“Boğaz əvvəlki vəziyyətə qayıtmayacaq”
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
12:42 | 17 iyul 2022 | Bazar
Məqaləyə 1048 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Aİİ Azərbaycan məhsuluna tətbiq edilən rüsumların müddətini uzatdı
Xarqı ələ keçirmək göründüyü kimi asan deyil
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Çin ABŞ konsulluğunun təhlükəsizlik xəbərdarlığına etiraz etdi
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Gömrük işçiləri mədəni dəyər daşıyan antik əşyanın aparılmasına imkan vermədi
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiya, Çin və ya İranın regionda hökmranlığının qarşısını almaq üçün Yaxın Şərqdəki fəal iştirakını dayandırmayacaq.
“The Washington Post” yazır ki, bunu ABŞ prezidenti Co Bayden Fars körfəzi liderlərinin Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurasının sammitindəki çıxışı zamanı deyib.
“Açıq şəkildə deyim ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə fəal tərəfdaş olaraq qalacaq. Biz getməyəcəyik, Çin, Rusiya və ya İran tərəfindən doldurulacaq bir boşluq buraxmayacağıq”, – ABŞ prezidenti vurğulayıb.
Bundan əlavə, Bayden ABŞ-ın Yaxın Şərqdə gərginliyi azaldacağını bildirib. Amerika prezidentinin sözlərinə görə, region ölkələri və ABŞ havadan mümkün təhlükələri aradan qaldırmaq üçün hava hücumundan müdafiə sistemlərini birləşdirir.
Bayden həm də əlavə edib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə beynəlxalq gəmiçiliyin qorunmasının gücləndirilməsinə kömək etmək istəyir, bu isə əsas hədəfin İran olmasına işarə edir.
İordaniya Kralı II Abdulla isə çıxışında bildirib ki, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmadan Yaxın Şərqdə təhlükəsizlik və firavanlıq əldə edilə bilməz.
Misir prezidenti Əbdülfəttah əs-Sisi isə qlobal və regional böhranların artmaqda davam etdiyini, buna görə də ərəb ölkələrindəki problemlərin aradan qaldırmalı olduğunu vurğulayıb.
“Ərəblərin bölgədəki münaqişələrə və vətəndaş müharibələrinə son qoymaq üçün birgə səylərinin vaxtı çatıb”, – deyən əs-Sisi həm də Baydeni əmin edib ki, Misir regionda ABŞ-ın mühüm tərəfdaşı olaraq qalacaq.
Co Baydenin ABŞ prezidenti kimi ilk Yaxın Şərq turu iyulun 13-dən 16-dək davam edib. Səudiyyə Ərəbistanına gəlməzdən əvvəl Bayden İsraildə və Fələstində olub.