
Qaluzinin “mühüm işləri”
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Kreml Moskva görüşü təklifini xatırlatdı
Gürcüstanı Rusiyanın təsiri altına salan hiyləgər rus "çar"ı, indi də Moldovanın üzərinə əl qoyur...
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rəsmi Kiyev Kremlin “NEZ”iylə oynamayacaq
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya 2030-cu ilə qədər İrana 1.5 milyard dollar kredit ayırmağı planlaşdırır. Kreditin bir hissəsi Astara-Rəşt dəmiryolunun tikintisinə xərclənəcək. Azərbaycan bir neçə il əvvəl bu dəmiryolunun tikintisi məqsədilə İrana 500 milyon dollar kredit verməli idi. Qərbin İrana qarşı sanksiyaları işi uzatdı. Çünki İrana bank köçürmələri mürəkkəbləşdi. Kreml isə tələsir. Ukraynada davam edən işğalçı müharibə fonunda Rusiyanın Avropaya yolu kəsilib. Moskva alternativ yollar axtarır və bu zaman şimal-cənub nəqliyyat dəhlizinə önəm verməyə başlayıb. Rusiya və İran prezidentləri bugünlərdə Tehranda bu mövzunu geniş müzakirə ediblər.
Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın da faydasınadır. Birincisi, tranzitdən gəlir əldə edəcəyik. İkincisi, nəqliyyat dəhlizi Azərbaycanın bölgədə rolunu daha da artıracaq. Üçüncüsü, Azərbaycanın Rusiya və İranla münasibətlərində mövcud bir sıra siyasi gərginliklərə rəğmən, ortaq nəqliyyat layihəsi yumşaldıcı rol oynayacaq. Dördüncüsü, Rusiya və İran İrəvanın yalvarışlarına rəğmən, şimal-cənub nəqliyyat dəhlizində Ermənistanı deyil, Azərbaycanı seçdi.
Rusiyanın krediti ilə 164 kilometrlik dəmiryolu xətti çəkilməlidir. Hazırda Astara ilə Rəşt arasındakı məsafədə yüklər avtomobil nəqliyyatı vasitəsilə çatdırılır ki, bu sürəti azaldır. Rusiya bu yolla il ərzində 30 milyon ton yük daşımağı planlaşdırır. Bu marşrutdan Hindistan da istifadə etməyi planlaşdırır. Hazırda Hindistanın Mumbay şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə yüklər dəniz və Süveyş kanalı yolu ilə 30-45 günə çatdırılır, şimal-cənub xətti işə düşdükdən sonra isə məsafə 15-24 günə qədər qısalacaq.