti çoxdur
İçkeriyanın azad edilməsi üçün döyüşəcək olanlar silahdan çox, informasiya dəstəyi istəyir
“Huawei” Çin Xalq Ordusu komandanlığının əmrlərini yerinə yetirən şirkətə çevrilib
Rusiya hər yerdə planları pozmaq, qarışıqlıq yaratmaqla güzəştlər əldə etməyə çalışır
Rusiya-Ukrayna arasında bağlanan sazişin mürəkkəbi qurumadan Odessa limanı bombalandı
Rusiya Ukraynada yeni şəhər və qəsəbələri işğal etməyə çalışır. Döyüşlərin yay aylarında şiddətlənəcəyini proqnozlaşdırmaq olar. Rusiya Ukraynanın strateji Mariupol şəhərini işğal etdikdən sonra əsas qüvvələrini Severodonetsk şəhəri ətrafında cəmləşdirib. Döyüşlər şəhərin içərisində davam edir. Rusiya ordusunun məqsədi şəhəri mühasirəyə alaraq Maripolda olduğu kimi Ukrayna hərbçilərini əsir götürməkdir.
Böyük Britaniyanın “Daily Express” dərgisinin analitik məqaləsinə görə Pekin Rusiya-Ukrayna müharibəsini diqqətlə izləyərək, mövcud vəziyyətə uyğun qərarlar verəcək. Məsələn dərgidəki məqaləyə görə Rusiya ordusu Ukraynada işğal ərazisini genişləndirərsə, Çinin Tayvan adasını ələ keçirmək istəyi artacaq. İndinin özündə Çinin Tayvan adası ətrafında hərbi təlimləri davam edir, hərbi təyyarələri ada üzərində təhlükəli uçuşlar həyata keçirirlər: “Çin Kommunist Partiyası ölkədən 160 kilometr aralıda yerləşən demokratik Tayvana nəzarət etmək planlarından imtina etməyib. Çindəki təbliğat Rusiyanın Ukraynada uğurları haqqında məqalə və reportajlar yayımlayır. Bu təbliğat Tayvana qarşı hərbi əməliyyat təhlükəsini artırır”.
ABŞ Ukrayna ilə yanaşı Tayvanın gələcək taleyini də düşünmək məcburiyyətindədir. ABŞ prezidenti Co Bayden ötən həftə verdiyi açıqlamada, Çinin Tayvana hücum edəcəyi halda Amerikanın ada ölkəsini müdafiə edəcəyini bildirib. Yəni Amerika Tayvana görə Çinlə müharibə etməyə hazırdır. Vaşinqtonun bu mesajı Pekini Tayvanla planlarından çəkindirəcəkmi? Bu sualına cavabı Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq. Rusiya Ukraynada məğlub olarsa Çin Tayvanla bağlı planlarını reallaşdırmaqdan çəkinəcək. Əgər Rusiya Ukraynada uğur qazanarsa Tayvan üçün də ciddi təhlükə yaranacaq.