

“İndi nüvə danışıqlarını yekunlaşdırmaq lazımdır”
“Şimal axını 1” kəməri ümumi gücünün 20 faizinə düşüb
Hökumətin son bəyanatları Avro-Atlantik üzvlük hədəfindən “yayınmaq niyyəti” güdə bilər
Rusiya casuslarının yarısı Avropadan qovulub
Həmin dövlətlərin səfirlikləri işçi sayını azaltmalı olacaqlar
Brüssel Moskvaya cavab olaraq 15 faizlik qənaət təklif edir
Ukraynaya müdaxiləsi ilə bağlı Moskva üzərinə yeni sanksiyalar qəbul edilib
Robert Sekuta: “Azərbaycanın təbii qazı Avropanın enerji təhlükəsizliyinə vacibdir”
Avropa İttifaqı Rusiyanın qazı kəsməsı təhlükəsi fonunda bəyanat yaydı
Avropa İttifaqı Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib
Avropa İttifaqı və Azərbaycan arasında Əməkdaşlıq Şurasının toplantısı iclası olub
Avropa Rusiyadan qazın çatdırılmasının bərpa olunmayacağına hazırlaşır
Moskva Bakıya əngəl ola bilməyəcək
İqlim dəyişikliyi isti dalğalarının daha intensiv olmasına səbəb olur
“Sözümüz imzamız qədər keçərlidir” deyimi ölkəyə qazandırılan obrazın cizgiləridir
Avropa İttifaqı ilə imzalanan sənəd Bakı üçün qoruyucu rolunu oynayır
Rusiya qazından xilas olmaq arzusunda olan Avropa bunun optimal yolunu oktyabrın sonuna qədər yeraltı qaz anbarlarına təqribən 80 milyard kubmetrdən çox qaz toplamaqda görürdü. İyulun 13-nə olan məlumata görə, artıq Avropada istismarda olan yeraltı qaz anbarlarının yığım imkanlarının 63 faizə qədəri əldə edilib və yeraltı qaz anbarlarına indiyə qədər 37 milyard kubmetrədək qaz vurulub, ötən mövsümdən qalan qazla birlikdə ehtiyatların həcmi 67 milyard kubmetrədək artıb.
Amma təbiət enerjidən qənaətlə istifadə edilməsi məsələsində Avropanı çətin duruma salıb.
Belə ki, son günlər istilərdən Avropanın bütün cənub ölkələrində meşə yanğınları baş verir.
İtaliyada son 70 ilin ən quraqlıq yayı keçir.
Portuqaliyada 45,7 dərəcə, İspaniyanın şimal-qərbindəki Monfraq qoruğunda isə 44,9 dərəcə temperatur qeydə alınıb.
Bu iki qonşu Avropa ölkəsində anomal istidən ölənlərin sayı artıq 500 nəfəri keçib.
Fransanın cənub hissəsində bir neçə gündür ki, meşə yanğınları fövqəladə vəziyyətə gətirib çıxarıb.
Havaların hədsiz isti keçməsi elektrik enerjisinə tələbatı son 4 gündə rekord həddə qədər artırıb. Maraqlıdır ki, yay mövsümü olmasına baxmayaraq Avropanın bəzi ölkələrində yeraltı qaz anbarlarından yanacaq istifadəsi ehtiyat toplamaq həcmlərini üstələyib.
Ona görə də təbii qazın birja qiymətləri yola saldığımız həftə 1800-1900 dollar arasında ticarət edilib.
Amma görünür ki, qaz qiymətləri gələn həftə heç də enməyə meylli olmayacaq. Çünki hava proqnozlarına görə, iyulun 19-da Avropanın cənubunda özünə yer eləmiş istilər Avropanın şimalına doğru irəliləyəcək. Həmin gün Britaniya paytaxtında +38, ən yüksək temperatur isə York şəhəri üçün proqnoz edilib – +40.