“Texnologiyalar bəşəriyyətə qarşı”
... Yaxud “Tərəqqi üçün çalışmaq cinayətdir”
Rüstəm QARAXANLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Maykl Ceksonun mahnıları 600 milyon dollara satılır
Anasının etirazına baxmayaraq ...
-
Robotlar insan toxunuşunu hiss etməyi öyrəndi
Süni intellekt tamamilə yeni üsullar təklif edir
-
Hüceyrə ölçülü robotlar ...
... Dərmanların insan orqanizminə daşınması üçün istifadə edilə bilər
-
Zavodda işləyən robotlar
İnsanabənzər “Optimus” 34 min manata başa gələcək
-
Alimlər “canlı robotlar” üçün tənzimləmə istəyirlər
Mühəndislər getdikcə daha çox real, canlı toxuma və hüceyrələrlə süni robotlar yaradırlar
-
Cərrahiyyənin gələcəyi ...
Nanorobotlar bədənimizdə işləməyə başlayır
-
Qonaq-qaranı robot qarşılayacaq
O, danışa, rəqs edə, söhbəti dəstəkləyə və sadə tapşırıqları yerinə yetirə bilir
-
Gələcəyin peşələri
Rəqəmsal texnologiyalar erasında da fərdi və karyera yüksəlişi üçün əlavə imkanlar olacaq
-
Robotlara etikanı öyrədə bilərikmi?
Pilotsuz avtomobillər yaxın 10 ildə geniş istifadə olunacaq
-
Robot-həkimlər xəstələrə diaqnoz qoyacaq
«Babylon Health» iddia edir ki, süni intelekt insanlardan daha sürətli işləyəcək
-
Dərsə gedən bir robot
Artıq yeni texnologiya xəstə şagirdlərin durumunu dəyişə bilər
-
1978-1995-ci illərdə ABŞ-da Teodor Kaçinski adlı şəxs Federal Təhlüksəzilik Bürosunun axtardığı ən təhlükəli canilərdən biri olub. Onun başına 1 milyon dollaradək pul da söz verilib. 1996-cı ildə həbs edilib.
Kimdir Kaçinski? Vunderkind, 16 yaşında Harvarda qəbul edilib, oranı bitirdikdən sonra Miçiqan Universitetində riyaziyyat üzrə doktor dərəcəsi alıb, 25 yaşında Kaliforniya Universitetində dərs deməyə başlayıb. Ancaq 1 ildən sonra işdən çıxıb Montana meşələrində özünə daxma düzəldib işıqsız, qazsız vəhşi təbiətdə yaşamağa başlayıb. Həyatı və dünyaya baxışlarını 25 min səhifəyə köçürüb. Hər şey öz axarı ilə gedirmiş, birdən görüb ki, daxmasına yaxın yerdən yol çəkirlər. Beləcə mübarizəsi başlayır, bu illər ərzində təbiətə zərər vuran dövlətə, hətta hava yollarına qarşı terrordan belə çəkinməyib.
Milliyyətcə polyak olan Kaçinski mübarizəsi dövründə 3 nəfəri qətlə yetirib, 23 nəfər ölümdən güclə qurtarıb. Hazırda həbsdədir, 8 ömürlük həbs cəzasını çəkir və heç vaxt əfv olunmayacaq. Terrorçuluq fəaliyyətində sevimli üsulu qurbanlarına içərisində bomba olan kitablardan ibarət bağlama göndərməkmiş.
Bayaqdan bütün bunları niyə yazıram? 2021-ci ildə Kaçinski barədə film çıxıb. Olduqca maraqlı olan filmin adı “Ted K. Unabomber”dir. Kaçinskinin əlyazmaları əsas etibarı ilə texnoloji inkişafa qarşı yönəlib. Onun belə bir fikrinə rast gəlmək olar: “Tərəqqi üçün çalışmaq cinayətdir”.
Statusu yazmağıma səbəb onun həmin bu fikri oldu. Ötən əsrin 70-80-ci illərində bu mövqedən çıxış edənlərin sayı az idi. İnsan texnoloji yeniliklərin bəşəriyyət üçün məhvedici gücə malik olacağını son 10-15 ildə daha yaxından hiss etməyə başlayıb. Əgər Kaçinski 40 il bundan əvvəl mübarizə üsulu kimi terroru seçmişdisə, indi bu məzmunda çoxlu sayda kitablar yazılır ki, hansı ki, onlardan bəziləri ilə tanışam. Məsələn, isveçrəli mütəxəssis Gerd Leonqard özünün “Texnologiyalar bəşəriyyətə qarşı” kitabında Kaçinski ilə eyni şeyi deyir. Yalnız Kaçinski terroru seçmişdi, Leonqard qələmi. Qısası, film həvəskarlarına filmə baxmaq məsləhət görülür. Kitabsevərlər isə Leonqardı oxusa peşman olmaz. İlon Mask deyir ki, evdəki it və pişiklərimiz bizim üçün nədirsə, vaxt gələcək biz də robotlar üçün o olacağıq.