vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
12:57 | 8 iyun 2022 | Çərşənbə Məqaləyə 774 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Altı qardaş” və İran

İslam respublikası nüvə silahı əldə edə bilər

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İranla altılıq ölkələri (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin +Almaniya) arasında nüvə danışıqlarının bərpa olunması üçün diplomatik təmaslar güclənsə də, nəticə əldə edilməsinin önünə sədd çəkilir.

Tehranla “altı qardaşın” 2015-ci ildə əldə etdiyi Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etməsini müşkülə çevirən İranın özünün sərgilədiyi mövqe də İsrailin həmin duruşa dirəniş göstərməsidir. 

İranın nüvə məqsədlərinin məhdudlaşdırılması qlobal və regional təhlükəsizlik maraqlarına uyğundur. Hərçənd ki, İsrail hər hansı sazişin İranın nüvə potensialının inkişafı, nüvə silahının əldə etməsi üçün pərdə rolunu oynadığı qənaətindədir. 

İranın düşməni İsrailə görə, imzalanacaq saziş İranın hegemon və ekspansionist siyasətinə şərait yaradacaq. 

Ona görə də, İsrail, diplomatik-kəşfiyyat fəaliyyətləri ilə İranın beynəlxalq ictimaiyyəti aldadan sənədləri ortaya çıxarmaq üçün qüvvələrini səfərbər edir. 

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İranı nüvə silahı əldə etməkdə ittiham edən və Tehranla dünya qüdrətləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişinə hər hansı bir qayıdışın əleyhinə olan İsrailə səfər etməsi də İsrailin maraqlarının önə çəkilməsini göstərir. 

Lakin İsrail danışıqların tərəfi deyil və həmin müzakirələrdə de-yure hər hansı imtiyaza və söz sahibi olmaq haqqına malik deyil, hərçənd ki, Təl-Əviv faktiki olaraq dünya nəhənglərinə öz maraqlarını təqdim edərək üstünlük qazana bilir.  

Amma bu diktələr üçün də inandırıcı dəlillər olmalıdır, İsrail sübut etməyə girişir ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin 2004 və 2005-ci illərə aid bir neçə sənədlərini nüvə araşdırmalarından sistemli şəkildə yayınmaq üçün oğurlayıb.  

“Altılıq ölkələri”nin rəsmi dairələrində də İrana münasibətdə fikir ayrılıqlarının olması özünü göstərir, yəqin ki, həmin ölkələrin xarici siyasət idarələri İranın nüvə silahı əldə-edib etməyəcəyinə dair dilemma ilə üz-üzədir. 

Narahatlığa haqq verməmək olmur, çünki İran indiyədək Beynəlxalq Atom Agentliyinə üç mübahisəli ərazidə uran hissəciklərinin mənşəyi haqqında etibarlı məlumat vermir.

Bu, onun dəlilidir ki, İran 2015-ci il sazişinin icrası dayandırıldıqdan sonra, kifayət qədər zənginləşdirilmiş uran əldə edib və bunun yeni mərhələyə - nüvə silahı əldə edilməsinə- keçidi istənilən vaxt baş tutar.

İran özünün elan olunmamış potensial nüvə fəaliyyətləri barədə sualları cavablandırmaqdan boyun qaçırır, təbii ki, həmin meyl “altılıq ölkələrində” narahatlıqları artırır. 

İranın qlobal qüdrətlərlə razılaşmaması da başqa risk ortaya çıxarır, bununla Tehranın öhdəliklərdən yayınması üçün heç bir bəhanə qalmaz və o, nüvə silahı əldə edə bilər. 

Yəqin ki, İranın üç mənbəni gizli saxlamasının səbəblərindən biri də budur. Bu qiymətləndirmə ən azından analitik olaraq müdafiə edilə bilən arqumentlərə malikdir. 

Bir sözlə, İranla razılıq əldə edilsə də, edilməsə də, Tehranın regional təhlükəsizliyə ardıcıl və təsirli təhdid yaratdığı qənaətləri diplomatik müstəvidəki müzakirələr masasından yerə düşürməyəcək. 

İran məsələsindəki dilemma təkcə nüvə bucağı ilə məhdudlaşmır, çünki beynəlxalq ictimaiyyətinə İslam Respublikasına köklü tənqidi baxışı var və bu baxışdan qopmaq fikrində deyil. 

Vyanada keçirilən danışıqlarda İrana təzyiqlər artacaq və Qərb üçün çoxlu manevr imkanı, daha çox təsir və alternativlər yaradacaq. Çünki İranla danışıqlar masasında oturan dövlətləri İsrail ən məxfi materiallarla məlumatlandırmaqda davam edəcək.